BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir”

 Son illər Azərbaycanda dövlət müstəqilliyi möhkəmlənib, sosial-iqtisadi inkişafa nail olunub, dünya iqtisadiyyatına inteqrasiyaya başlanılıb. Azərbaycan dövləti tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilib. Neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Eyni zamanda Azərbaycan müxtəlif istiqamətlər üzrə beynəlxalq əməkdaşlığı genişləndirir. Bu baxımdan Azərbaycanın strateji tərəfdaşlarından biri də Rumıniyadır. Bu ölkə ilə Azərbaycanın əməkdaşlığı uzunmüddətlidir. Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri və imzalanan yeni sənədlər bu əməkdaşlığın bundan sonra da davam edəcəyini sübutlayır. Prezident İlham Əliyevin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini qeyd edib: “Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir”.

 Azərbaycanın energetika sahəsində əldə edilən nailiyyətlər həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olub. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıca rola malikdir. Azərbaycanın qaz ixracatını sürətlə artırdığını deyən cənab Prezident bildirib ki, keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Dövlətimiz qaz ixracatçısı kimi artıq dünyada öz sözünü deyib. Nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi müasir dövrün ən böyük enerji layihələrindən biri kimi bütün dünyanın diqqət mərkəzindədir və uğurla irəliləməkdədir. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin həm ideya müəllifi, həm də təşəbbüskarıdır. Böyük bir tranzit zənciri olan “Cənub Qaz Dəhlizi” layihəsinin təməli 2014-cü ildə təməli qoyulub və “Şahdəniz” yatağının işlənilməsinin 2-ci fazası ilə bərabər, 3 boru kəmərini bir birinə bağlayır. Bu boru kəmərləri genişləndirilmiş Cənubi Qafqaz qaz boru kəməri, TANAP və TAP kəmərlərindən ibarətdir. Prezident bəyanatında bu haqda danışaraq  deyib ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. “İki il bundan əvvəl “Cənub Qaz Dəhlizi”nin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir”,-deyə dövlətimizin başçısı əlavə edib. Artıq Azərbaycanın təbii qazı 3 min kilometrdən artıq məsafədə Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına nəql edilməkdədir.

Azərbaycan Xəzərin neft-qaz ehtiyatları ilə zəngin Azərbaycan sektorunda hasilat həcmlərinin artırılması istiqamətində fəaliyyətini durmadan genişləndirir. Prezident İlham Əliyev SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi olduğunu vurğulayıb: “Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var”. Milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanqıcında məhz milli neft-qaz strategiyası təşkil edir. Bu təməl əsasında Azərbaycan iqtisadiyyatı bundan sonra daha sürətlə inkişaf edəcək

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər