BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan Prezidentinin təşəbbüskarlığı türklərin yaşadığı bütün coğrafiyada da müsbət qiymətləndirilir

Son illər Azərbaycanın əldə etdiyi uğurlar, xüsusən Qarabağla bağlı danışıqlar prosesində Azərbaycanın göstərdiyi qətiyyət hər birimizi qürurlandrır. Sözün həqiqi mənasında siyasət meydanında Qarabağ uğurunda mübarizə gedir. Və biz burada da türk düynasının həmrəyliyini müşahidə edirik. Xüsusən Vətən müharibəsi günlərində türk dünyası dövlətləri də Azərbaycanı dəstələyən bəynatlarla çıxış etdilər. Əlbəttə, həmin günlər Azərbaycan-Türkiyə qardaşlığının birliyini də gördük. Türkiyə dövləti siaysi və mənəvi olaraq sona qədər Azərbaycanı dəstəklədi və hazırda bu dəstəyini davam etdirir. Həmçinin fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını mənəvi olaraq çox sarsıtdı. Azərbaycan dövləti və xalqı Türkiyədəki qardaş və bacılarının dərdinə şərik oldular. İki dost və qardaş ölkənin hərməyliyi dünya üçün birlik simvolu oldu. Hazırda bu birlik güdən-günə möhkəmlənməkdədir. Beynəlxaq tədbirlərdə Azərbaycan-Türkiyə Prezidentlərinin səmimi şəkildə qol-qola gəzməsi və şəkillərdə birgə dayanması dünyaya verilən türk birliyi mesajıdır.

Daha bir birlik nümunəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsidir. Dövlətimizin başçısı İlham Əliyev həmin tədbirdə iştirak edib. Öncə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb. Sammitin açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək deyib: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.

Prezident İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edərək qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadlarının Azərbaycanı  olduqca kədərləndirdiyini bildirib: “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib”.

Zəlzələ baş verədən sonra Azərbaycan sona qədər Türkiyəyə öz dəstəyini göstərdi. Azərbaycandan davamlı olaraq Türkiyəyə maddi yardım, elcə də həkimlər, xilasedicilər, könüllülər göndərildi. Azərbaycan xalqı könüllü olaraq zəlzədən əziyyət çəkənlərə dəstək olmaq üçün kimin əlində nə var onu göndərdi. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmədi. Ölkəmizin müxtəlif qurumlarında da zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə kampaniyalar keçirildi. Eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlılar da yardım kampaniyaları keçrirək toplanan pulu, eləcə də ərzaq, isti geyimlər, və s. lazımı vəsaitləri Türkiyəyə göndərdilər. Azərbaycan bütün dünyaya bir daha nümayiş etdirdi ki, təkcə dövlətlərarası və dövlət başçıları səviyyəsində deyil, eyni zamanda insanlar arasında da əsl qardaşlıq əlaqələri var.

Cənab Prezident çıxışında 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olduğunu vurğulayıb: “Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir”. Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil edilməsi dövlətimzin regional, elcə də türk dünyasında da aparıcı rol oynamasının göstəricisdir. Azərbaycan Prezidentinin təşəbbüskarlığı türklərin yaşadığı bütün coğrafiyada da müsbət qiymətləndirilir. Türk dövlətlərinin birliyi istiqamətində Azərbaycan bundan sonra da ən yüksək rol oynayacaq.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər