BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq Qələbə tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılıb. Bu böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyulub. Uydurulan erməni mifologiyası sabun köpüyü kimi dağılıb yox olub. Müzəffər Ali Baş Komandanımızın təbirincə desək, daha heç kim dünyada "müzəffər erməni əsgəri" haqqında bir söz demir. Çünki o, on min fərarisi olan ordudur. Ermənistan ordusu yoxdur. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən.

Hər zaman müxtəlif layihələrdə dünya ölkələri arasında öz imicini qoruyub saxlamağı bacaran dövlətimiz bu savaşda həm də hərb sahəsində əldə etdiyi uğurla öyünə bilər. Bu müharibə bizə həmçinin dost və qardaş ölkələrlə yanaşı, haqq mübarizəmizə qarşı çıxan, uğurumuza sevinməyən dövlətlərin olduğunu ortaya qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe, məğlubedilməz sərkərdəlik qabiliyyəti xalqımıza böyük sevinc və qürur hissi bəxş edib. Qazanılan Qələbə ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, sarsılmaz birliyinin və vəhdətinin bariz nümunəsidir.

Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Bölgədə yeni reallıqlar yaradan Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa planları kifayət qədər genişdir. Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə hər səfəri yeniliklərlə müşahidə olunur. Yeni-yeni obyektlərin təməli qoyulur, tikinti - quruculuq işləri yüksək sürətlə davam etdirilir. Təkcə bir il ərzində Qarabağda, erməni vandallarının daşı daş üstə qoymadığı torpaqlarımızda obrazlı desək, iş "bulaq kimi" qaynayır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri onu göstərir ki, dövlətimizin başçısı işğaldan azad edilən ərazilərimizdə aparılan bütün proseslərə ciddi nəzarət edir, mütəmadi olaraq verdiyi tapşırıqların icrasını yoxlayır, lazımi tövsiyələrini verir. Konkret desək, orada gedən irimiqyaslı quruculuq işləri ilə yaxından tanış olması və bir çox müəssisələrin, infrastrukturun təməlinin qoyulmasında iştirakı dövlətimizin başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Və bu səfərlər Qarabağın dirçəlişini daha da sürətləndirir.

Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlər yüksək sürət və dinamizmlə aparılır. Zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilir. Həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına əsaslı zəmin yaradıb. Bir il ərzində görülmüş işlər dövlətimizin, xalqımızın nə qədər böyük potensialının olduğunun bariz ifadəsidir. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Azərbaycan dövləti qısa müddət ərzində bütün rayonlarımızı yenidən qurmaq, bərpa etmək gücündədir.

Ali Baş Komandanın qeyd etdiyi kimi, “necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik”

Yeni əməkdaşlıq platformasını gündəmə gətirən Zəngəzur dəhlizinin açılması bütövlükdə region ölkələrinin də faydalanacağı, həm də bölgədə sülhün formalaşması baxımından çox vacibdir. Bu gün postmüharibə dövrü region ölkələrinin əməkdaşlıq, qarşılıqlı ticarət və kommunikasiya əlaqələrinin açılması üçün yeni imkanlar yaradıb. Bu dəhlizin açılmasını kommunikasiyaların bərpasının bir elementi kimi də adlandırmaq olar. Hazırda Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində fəal addımlar atılır. Bunun sayəsində bölgədə yeni geoiqtisadi əməkdaşlıq imkanları daha da dərinləşir.

Əminə Ağazadə

Milli Məclisin deputatı

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər