BAKU Azərbaycan
31.22 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Bu gün Türk dünyasının inteqrasiyası, təşkilatlanması reallığa çevrilib. Bu istiqamətdə atılan addımlar, görülən işlər özünün müsbət nəticəsini verməkdədir”.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Ramiz Alıyev deyib ki, bu gün türk dövlətləri arasında əlaqələr əvvəllər xəyal belə edilməyən səviyyəyə çatıb: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı beynəlxalq təşkilatlar arasında nüfuz qazanıb və mühüm bir rol oynamağa başlayıb. Türk birliyinin təmin olunması istiqamətində Rəcəb Tayyib Ərdoğanın dövründə atılan addımlar, bundan əvvəlki heç bir hakimiyyətin edə bilmədiyi qədər böyük olub. “Türkiyə çevrilişlərə və qlobal imperialistlərin oyunlarına qarşı “Türk əsri” ilə cavab verəcək” devizi indi sadəcə şüar deyil, konkret konseptual proqram və strategiyadır. Azərbaycan bu strategiyanın əsas müəlliflərindən biridir. Türkiyə Prezidentinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd etdiyi kimi, “Torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib”.

Politoloq qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında müstəsna bağlara söykənən və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatan əməkdaşlıq təkcə iki ölkənin deyil, bütün Türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyətə malikdir: “Hazırda Türkiyənin güclənməsi Azərbaycan və bütün türk dünyası üçün mühüm prioritetlər formalaşdırır. Mərkəzi Asiya dövlətlərində də Türk Dövlətləri Təşkilatı çərçivəsində geniş inteqrasiya meylləri müşahidə olunur. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Türkiyə istehsalı olan “Togg” elektrik avtomobilini hədiyyə edib. Bununla da indiyə qədər “Togg” avtomobilinə üç prezident – Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Şavkat Mirziyoyev sahib olub” 

Ramiz Alıyev onu da qeyd edib ki, 14 mayda Türkiyədə baş tutacaq prezident və parlament seçkilərinin nəticəsini bütün Türk dünyası gözləyir: “Bu seçki olduqca ciddi siyasi əhəmiyyətə malikdir. Türkiyədə Türk dünyası ilə bağlı aydın siyasəti olmayan, PKK təəssübkeşlərilə əməkdaşlıq etdikləri iddia edilən siyasi qüvvələrin hakimiyyətə gəlməsi Türk dünyasının güclənməkdə olan birliyinə heç də müsbət gələcək vəd etmir. Güclü komandanın, güclü siyasətçinin qələbəsi güclü Türkiyə deməkdir. Güclü Türkiyə isə mobil, qüdrətli türk birliyi deməkdir. Bu birliyi pozmaq istəyən qüvvələr bu gün var gücləriylə hərəkətə keçiblər. Türkiyə və onun liderinə qarşı daxildən və xaricdən edilən hücumların əsas məqsədlərindən biri məhz Türk dünyasının zəifləməsinə hesablanıb. Ümid edirəm ki, 14 mayda Türkiyə xalqı türk dünyasına qarşı oynanılan oyunu, təhlükəli ssenarini pozacaq, 14 may seçkilərindən sonra Türk dünyası daha da güclənəcək”.

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər