BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Beynəlxalq Cüdo Federasiyası (BCF) ilə qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində 7 mart 2022-ci il tarixində BCF-in akademiyasında Azərbaycanın cüdo idman növü üzrə məşqçiləri üçün təlimlərə start verilir.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "6news"a verilən məlumata görə, ölkənin bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 45 məşqçi təlimdə iştirak edəcək və təlimi uğurla başa vurduqları halda BCF-in müvafiq beynəlxalq dərəcəli sertifikatı ilə təltif olunacaqlar.

“Peşəkarlığını artıran, davamlı olaraq yeni bilik və bacarıqlara yiyələnən məşqçi heyəti sağlam və uğurlu idmançı nəsli yetişdirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ACF rəhbərliyinin ən önəm verdiyi məsələlərdən biri məşqçilərimizin peşəkarlıq səviyyələrinin artırılması üçün müxtəlif təhsil layihələrinin həyata keçirilməsidir. BCF Akademiyası ilə birlikdə başladığımız bu proqramda təkçə yığma komandaların məşqçiləri deyil, həm də klubları, o cümlədən regionlarımızı təmsil edən məşqçilərimiz də iştirak edəcəklər. İnanırıq ki, bu proqram ölkəmizdə cüdo idman növünün inkişafına həm yaxınmüddətli, həm də uzunmüddətli gələcəkdə çox böyük töhfə verəcək", - ACF-nin baş katibi Rəşad Rəsullu qeyd edib.

Qeyd edək ki, təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olmaqla ümumilikdə 6 ay davam edəcək. Seminarı uğurla başa vuran məşqçilərimiz cüdo məşqlərini planlaşdıran zaman nəzəri komponentləri tətbiq etmək, yarışlara hazırlıq zamanı müxtəlif fəndləri ətraflı izah etmək və nümayiş etdirmək, döyüş texnikaların fərqlərini nəzəri və praktiki tərəfdən izah etmək, idmançıların hazırlıq dərəcələrini düzgün dəyərləndirmək və təlimi ona görə uyğunlaşdırmaq, hər bir yarışın məqsədlərini formalaşdırmaq və idmançıların hazırlıq prosesini ona görə qurmaq, o cümlədən təlim məşq proseslərini BCF-nin təqviminə adaptasiya etmək kimi nəzəri biliklərə sahiblənəcəklər.

Seminarın praktiki hissəsi isə avqust ayında Azərbaycanda BCF akademiyasının ekspertlərinin iştirakı ilə təşkil ediləcək. Praktiki məşğələlər zamanı 100 əsas katanın yerinə yetirilməsi üzrə dərslər keçiriləcək. Qeyd edək ki, kata cüdoda texniki hərəkətlər kompleksidir və onun yerinə yetirilməsinin ciddi qayda və ardıcıllığı var. Bu hərəkətlər kompleksinin keyfiyyətli nümayişi cüdoçunun ustalıq səviyyəsini müəyyən edir. Katanın öyrənilməsi cüdonun əsas fəlsəfi prinsiplərinin mənimsənilməsi və fəndlərin düzgün yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

BCF-nin qərarına əsasən, 2023-cü ildən etibarən federasiyanın müvafiq sertifikatına malik olmayan məşqçilərə BCF və Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda tatami kənarında idmançıları müşaiyət etməyə icazə verilməyəcək.

Qırx beş məşqçi ilə başlanan proqramın növbəti illərdə də davam etdirilməsi planlaşdırılır. Eyni zamanda, BCF-nin Akademiyası ilə əməkdaşlıq çərçivəsində cüdo idman növü üzrə hakimlər üçün də seminarlar və təlimlər təşkil ediləcək.

Son xəbərlər

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı  şəhər 4 nömrəli uşaq bağçasında olub

Moskvada Stalinqrad döyüşü və Vətən Müdafiəçiləri Gününə həsr olunan tədbir keçirilib

Distant təhsil yeni və fərqli təhsil formasıdır

Uşaq yazıçısı, şairi Gülzar İbrahimovanın yaradıcılıq gecəsi keçirildi

Krasnoyarsk azərbaycanlıları: Cavadov Səbuhi – idmançı və məşqçi

Yaxın günlərdə Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin premyerası olacaq

Elşən Uluxanlı Prezident İlham Əliyevi təbrik edib 

QƏRBİ AZƏRBAYCANIN MİLLİ-MƏDƏNİ İRSİ GƏNCLƏRİN GÖZÜ İLƏ adlı müsabiqə elan olunub

Milli Qəhrəman İbad Hüseynov Adana valisi ilə görüşüb

Qalib Liderlə yeni üfüqlərə doğru

ABŞ-da yaşayan tanınmış rəssam Prezident İlham Əliyevi təbrik edib

Uğur simvoluna çevrilən LİDER

Leninoqorsk vilayətindəki soyadaşlarımız Prezident İlham Əliyevi təbrik ediblər

Ölkəmizdə distant təhsilin tətbiqi mümkündürmü?

Milli Qəhrəman İbad Hüseynov Hatay valisi ilə görüşüb

“Khan Academy Lənkəran təhsilində” layihəsi çərçivəsində sosial çarx hazırlanıb

"Tək övladını şəhid verən Ana..."

Azərbaycana dost olan ölkələrin deputatları AŞPA-dakı qətnaməyə niyə “hə” dedi? -RƏY

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını təsdiqləyib və elan edib

Şəhidə həsr olunmuş “Unudulmaz ömür yolun...” oçerki kitabxanaya təqdim olundu

Şahin Məmmədov seçkilərdə inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Millət vəkili və icra başçısı növbəti səyyar qəbul keçiriblər

Azərbaycan Küveytdə keçirilən “Dünya xalqları forumu”nda təmsil olunub

Sidneydə Azərbaycandakı dinlər və millətlərarası harmoniyadan bəhs edilib

Demokratik, şəffaf, azad...Deputatdan açıqlama

Leyla Abdullayeva Fransanın ali təhsil ocağının tələbələrinə Bakının xarici siyasətindən danışıb

“Sivil Toplum” Monitorinq Koalisiyası Belçika Krallığının Azərbaycandakı səfirliyində görüş keçirib

“Sivil Toplum” Monitorinq Koalisiyası müşahidə nəticələrinə dair bəyanat yayıb

“Sivil Toplum” Monitorinq Koalisiyası: "Seçici fəallığı çox yüksəkdir"

Ruslan Əliyev müharibə veteranının anasını təltif edib

Bütün xəbərlər