BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Gədəbəydə baş verən hadisələr hər birimizdə təəssüf və təəccüb doğurdu. Təbii ki, hər bir vətəndaşın etiraz etmək, narazılığını bildirmək hüququ vardır. Amma bu etirazlar kənardan idarə olunursa, dövlət-cəmiyyət münasibətlərinin pozulmasına xidmət edirsə, polisin, özəl sektorun əməkdaşlarının təhqir olunması ilə nəticələnirsə, bunu pisləməmək doğru olmazdı.

Bunu saytımıza açıqlamasında politoloq Ramiz Alıyev Gədəbəydə təxribatla müşaiyyət olunan etiraz aksiyasına münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, aksiya iştirakçıları məqsədli şəkildə Azərbaycan atributlarını formalarında gəzdirən polisi təhqir edərək, onları təxribata çəkiblər: “Gədəbəydəki qızıl zavodunun ətraf aləmə təsirini araşdırmaq üçün dövlət komissiyası yaradılıb. Ümid edirəm ki, komissiya hər bir detalı ciddi şəkildə araşdıracaq və elmi əsaslara söykənən yekun sənədlər ortaya qoyacaqdır. Eyni zamanda polis-vətəndaş münasibətlərini pozmaq istəyən qüvvələrin də fəaliyyəti araşdırılmalı və buna hüquqi qiymət verilməlidir. Mənim diqqətimi bir neçə məqam çəkdi. Birincisi, görüntülərdən də bəlli olur ki, aksiya öncədən hazırlanıb. Üzərində müəyyən şüarlar olan plakatlar öncədən hazırlanaraq iştirakçılara paylanılıb. Şüarlar da müəyyən beyin mərkəzləri tərəfindən hazırlanıb. İnanmıram ki, sadə kənd insanları o cür şüarlar yazsınlar. O şüarları, plakatları hazırlamaq üçün müəyyən qruplar günlərlə, həftələrlə çalışblar, baş sındırıblar. Təxribat senarrisi də öncədən hazırlanmışdı. Yaşlı qadınları və uşaqları qabağa çəkmək, polislərə daş-kəsək atmaq, təhqir-söyüşlərdən istifadə etmək də bu senarrinin tərkib hissəsi olub. Üstəlik, xüsusi plan əsasənda orada foto və video çəkilişlər aparılıb. Vətəndaşların aqressiv davranışları kəsilərək çəkilişlərdən silinib, polisin təxribata cavabı isə çılpaqlığı ilə saxlanılaraq ictimaiyyətə təqdim olunub. Görüntülərdən sanki belə aydın olur ki, guya vətəndaşlar polisə qarşı daş-kəsək atmayıb, onları söyüb təhqir etməyib. Guya polis durduqları yerdə onlara qarşı yumuşaq gücdən istifadə edib. Məqsəd dövlət-vətəndaş qarşıdurması yaratmaq və bunu müəyyən dairələrə təqdim etməkdir”.

Politoloq qeyd etdi ki, heç kəs istəməz ki, polis əməkdaşı vətəndaşa qarşı, xüsusilə də yaşlı insana, qadın və uşağa qarşı aqressiv davransın: “Biz polisi o məqama çatdıran səbəbləri araşdırmalıyıq. Nə üçün polis xüsusi qoruyucu vasitələr geyinərək aksiya keçirilən yerə gəlmişdi? Çünki daha öncə adi xidməti formasında olan polislər təhqir olunmuşdular, daşa basılmışdılar. Sənin azadlığın başqasının azadlığının başladığı yerdə bitir. Polis digər vətəndaşların, sahibkarların hüquqlarının pozulmaması, ölkədə sabitliyin təmin edilməsi üçün sinəsini təhlükənin qarşısına sipər etməlidir. Polisi təxribata çəkənlər, gözdən salmaq istəyənlər tapılıb cəzalandırılmalıdırlar. Oradakı qadın və uşaqlar təxribatın qurbanlarıdırlar. Onlar aksiyanın arxasındakı qüvvələrin əsl niyyətlərin heç bu gün də anlamırlar. Təsadüfi deyil ki, AXCP sədri Əli Kərimli partiyanın qurultayına hazırlığa məhz Gədəbəydən başladı. Onlar bu gün dövlətdən Bakıda böyük zal tələb edirlər. Görəsən, AXCP-nun o böyük zalları dolduracaq qədər üzvü varmı? Partiyanın ömürlük sədri olan Əli Kərimli formal qurultay keçirmək istəyir. 24 iyunda keçiriləcək qurultayla bu günlərdə Gədəbəydə baş verən aksiyanın həqiqətənmi bir bağlılığı yoxdu?! Bunu mütləq araşdırmaq lazımdır.  Oradakı plakatların harada və nə vaxt hazırlanması, o şüarların hansı beyin mərkəzlərinin məhsulu olması da mütləq araşdırılmalıdır. Gədəbəy hadisələri ilə 24 iyun qurultayının əlaqələrini xüsusi ilə araşdırmaq və hüquqi qiymət vermək lazımdır. 

Erməni təxribatlarına qarşı xalqımızın apardığı mübarizədə gözə dəyməyən Əli Kərimli və onunla bərabər  “5-ci kolon” fəaliyətini həyata keçirən sosial şəbəkə “qəhramanları” indi sanki plan üzrə Gədəbəy hadisələri üçün və orada hadisələri alovlandırmaq üçün gücləndirilmiş iş rejiminə keçmişdilər. 

Bu cür qüvvələr var güclərilə çalışırlar ki, ölkədə qarmaqarışıqlıq olsun, vətəndaşlar dövlətdən incik düşsünlər və s. Mən Gədəbəydəki hadisələrlə beşinci kolonun planları arasında müəyyən bağlılıqlar görürəm. Ona görə də hüquq mühafizə orqanları mütləq şəkildə aksiyada baş verən prosesləri, orada qaldırılan plakatları diqqətlə araşdırmalıdırlar. O plakatların hansı qüvvələr tərəfindən hazırlanması, aksiya iştirakçılarına təlimatların kimlər tərəfindən verilməsi diqqətdən kənar qala bilməz.”

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər