Siyasət
28.01.2023 / 13:25
Bu çətin vaxtda biz çiyin-çiyinə Azərbaycanın yanındayıq
Abba Eban Beynəlxalq Münasibətlər və Diplomatiya İnstitutunun direktoru, İsrailin BMT və Böyük Britaniyadakı keçmiş səfiri Ron Prosor ölkəmizin Tehrandakı səfirliyində törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan xalqını dəstəklədiyini bildirib.AZƏRTAC xəbər verir ki, tviterdəki mikrobloqunda diplomat və publisist yazıb: “Bu çətin zamanda biz çiyin-çiyinə sizin yanınızdayıq”.