BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Heydər Əliyev İli” çərçivəsində martın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Ümummilli Liderimizin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin hərtərəfli tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir: “Müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası da Heydər Əliyevin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə il ərzində çoxsaylı tədbirlər keçirəcək. “Heydər Əliyev İli” ilə əlaqədar YAP Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində müsabiqələr, aksiyalar, görüşlər, elmi-praktik konfranslar və digər bir sıra tədbirlər təşkil ediləcək ki, bu da Heydər Əliyev şəxsiyyətinin müasir dövlətçilik tariximizdə əvəzsiz yerinin və rolunun tədqiqinə mühüm töhfə olacaqdır”.

YAP Sədrinin müavini xatırladıb ki, “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən tədbirlərdə Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamından deviz kimi istifadə olunmaqdadır: “Çünki Heydər Əliyev tərəfindən müdrikcəsinə ifadə edilmiş bu dərin məzmunlu fikir Azərbaycanın müasir və zəngin dövlətçilik tarixinin dünənini, bu gününü və gələcəyini, Ulu Öndərin milli və bəşəri məzmunlu ideyalarının əbədiyaşarlığını aydın ifadə edir. Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti tarixi, coğrafi, siyasi və mənəvi nöqteyi-nəzərdən ölçüyəgəlməzdir. Çünki Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın tərəqqisinə, xalqın ali mənafeyinin, dövlət maraqlarının qorunmasına, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, Azərbaycan naminə taleyüklü uğurlara imza atmış, Azərbaycanı zirvələrə yüksəldən tərəqqi və Zəfər yolunun möhkəm təməllərini yaratmışdır”.

Tahir Budaqov qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünənin, bu günün və gələcəyin – XXI əsrin, üçüncü minilliyin partiyası olan Yeni Azərbaycan Partiyasının qurucusu, Türk dünyasının böyük oğlu, müdrik dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin müstəsna xidmətlərindən və zəngin dövlətçilik irsinin çox mühüm istiqamətlərindən biri xalqın maraqlarına, tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövrün çağırışlarına cavab verən modern dövlət quruculuğudur: “Bu kontekstdə plüralizm və bərabərlik prinsiplərinə, sivil və demokratik dəyərlərə əsaslanan müasir siyasi sistemin yaradılması və ardıcıl, məqsədyönlü ictimai-siyasi, hüquqi islahatlar vasitəsilə təkmilləşdirilməsi xüsusi əhəmiyyətə malikdir. “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda keçirilən bugünkü tədbirimiz də Ümummilli Liderin irsində plüralizmə və bərabər imkanlara, ədalət prinsipinə və demokratik dəyərlərə söykənən dövlət quruculuğu, o cümlədən müasir siyasi sistemin formalaşdırılması məsələlərinə nəzər salınması baxımından mühüm önəm daşıyır”.

“Sirr deyil ki, SSRİ-nin dağılması ilə əlaqədar respublika səviyyəsində də baş verən hadisələr Azərbaycanın olduqca mürəkkəb vəziyyətlə qarşılaşmasına səbəb olmuşdu. 80-ci illərin sonundan başlayaraq respublikamızda hökm sürən ictimai-siyasi böhran, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması müstəqilliyin bərpasından sonra daha da şiddətlənmiş, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan faktiki olaraq iflic vəziyyətinə düşmüşdü”,- deyən Tahir Budaqov bildirib ki, belə bir şəraitdə ölkənin xaos və böhrandan xilas olması, müstəqil dövlət quruculuğunun həyata keçirilməsi üçün ilk növbədə güclü siyasi liderə ehtiyac var idi. Xalq ümidini zəngin dövlətçilik təcrübəsinə malik olan, fəaliyyətinin bütün dövrlərində Vətənin ali mənafeyini və milli maraqları rəhbər tutan dahi şəxsiyyət Heydər Əliyevə bağlamışdı. 1992-ci il noyabrın 21-də xalqın iradəsi ilə alternativsiz Lider ətrafında Yeni Azərbaycan Partiyasının təsis edilməsi xalqımızın milli məqsədlər ətrafında təşkilatlanmasını, siyasi-ideoloji boşluqların aradan qaldırılmasını təmin edən, dövlətimizin siyasi taleyini, gələcək yolunu - perspektivlərini müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə, müasir dövlətçilik tariximizin həlledici dönüş nöqtəsi oldu. Bu, eyni zamanda, siyasi sistemin təməlinin yaradılması və müstəqil dövlət quruculuğuna doğru önəmli addım idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq”.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Yeni Azərbaycan Partiyası fəaliyyətə başladıqdan sonra yeni siyasi dəyərlər yaratdı və siyasi mədəniyyət nümunəsi ortaya qoydu: “Dövlətçilik əxlaqını öz fəaliyyətində əsas mənəvi-siyasi norma kimi götürən Yeni Azərbaycan Partiyası göstərdi ki, siyasi fəaliyyət dövlətin və xalqın maraqlarına xidmət etmək, milli mənafeyi qorumaq prinsiplərinə əsaslanmalıdır. Qısa müddət ərzində milli maraqlara əsaslanan məqsədyönlü fəaliyyəti ilə Yeni Azərbaycan Partiyası xalqın dəstəyi, Heydər Əliyevin sarsılmaz iradəsi və uğurlu siyasəti nəticəsində dövlətin siyasi sütununa çevrildi. Heydər Əliyevin nüfuzu, xalqın ona böyük inamı, dərin etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl nailiyyətlər qazanmasını təmin etdi. Yarandıqdan bir neçə ay sonra partiyanın xalqın etimadı ilə hakimiyyətə gəlməsi isə nadir tarixi-siyasi hadisələrdən biri kimi Heydər Əliyev şəxsiyyətinə ümumxalq inamının bariz təzahürü idi. 1993-cü il oktyabrın 3-də xalqın iradəsinin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun həyata keçirdiyi strateji kursun çox mühüm istiqamətlərindən biri müasir, hüquqi dövlət quruculuğunun  reallaşdırılması və siyasi sistemin təkmilləşdirilməsi oldu. İctimai-siyasi sabitliyin, vahid milli ideya – azərbaycançılıq ideologiyası əsasında vətəndaş həmrəyliyinin, milli birliyin təmin edilməsi, siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi, müstəqillik dönəminin ilk Konstitusiyasının hazırlanaraq ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması kimi addımlar siyasi plüralizmin təmin olunmasına, ictimai-siyasi və hüquqi şüurun yenilənməsinə, siyasi sistemin təkmilləşməsinə və Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə xidmət edən mühüm tədbirlər oldu. Bu kontekstdə mütərəqqi hüquq bazanın yaradılmasını isə xüsusi qeyd etmək lazımdır. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində bərabərlik hüququ təsbit edilmiş, hamının qanun qarşısında bərabər olduğu, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi əksini tapmışdır.  Eyni zamanda, Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması siyasətinin tərkib hissəsi olan gender siyasəti də plüralizm və bərabərliyin təmin olunmasına, ictimai-siyasi münasibətlərin və siyasi sistemin inkişafına əhəmiyyətli töhfə olmuş, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması idarəetmənin təkmilləşdirilməsi baxımından böyük önəm kəsb etmişdir”.

YAP Sədrinin müavini deyib ki, Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunda dövlətçiliyin gücləndirilməsi mühüm prioritetlərdəndir: “Prezident İlham Əliyevin milli maraqlara, modern çağırışlara və qlobal tendensiyalara adekvat islahatlar proqramı bərabər imkanlara və plüralizmə əsaslanan siyasi sistemin təkmilləşməsinə, dialoq prosesinin dərinləşdirilməsinə, çoxpartiyalı siyasi sistemin inkişafına xidmət edir. Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi birlik və həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar. 44 günlük Vətən müharibəsi zamanı əksər siyasi partiyaların birgə bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri və postmünaqişə mərhələsində ümummilli məsələlərdə ortaq mövqedən çıxış etmələri bu reallığın bariz nümunəsidir”.

“Azərbaycanın və Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası hər zaman demokratik siyasi mühitin və plüralizmin tərəfdarı olub, bu gün də siyasi sistemin inkişafında, dialoqun dərinləşdirilməsində, rəqabət mühitinin güclənməsində maraqlıdır və bu istiqamətdə ardıcıl fəaliyyət göstərir, mühüm təşəbbüslər irəli sürür. Partiyanın Proqramında qeyd edilmişdir ki, “plüralizm, hakimiyyətlərin bölünməsi, insanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması, qanunların aliliyinə riayət olunması YAP-ın fəaliyyətinin siyasi əsaslarıdır”. Bununla yanaşı, Proqramda gender bərabərliyinin təmin edilməsinin YAP-ın diqqət mərkəzində dayanan əsas məsələlərdən biri olduğu da vurğulanmışdır. Yeni hədəflərdən və milli vəzifələrdən irəli gələrək Yeni Azərbaycan Partiyası öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir” ,- deyə Tahir Budaqov söyləyib.   

YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən sonra yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında ictimai-siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi, Böyük Qayıdışın vaxtında və yüksək səviyyədə həyata keçirilməsi və digər mühüm vəzifələr durur: “Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətçiliyin əsaslarının gücləndirilməsi, o cümlədən plüralizm və bərabərlik prinsiplərinə əsaslanan siyasi sistemin inkişafı bəhs olunan strateji hədəflərin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyası da rəqabətə, plüralizmə, bərabər imkanlara əsaslanan demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək milli hədəflərin reallaşmasına öz töhfəsini verəcək.

Fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyeva başda olmaqla partiyamızın bütün qadın üzvlərini, ümumilikdə bütün Azərbaycan xanımlarını qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti diləyir, siyasi həmfikirlərimizə Azərbaycanın gələcəyi naminə fədakar fəaliyyətində daha da böyük uğur və qələbələr arzulayıram”.

Konfransda YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Bərabər inkişaf siyasəti: tarixi ənənələr və müasir çağırışlar” mövzusunda çıxış edib. Bahar Muradova bildirib ki, bu gün çox geniş bir coğrafiyada milyonlarla insanın ehtiramla xatırladığı Heydər Əliyevin Azərbaycan  xalqının yetirdiyi ən böyük dühalardan biri kimi insanlığın yaddaşında hər zaman özünəməxsus yeri olacaq: “Çünki intibah və milli şüurun oyanması onun hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə onun dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Fərqli siyasi sistemlərdə bir şəxsiyyət və lider kimi geniş xalq kütlələrini vahid amal ətrafında birləşdirərək Azərbaycan naminə çalışmağın ən gözəl örnəyini isə, əlbəttə ki, müstəqilliyimiz və varlığımız təhlükə qarşısında olarkən yaradıb”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Heydər Əliyev xalqımızın əsrlər boyu formalaşan milli dəyərləri, ictimai-siyasi şüuru və dövlətçilik təfəkkürü üzərində optimal dövlət modeli qurmaqla, siyasi varislik ənənələrini yaradan bir lider kimi fəlakət anında onu tarixin sınağından məharətlə çıxarmağı da bacaran bir xilaskardır: “Bu baxımdan, Heydər Əliyevin siyasi iradəsi və əzmi müstəqilliyimizin qorunub saxlanmasında müstəsna amil olmuşdusa, xalq – iqtidar – ordu birliyinin gücünə istinad edən ölkə Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi bənzərsiz sərkərdəlik məharəti ulu öndərin vəsiyyətinə əməl olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində həlledici faktora çevrildi. Şanlı Zəfər salnaməsi siyasi varisliyin uğurunu səciyyələndirən ən bariz nümunə, ən ibrətamiz örnəkdir. Həydər Əliyevin şah əsəri olan “Yeni, müstəqil Azərbaycan” daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə bərabər inkişafı təmin edən, hər addımında insan və şəxsiyyət amilini uca tutan ölkə kimi tanınmaqdadır. Ulu öndərin tarixi estafetlə ötürdüyü siyasi və ideoloji xətt müasir çağırışlar fonunda Prezident İlham Əliyevin mükəmməl baxışları ilə tam uzlaşır”.

Komitə sədrinin sözlərinə görə, tarixin müxtəlif mərhələlərində daha çox ədəbi-bədii çalarlarla özünü büruzə verən azərbaycançılıq məfkurəsi ölkənin inkişaf strategiyasının ideoloji sütununa çevrilmiş YAP-ın fəaliyyətinin əsas prinsiplərindən biri kimi təsbit edilmişdir: “Üç onillik ərzində bütün sahələrdə əldə edilmiş dinamik inkişaf nəticəsində artıq “yeni azərbaycançılıq” məfkurəsi ilə yeni hədəflərə doğru inamla irəliləyən bir Azərbaycan dövləti vardır. Elə bir dövlət ki, “əsas məqsədi, mahiyyəti və fəlsəfəsi insan hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir” prinsipi dövlət siyasətinin mahiyyətini təşkil edir. Demokratiya və bərabər imkanlar şəraitində bərabər inkişafa nail olmaq əsas hədəf kimi qarşıda dayanır. Təbii ki, hər bir dövlət üçün insan hüquq və azadlıqlarının qanunvericilikdə və real həyatda əksini tapması demokratik vətəndaş cəmiyyəti quruculuğunun əsas atributu sayılır. Bu səbəbdən də konstitusiya və qanunların müəyyən etdiyi hüquqi çərçivələrdə bərabər imkanların bərabər inkişafa dönüşməsi üçün insanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır”.

Bahar Muradovanın fikrincə, təbii-coğrafi üstünlüklərimizin, o cümlədən enerji ehtiyatlarımızın istifadəsindən yaranan imkanlar inkişaf etmiş insan resurslarına çevrilməlidir: “Səhiyyə xidmətlərinə, yüksək təhsil imkanlarına çıxışın əhatə dairəsi genişlənməlidir. Eləcə də ictimai-siyasi cəhətdən fəal, məsuliyyətli mövqeyi ilə seçilən vətəndaş, öz milli köklərinə bağlı, tarixi keçmişi ilə vəhdətdə formalaşan, eyni zamanda açıq insan resursu formalaşdırılmalıdır. Bütün bu sadalananlar ölkə Prezidentinin ötən il təsdiqlədiyi “Azərbaycan – 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədində nəzərdə tutulan hədəflərdən bir qisminə istinadlardır”.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, yüksək inkişaf yalnız iqtisadi artımı nəzərdə tutmur, cəmiyyətin bütün təbəqələrinin sosial rifahı mühüm amil olmaqla, əhali qruplarının səmərəli məşğulluğunu, layiqli əməyə nail olmağı hədəfləyir: “Xüsusilə qadınların iqtisadi imkanlara bərabər çıxışını təmin etmək onları bərabər inkişaf hədəfinə daha çox yaxınlaşdırır. Həmçinin bütün bu taleyüklü vəzifələrin icrası prosesinə Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanların səfərbər edilməsi üçün Prezident İlham Əliyevin ənənə və müasirliyin vəhdətinə əsaslanan siyasi varisliyə üstünlük verərək ölkədə vətəndaş birliyini və siyasi həmrəyliyi əldə etməyin bir çox ölkələrdə arzulanan, amma reallaşdırılması mümkünsüz olan optimal həllinə nail olduğunu xüsusi vurğulamaq lazımdır”.

“44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaranıb. Bu vəziyyətlərin üstünlükləri olduğu kimi, yeni çağırışlara da yol açdığı sirr deyil. Odur ki, həlli vacib iqtisadi, sosial inkişafı təmin edəcək hər iki səviyyədə dayanıqlı nəticəyönümlü işləri həyata keçirmək və yeni çağırışlara adekvat reaksiyanı təmin etmək üçün cəmiyyətin bütün təbəqələrinin Prezidentin və dövlətimizin ətrafında sıx birliyini daha da möhkəmləndirmək lazımdır. Hazırda bu vacib vəzifənin öhdəsindən, mübaliğəsiz söyləmək olar ki, Ulu Öndərin siyasi mirası olan YAP uğurla gəlməkdədir. Son qurultaydan sonra YAP yenilənmiş formatda proqramlar, ən müxtəlif istiqamətli layihələr həyata keçirməklə ictimai və siyasi təşkilatlarla konstruktiv dialoqa və əməkdaşlığa üstünlük verən müasir yanaşmalar sərgiləyir. Həmçinin bütün səviyyələrdə üzvlərinin, eləcə də kişi və qadınların bərabər iştirakı və təmsilçiliyinə üstünlük verməklə gender bərabərliyinin təminatına yönəlmiş ciddi və nəzərəçarpan mövqe ortaya qoyur. Müasir Azərbaycan cəmiyyətində aparıcı rola malik YAP bu sistemin digər komponentləri ilə siyasi plüralizm və bərabər imkanlar şəraitində formalaşan münasibətlərə üstünlük verir, demokratik ab-havanın, dialoq mühitinin bərqərar olmasına yönəlik siyasi islahatlar prosesinə ahəngdarlıq gətirir. Ölkədə “Siyasi Partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi isə daha təkmil, daha mükəmməl siyasi sistemin formalaşmasına təkan verməkdədir”,- deyə Dövlət Komitəsinin sədri vurğulayıb.

“Yeni Azərbaycan: dövlət idarəçilik sistemində Heydər Əliyev nümunəsi” mövzusunda çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov bildirib ki, dövlət idarəçiliyi barədə çox elmi əsərlər, tövsiyələr var. Ancaq idarəçilik elə bir sahədir ki, müəssisə və təşkilatları, rayon və şəhərləri, dövlətləri yalnız elmi biliklə idarə etmək mümkün deyil. Xüsusən, dövlətləri idarə edən şəxslər elmi biliklə bərabər, böyük təcrübəyə, bacarığa, dünyagörüşünə malik olmalı, idarə edəcəyi dövlətin problemləri, ümumiyyətlə, dövlətin bütün sahələri ilə bağlı məlumatlı olmalı, insanlarla ünsiyyət qurmaq bacarığı, Vətəninə, xalqına, torpağına, xalqının adət və ənənələrinə və milli-mənəvi dəyərlərinə bağlılığı olmalı, tolerant və çox cəsarətli olmalıdır.

Ulu Öndərin zəngin idarəçilik təcrübəsindən danışan Əli Həsənov qeyd edib ki, hələ sovetlər dönəmində Heydər Əliyev respublikamızın rəhbəri olmamışdan öncə çox maraqlı həyat yolu keçib: “Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri işləyən şəxs ölkənin bütün sahələrindən xəbərdar olur, əks halda, ölkənin təhlükəsizliyini təmin edə bilməz. Heydər Əliyev bütün bunlardan məlumatlı olmaqdan əlavə, onda fitri bacarıq, istedad və cəsarət, Vətəninə, xalqına, torpağına bağlılıq var idi. Yəni idarəçilik üçün nə tələb olunurdusa, hamısı var idi. Ona görə də, 1969-cu ildə respublikanın rəhbəri olduqdan sonra qısa müddətdə iqtisadi inkişafa nail oldu, əhalinin yaşayış səviyyəsi xeyli yüksəldi və ölkədə ictimai-siyasi sabitlik yarandı. Xüsusən, kənd təsərrüfatı 2,7 dəfə, elektrik enerjisi istehsalı 1,5 dəfə artdı, 250 yeni fabrik, zavod tikildi, SSRİ-nin təhsil ocaqlarına 1400, hərbi məktəblərə 1000 gənc göndərildi, ölkədə Naxçıvanski adına hərbi məktəb, hərbi bazalar, aerodromlar tikildi. Gənc kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Heydər Əliyevin 1969-1982-ci illərdəki idarəçilik sistemi o vaxtkı SSRİ-nin bütün rəhbərlərinə nümunə idi”.

YAP Veteranlar Şurasının üzvü qeyd edib ki, 90-cı illərin əvvəlində respublikada iqtisadi, siyasi, sosial xaos, ölkənin xəritədən silinmə təhlükəsi olan dövrdə xalqı yalnız Heydər Əliyev kimi şəxsiyyət xilas edə bilərdi: “Təcrübə, bilik, bacarıq, cəsarət, xalqın ona olan inamı, ölkədəki iqtisadi, siyasi, sosial durumdan xəbərdar olması və xalqının psixologiyasına bələdçiliyi ona imkan verdi ki, ölkəni xilas etsin. Xalqın tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra ictimai-siyasi sabitliyi bərpa etdi, milli inkişaf strategiyasını müəyyənləşdirdi, bazar iqtisadiyyatına keçidə başladı, idarəetmənin qanunvericilik bazasını yaratdı, inzibati strukturu yenidən qurdu, vətəndaş həmrəyliyinə nail oldu, əsaslı iqtisadi islahatlara başladı, çoxpartiyalı siyasi sistemə keçidi təmin etdi. Zaman keçdikcə Heydər Əliyevin idarəçilik təcrübəsi daha da aktuallaşır. Xüsusən, bugünkü dünyanın Heydər Əliyevin idarəçilik təcrübəsinə daha çox ehtiyacı var. Onun müstəqillik illərindəki idarəçilik təcrübəsi bugünkü dünya ölkələrinin rəhbərləri üçün nümunədir”.

Əli Həsənov deyib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi və idarəçilik irsini ölkənin, xalqın mənafeyi naminə uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəsinin, onun xalqla birliyinin təntənəsidir.

Konfransda YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Müasir Azərbaycanın siyasi sisteminin əsas prinsipləri” mövzusunda çıxış edərək bildirib ki, cəmiyyətin və dövlətin inkişafı siyasi sistemlə, onun xarakteri, prinsipləri və funksiyaları ilə sıx bağlıdır. Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə demokratik siyasi sistemin bərqərar olması üçün tarixi-siyasi şərait yarandı: “1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratik siyasi sistemin formalaşması və inkişafı istiqamətində məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsinə başlandı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin siyasi sisteminin əsas  prinsipləri öz əksini tapdı. Bu sahədə atılan addımlar idarəetmə institutlarının inkişafı üçün əlverişli şərait yaratdı və idarəetmə münasibətlərində şəffaflığı təmin etdi. İnsan hüquq və azadlıqlarının təmin olunmasına dair ölkə qanunvericiliyi təkmilləşdirildi”.

Mübariz Qurbanlı qeyd edib ki, demokratik siyasi sistemin bərqərar olması nəticəsində ölkəmizdə  siyasi mədəniyyət inkişaf etdi: “Siyasi sistemin vətəndaşlara geniş hüquq və azadlıqlar verməsi siyasi mədəniyyətin mütərəqqi xarakter daşımasında mühüm rol oynadı. Ölkəmizin demokratik siyasi sistemi insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı səmərəli hüquqi mexanizmləri özündə ehtiva etdi. Ölkə vətəndaşları çoxpartiyalı sistemə əsaslanan seçkilər yolu və vətəndaş iştirakçılığını təmin edən digər hüquqi vasitələrlə qərarların qəbul olunması prosesində fəal iştirak etməyə başladılar. Siyasi sistemin özündə ehtiva etdiyi demokratik dəyərlər azərbaycançılıq  məfkurəsinin və vətəndaş həmrəyliyinin möhkəmlənməsində, dünya azərbaycanlılarının vahid amal uğrunda birləşməsində mühüm rol oynadı. Heydər Əliyevin apardığı siyasət etnik mənsubiyyəti və dini baxışlarından asılı olmayaraq ölkə vətəndaşları tərəfindən dəstəkləndi və onlar müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etdilər. Ölkəmizin siyasi sisteminin demokratik xarakter daşıması xarici siyasətdə də öz təsirini göstərdi. Azərbaycanın xarici siyasəti beynəlxalq hüquqi normalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi kimi prinsiplər əsasında quruldu”.

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Azərbaycanın siyasi sisteminin əsas prinsipləri Yeni Azərbaycan Partiyasının Proqramında öz əksini tapır. Onların əsasında partiyanın Heydər Əliyev yolu, müstəqillik,  azərbaycançılıq,  dövlətçilik,  qanunun aliliyi,  varislik və təkamül,  konstruktiv əməkdaşlıq və dialoq,  sosial ədalət və insan amili,  multikultural cəmiyyət kimi siyasi dəyərləri və prinsipləri  müəyyən edilib. “Müasir dövrün çağırışlarına uyğun olaraq Azərbaycanın siyasi sisteminin daha da təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü siyasət aparılır.  Ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranması və partiyalararası dialoqun möhkəmləndirilməsi sahəsində mühüm addımlar atılır. Ölkəmizin tərəqqisi naminə aparılan dövlət siyasəti ətrafında Azərbaycan vətəndaşlarının sıx birləşməsi demokratik siyasi sistemin milli həmrəyliklə bağlı yaratdığı əlverişli şəraitdən irəli gəlir. Xüsusilə, 44 günlük Vətən müharibəsində ölkə vətəndaşlarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti fəal şəkildə dəstəkləməsi siyasi və milli həmrəyliyin bariz nümunəsidir”,- deyə Dövlət Komitəsinin sədri qeyd edib.

“Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev irsi” mövzusunda çıxış edən tarix elmləri doktoru, professor İradə Hüseynova bildirib ki, ulu öndər Hеydər Əliyеvin müdrik dövlət xadimi, Аzərbаycаn dövlətçiliyini möhkəmləndirən və inkişаf еtdirən qüdrətli şəхsiyyət kimi həyаtı və fəаliyyəti Аzərbаycаn tаriхində mühüm mərhələni təşkil еdir.  Hеydər Əliyеvin fəаliyyəti bir-birinə zidd оlаn iki müхtəlif ictimаi-siyаsi sistеmin qоvuşuğundаn kеçmiş və Ulu Öndər bunlаrın hər ikisindən bаcаrıqlа istifаdə еdərək rеspublikаmızın tərəqqisini təmin еtmişdir. Onun sözlərinə görə,  1969-cu il iyulun 14-də Аzərbаycаndа siyаsi rəhbərliyə gələn Hеydər Əliyеv kеçmiş ittifаqın iqtisаdiyyаtı üçün хаmmаl mənbəyinə çеvrilmiş rеspublikаmızın yеni inkişаf strаtеgiyаsını hаzırlаyaraq qısа müddətdə həyаtа kеçirdi: “Bunun nəticəsində əvvəllər bütün əsаs göstəricilər üzrə gеridə qаlаn Аzərbаycаn tеzliklə ittifаqın ən inkişаf еtmiş rеspublikаlаrındаn birinə çеvrildi. Eləcə də Аzərbаycаn iqtisаdiyyаtındа köklü struktur və kеyfiyyət dəyişiklikləri bаş vеrdi. Təhsil, еlm və mədəniyyət sаhələrində böyük uğurlаr qаzаnıldı. Hеydər Əliyеvin siyаsəti nəticəsində rеspublikаdа yаrаnmış güclü sоsiаl, iqtisаdi və intеllеktuаl pоtеnsiаl Аzərbаycаnın müstəqilliyi üçün mühüm zəmin yаrаtdı. Müаsir Аzərbаycаn dövlətinin inkişаfı məhz həmin illərdə yаrаdılmış bünövrə üzərində qurulub və bu gün də uğurlа dаvаm еdir”. 

 Tarixçi-alim qeyd edib ki, müstəqilliyin bərpasından sonra Аzərbаycаndа ictimаi-siyаsi böhrаn yаrаnmışdı, ölkə iflic vəziyyətində idi: “Bеlə bir vəziyyətdə Ulu Öndərin hаkimiyyətə qаyıdışı bütün bu təhlükələrin qаrşısını аldı. Hеydər Əliyеvin ən böyük хidməti оndаn ibаrətdir ki, о, Аzərbаycаn dövlətçiliyini qоruyub sахlаdı. Dövlətçiliyimizin qоrunub sахlаnılmаsı isə müstəqilliyimizin, аzаdlığımızın möhkəmlənməsi dеməkdir.  О vахtdаn kеçən müddət ərzində Аzərbаycаndа həyаtın bütün sаhələrində pоzitiv dəyişikliklər, köklü islаhаtlаr аpаrılıb, ictimаi-siyаsi sаbitlik təmin еdilib, dеmоkrаtik inkişаf yоlundа mühüm аddımlаr аtılıb. Аzərbаycаn nüfuzlu, еtibаrlı, pеrspеktiv imkаnlаrı оlаn bir dövlət kimi dünyа dövlətləri birliyinə dахil оlub və lаyiqli yеrini tutub”.

İradə Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət dövlətçiliyin əsaslarını gücləndirir, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırır: “Bu gün biz fəxarət hissi ilə qeyd edirik ki, xalqımız Azərbaycan dövlətçiliyinin keşiyində duran, ölkəmizin ərazi bütövlüyünü təmin edən, Azərbaycan həqiqətlərini bütün cahana bəyan edən,  Heydər Əliyevin müdrik siyasi kursunu yüksək səviyyədə həyata keçirən, onun nurlu, işıqlı ideyalarını yaşadan, gerçəkləşdirən məğrur, mübariz Liderimiz - Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşib. Nə qədər ki Heydər Əliyev ideyaları yaşayır, müstəqil Azərbaycan dövləti yaşayır, inkişaf edir, daha da möhkəmlənir!”.

Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda çıxış edərək bildirib ki, 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə bugünkü müasir Azərbaycan dövlətinin dünyadakı yerinin müqayisəsi Ulu Öndərin misilsiz xidmətlərinin miqyasını aydın görmək imkanı yaradır. Onun sözlərinə görə, Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi olmaqla yanaşı, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin qurucusudur. O diqqətə çatdırıb ki, 1998-ci ildə "Qrant haqqında" qanunun qəbul edilməsi, 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması, 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni qanun qəbul edilməsi, bu siyasətin davamı olaraq 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasını təsis edilməsi, ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası təsdiq edilməsi və sonrakı ardıcıl proseslər bugünkü inkişaf üçün etibarlı zəmin  yaradıb.

Aygün Əliyeva qeyd edib ki, yüksək inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli fəaliyyət göstərir, inkişaf edir. Hazırda Azərbaycan vətəndaş cəmiyyəti institutları müstəqilliyimizin ilk illərində olduğu kimi dövlət qurumları ilə əməkdaşlıq etməkdə çətinlik çəkmirlər, əksinə onların ən güclü, ən yaxın partnyoru məhz dövlət qurumlarıdır.

“Mübaliğəsiz deyə bilərik ki, bu gün Azərbaycanda müstəqil, güclü, azad, peşəkar vətəndaş cəmiyyəti yaranıb və inkişaf edir. İstər Vətən müharibəsi dövründə, istərsə də postmünaqişə dönəmində gecə-gündüz davam edən informasiya müharibəsində vətəndaş cəmiyyəti nümayəndələri qürur duyula biləcək mühüm nailiyyətlərə imza atıblar. Ötən il dekabrın 12-də Xankəndi-Laçın yolunda Qarabağda qanunsuz ekoloji istismara qarşı bir qrup QHT-lərin, ekofəalların və gənclərin - fədakar vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüsü ilə başlanan hərəkat 80 gündən artıqdır ki, öz missiyasını uğurla davam etdirir”,-deyən icraçı direktor əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir.

Aygün Əliyeva təkmil siyasi sistemin yaradılmasının, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirilməsinin, siyasi mədəniyyətin inkişaf etdirilməsinin, davamlı siyasi-hüquqi islahatların reallaşdırılmasının, milli həmrəylik və bütövlüyü təmin edən ideoloji siyasətin müvəffəqiyyətlə davam etdirilməsinin Azərbaycanın milli gücünü daha da artırdığını söyləyib.

 

Son xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı layihə davam edir

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu  salnaməsi

"Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir"

Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Türkiyədə Türk Birliyi ilə bağlı daha bir addım

Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Nazirlik və QHT Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib - FOTO

Brüssel görüşünün regionun təhlükəsizliyinə xidmət etməsi ciddi şübhə doğurur - Ekspert rəyi

Kitabxanaya görkəmli alim haqqında xatirə essesi təqdim olundu

Binəqədidə Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan-Konqo münasibətlərində etibarlı tərəfdaşlıq

Lələtəpə fatehi

Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar şeir təqdim edildi

"Böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri çoxəsrlik şanlı tariximizə Zəfər səhifəsi kimi yazılıb"

Azərbaycan Universitetində COP-29 Simulyasiyasının növbəti təlimi keçirildi

Agentlikdə QHT rəhbərləri ilə görüş keçirilib

Dağıstanda yaşayan azərbaycanlı şairə “Crocus City Hall” terrorunda öldürülənlərin xatirəsinə şeir həsr edib

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələrinə iftar süfrəsi açılıb

Bu gün Milli Qəhrəman Murad Mirzəyevin mövlud günüdür

“Azərbaycanla şərti sərhəd xəttində Ermənistanın hərbi ativliyinin müşahidə olunması rəsmi İrəvanın yalanını üzə çıxarır”

1918-ci il mart soyqırımı

Xəzər rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib

Moskvada gənc azərbaycanlı alimin uğurlu dissertasiya müdafiəsi olub

Etik qaydalardan bəhs edən yeni kitabın təqdimat mərasimi keçirilib

Prezident Xankəndidə separatçıların bütün ümidlərinə od vurdu

Azərbaycanın yazar qadınlarının “60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Pyatiqorsk şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib

Leninoqorskdakı soydaşlarımız Novruz bayramını təntənəli şəkildə qeyd ediblər

Quru sərhədləri Gürcüstanla qismən də olsa açmaq mümkündürmü?

“Qərəz bülbülü” Solovyovun antiazərbaycan “cəhcəhi”

Bütün xəbərlər