BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə, onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edilir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, daim azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, yeni-yeni hədəflərə doğru inamla irəliləməsindən fəxrlə bəhs edirik. Azərbaycan təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir. Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin nəticəsidir. Müstəqillik tariximizin ayrı-ayrı dövrlərini tarixi paralellər əsasında müqayisəli təhlil etdikdə Lider amilinin hər bir ölkənin həyatında əhəmiyyətli rol oynadığı aydın şəkildə görünür. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar yaddaşlarda, həmçinin tariximizin faciəli səhifəsi kimi daim vərəqlənməkdədir. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Təəssüflər olsun ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən ünsürlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyət uğrunda gedən mübarizə, şəxsi ambisiyaların dövlət maraqlarını üstələməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Eyni zamanda, Silahlı Qüvvələrin torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Bütün bu yaşananlar xalqın sabaha ümidini itirmişdi. Belə bir çətin məqamda xalq ayağa qalxaraq xilaskarını-Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalqının, ölkəsinin taleyinə biganə qalmayan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni bir dövr başladı.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki,  Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyevin  xalqın təkidli  tələbi ilə hakimiyyətə qayıdışından sonra qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı: “Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik olan  “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək uğurlarına yol açan mühüm addımlar atdı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və nüfuzu ilə seçilmişdir. Ümummilli Lider  Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.”

Millət vəkili bildirib ki, Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir: “Ümummilli Lider dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir. Onun düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı,  erməni yalanları əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Keçmiş qaçın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Ulu Öndər daim onların məskunlaşdığı ərazilərə  baş çəkir, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin dövlət başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Bütün bu addımların əsasında Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, problemin həlli üçün möhkəm hüquqi bazanın yaradılması dayanırdı.”

“Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanın bütün sahələrdə qazandığı uğurların məntiqi nəticəsi isə tarixi ədalətin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi oldu” söyləyən Malik Həsənov vurğulayıb ki, ölkəmizin son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyevin  rəhbərliyi ilə qazandığı uğurların miqyası ölçüyəgəlməzdir: “Tarixi Qələbəmiz, dövlət başçısı İlham Əliyevin  Zəfərin memarı kimi nüfuz qazanması görülən işlərin zirvəsidir. Rəşadətli Ordumuz döyüş meydanında qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək 44 gündə torpaqlarımızı işğaldan azad etdi. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcı oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur, bərpa edilir. Soydaşlarımızın torpaq həsrətinə son qoyularaq artıq onların mərhələli şəkildə Böyük Qayıdışı həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ona göstərilən inamı və etimadı doğrultdu, dahi şəxsiyyətin vəsiyyətini yerinə yetirdi. Qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə yeni zəfərlərə doğru irəliləyəcək.”

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər