BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan Respublikası artıq 30 ildir ki, müstəqil olaraq müasir dünyada uğurla inkişaf edir. Azərbaycan gəncliyi daim ölkənin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələsində öz bilik, bacarıqları ilə bu proseslərdə iştirak etməklə Vətənə, dövlətə bağlılıqlarının, eləcə də Vətənin qorunmasının hər zaman ali hədəf olduğunu bu uzun müddət ərzində mənimsəyib. Azərbaycan gəncliyinin mübarizliyinin bariz nümunəsi 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun böyük Zəfər qazanmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilərək istər gənclərin mədəni-sosial həyatının təşkili, istərsə də onların elmi, vətənpərvərlik biliklərinin müasir çağırışların tələblərinə uyğunlaşdırılması istiqamətində böyük işlər görülüb. Xüsusilə Azərbaycan gənclərinin qlobal-siyasi debatlarda iştirakçılığı, habelə yeni platformalarda özlərinin aktiv rolu Azərbaycan gəncliyinin böyük potensialının varlığını bu gün də təsdiq edir. Belə ki, Azərbaycan dünya gənclər siyasətinin müəyyənləşməsində on ildən artıq bir müddətdə yaxından iştirak edir. Ölkəmizin bu sahədə əldə etdiyi uğurlu təcrübəni dünyada fəaliyyət göstərən qlobal gənclər institutları yüksək qiymətləndirərək 2014-cü ildə ilk dəfə olaraq bütün dünyanın, BMT-yə üzv olan ölkələrin, gənclər siyasəti ilə məşğul olan dövlət, qeyri-dövlət mütəxəssislərinin, nazirlərin iştirakı ilə “Gənclər Siyasəti üzrə birinci Qlobal Forumu”nun (1st Global Youth Policy Forum) məhz ölkəmizdə keçirilməsini dəstəkləyib.

“BMT-nin Baş katibinin yanında fəaliyyət göstərən Gənclər Ofisi, Avropa Şurasının Gənclər Departamenti, UNESCO, BMT-nin İnkişaf Proqramının, eləcə də gənclər siyasəti ilə məşğul olan regional ofislərin iştirakı ilə 2014-cü il oktyabrın 28-30-da Bakıda keçirilmiş bu Qlobal Forumda dünyada gənclər siyasətinə dair “Bakı Kommünikesi” adlandırılan sənəd qəbul olunub. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev məzmunlu və əhatəli nitq söyləyib. Dövlətimizin başçısının “Gənc nəslimiz innovasiyalarla bağlı məsələlərdə fəal iştirak edir. Gənc nəsil çox yaradıcıdır, dinamikdir. Həmçinin Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində də sürətlə inkişaf edir” sözləri ölkəmizin hər zaman innovasiya, yeniliklərə, müasir çağırışlara hazır olduğunun əyani sübutudur.

Bu il iyulun 18-22-də dünya qlobal gənclər platformasında Azərbaycanın ev sahibliyi ilə reallaşdırılan yeni, böyük tarixi həmrəylik təşəbbüsünə şahidlik etdi. Belə ki, 120 ölkəni özündə birləşdirərək BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin Gənclər Şəbəkəsinin Sammiti keçirildi”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, hələ 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində dövlət və hökumət başçıları həmin il oktyabrın 24-25-də ilk dəfə keçirilən Qoşulmama Hərəkatının Gənclər Zirvə Görüşünün təşkilini müsbət qarşılayıblar.

Deputat vurğulayıb ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması, eyni zamanda, Azərbaycanın günümüzün ən əhəmiyyətli inkişaf sənədi olan “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 17-ci Məqsədinin əsas çağırışı olan qlobal tərəfdaşlığın gücləndirilməsi çağırışına cavab verən fəaliyyətinin nəticəsidir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə QH-nin institutlaşması istiqamətində Parlament Şəbəkəsinin yaradılmasından sonra atılan növbəti uğurlu addım idi. Sammitin digər bir qürurverici məqamı da bağlanış tədbirinin mədəniyyət paytaxtımız olan Şuşa şəhərində keçirilməsidir. Hərəkatın ilk Gənclər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevin iştirakçılara ünvanlanan müraciəti zamanı səsləndirilən fikirlər bir daha Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinə verdiyi müstəsna əhəmiyyətin, habelə Qoşulmama Hərəkatına sədrliyimizin müvəffəqiyyətlə həyata keçirildiyinin və üzv dövlətlərin ölkəmizə göstərilən etimadının bariz nümunəsidir.

“Sammitdə Azərbaycanın 27 illik təcrübəyə malik Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri səviyyəsində təmsil olunması Şəbəkənin gələcək fəaliyyətində məhz gənclər siyasəti sahəsində fəaliyyət göstərən təşkilatlarımızın əldə etdiyi uğurlu təcrübə və nailiyyətlərdən istifadə olunacağına dəlalət edir. Bu günə qədər ölkəmizin bütün sahələrində ARGTMŞ-nin təcrübəsindən istifadə olunması çoxvektorlu xarici siyasətimizdə də yeni-yeni uğurlara və inkişafa yol açacaq.

İnanıram ki, Azərbaycan gənclərinin qlobal çağırışlarda, habelə qlobal gündəliyin icrasında iştirakçılığı bundan sonra da ikitərəfli və çoxtərəfli əməkdaşlıqla davam etdiriləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər sahəsinin inkişafı üçün yaradılmış bütün infrastrukturdan maksimum istifadə etməklə formalaşmaqda olan yeni nəsildən ali dəyərlərin qorunmasında və inkişaf etdirilməsində istifadə olunmalıdır”, - deyən Məzahir Əfəndiyev fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər