BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarını azərbaycançılq ideyası əsasında vahid amal uğurunda mübarizəyə qaldırıb

 Azərbaycançılıq idelogiyasının güclənməsi dünya azərbaycanlılarının birliyinə xidmət edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkürəsi millətin və dövlətin perspektiv inkişafının dəyişməz konsepsiyası kimi, Azərbaycanın sosial-siyasi və iqtisadi modernləşməsinin eyniləşdirilməsidir. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla, strateci inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin sanbalında öz əksini tapır. Bütün bunlar həm regional, həm də qlobal xarakterli vəziyyətlərdə ölkənin dəyişməkdə olan rolunu başa düşməklə formalaşan milli ideoloci model kompleksini təcəssüm etdirir.

Azərbaycançılıq, eyni zamanda milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, eləcə də dilimizə və dinimzə, ən əsası isə Vətənimizə bağlılığı özündə ehtifa edir. “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir”,- deyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarını azərbaycançılq ideyası əsasında vahid amal uğurunda mübarizəyə qaldırıb.

Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği vacib amildir. Azərbaycançılıq ideologiyasının xalqımız üçün əhəmiyyəti birləşdirici faktor olmasından ibarətdir. Bu baxımdan Azərbaycançılıq ideologiyası əhalimizin milli inkişaf yolunun formalaşmasının mərkəzində əvəzolunmaz bir yer tutur.

Bu ideologiya Azərbaycanda yaşayan 10 milyon azərbaycanlını və o cümlədən xaricdəki soydaşlarımızı daima mənəvi cəhətdən vətənimizlə əlaqəli və sıx təmasda saxlayan amillərdəndir. Bütövlükdə xalqımız üçün əhəmiyyəti diqqətdən kənarda qala bilməz. Harada yaşamağımızdan asılı olmayaraq, bütün soydaşlarımız gücünü hər zaman millətimizin və ölkəmizin inkişafına sərf edilməlidir və azərbaycançılıq ideologiyasının əsas məqsədi budur. Ümummilli Lider Heydrə Əliyev deyirdi: “Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq”. Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkisaf etdirə bilməz. Bu mənada azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevmək, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideyalara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponentidir. Necə ki, Ulu Öndər demişdir: “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”.

Azərbaycançılıq ideologiyasını gücləndirmək hər bir soydaşmızın mənəvi borcudur. Dünya azərbaycanlılarını bütöv və hər zaman bir arada edən azərbaycançılıq ideologiyasıdır. Bizi birləşdirən və əlaqəli saxlayan budur. Hər zaman bir-birimizin yanında olmaq arzusu bu ortaq ideologiyadan irəli gəlir. Ortaq ənənələr, fikirlər, istəklər hamısı bu bir ideologiyada toplanır. Etiraf edək ki, azərbaycançılıq ideologiyasının gücü sözlə izah edilə bilməz, bu, yalnız hiss olunur. Bu ideologiyanın güclənməsi üçün öncə xaricdəki soydaşlarımızın vətənlə bağlılığı daha da möhkəmlənməlidir. Onların vətənə bağlılığını artırmaq üçün müxtəlif ideloji layihələrin həyata keçilməsi vacib amildir. Vətənə bağlı olmaq, milli idelogiyaya bağlı olmaq deməkdir. Vətən sevgisi ilə böyüyən nəsil harada yaşamasından asılı olmayraq doğma torpağını unuda bilməz. Ən vacib məsələ yetişən nəslin milli düşüncəsinə diqqət etməkdir. Onlar yaşadıqları ölkələrdə assimliyasiya olmadan böyüməlidirlər.   Azərbaycanlıların birliyi hər zaman xalqımızı və dövlətimizi ucaldar. Sevindirici haldır ki, xaricdəki soydaşlarımız Ulu Öndərin tapşırıq və tövsiyələrinə uyğun olaraq öncə dilimizi və adət-ənənələrimizi qoruyur və orada böyuyən bütün Azərbaycan gənclərinə azərbaycançılığı çatdırmağa çalışır və Azərbaycanla sıx əlaqədə olmağı təbliğ edirlər. Milli mətbəximizi yaşadır və bacardıqları qədər fərqli millətlərə nümayiş etdirirlər. Bütün bunlar Prezident İlham Əliyevin və onun timsalında Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin həyata keçirilməsinin bariz nümunəsidir.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər