BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi uğurlu siyasət nəticəsində enerji asılılığına son verməklə yanaşı, dünyada bu istiqamətdə aparıcı dövlətlərdən birinə çevrilməkdədir. Fevral ayının 13-də Bakıda “Gülüstan” sarayında  müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycanın bu sahədə həyata keçirdiyi uğurlu siyasətin növbəti təzahürüdür. Əminliklə deyə bilərik ki, 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı ölkəmizin enerji potensialı böyük dərəcədə gücləndirəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artıracaq. Bu, eyni zamanda bir çox yeni iş yerlərinin açılması və əhalinin rifah halının daha da yüksəldilməsinə təkan verəcək.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki,  açılış mərasimində çıxış edən dövlətimizin Başçısı, Prezident İlham Əliyev təməli qoyulan İstilik Elektrik Stansiyasının əhəmiyyətini vurğulayaraq deyib: “...Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq...”. 

Təsadüfi deyil ki, müstəqil Azərbaycanın malik olduğu müstəqil elektrik enerji sisteminin əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Mingəçevir şəhərində Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya sovet dövründə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası idi. Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Buna baxmayaraq, keçid dövründə elektrik stansiyasına baxımsız yanaşma və istismar müddətinin başa çatması əlavə problemlərin yaranmasına gətirib çıxarmışdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hər birinin gücü 300 meqavat olan 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyası 2020-ci ildə tam yenidən qurularaq istismara verilib.

Təməli qoyulan 1280 MVt gücündə müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyası, həmçinin, Avropanın enerji təhlükəsizliyini təmin olunması istiqamətində atılmış mühüm addımlardan biridir desək yanılmış olmarıq. Bu barədə cənab Prezident çıxışında qeyd edib ki, “...yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır...”

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycanın enerji resurslarına Avropada günü-gündən artan tələbat göz qabağındadır. Bu, isə  ölkəmizdə elektroenergetika sahəsinin inkişafını daha da stimullaşdırır. Onu da qeyd etməliyik ki, 2025-ci ildə açılışı nəzərdə tutulan yeni İstilik Elektrik Stansiyanın inşasını xarici tərəfdaşlarla birgə həyata keçiriləcək. Stansiyanın inşasında İtaliya və Çin şirkətləri də iştirak edəcək. Əlbəttə, bu, Azərbaycanın bu ölkələrlə yüksələn xətlə inkişaf edən münasibətlərinin növbəti təzahürüdür. İstilik Elektrik Stansiyasının inşası prosesində İtaliyanın xarici tərəfdaş  olması təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlər də ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin getdikcə daha da möhkəmləndiyindən və dinamik inkişaf etdiyindən xəbər verir. Əlbəttə, iki ölkə arasında  energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.

Şübhəsiz ki, enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Bu baxımdan qeyd etməliyik ki, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində dünyanın aparıcı dövlətlərindən birinə çevilməkdədir. Bunun bariz nümunələrindən bir də 2025-ci ildə açılışı planlaşdırılan müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulmasıdır. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər