BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Ermənilər Qərbi Azərnaycanda tarixin izlərini itirməyə çalışır

 Ermənilər özlərini tanıyandan başqa millətlərin milli-mədəni dəyərlərini mənimsəyiblər. Ümumiyyətlə, ermənilər bir xalq olaraq bu mənimsəmə əsasında formalaşıblar. Məlumdur ki, onlar bu oğurluqlarını ən çox azərbaycanlılardan ediblər və bu gün də bu proses davam edir. Belə ki, ermənilərin bizə qarşı düşmənçiliyi təkcə torpaq iddiası ilə bitmir. Onlar eyni zamanda milli-mənəvi dəyərlərimizi də oğurlayaraq öz adlarına çıxırlar. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Prezident İlham Əliyevlə görüşdə deyib ki, Qərbi Azərbaycan zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi olan tarixi Azərbaycan bölgəsidir: “Bu bölgənin dərin kökləri və özünəməxsus siması olan memarlığı, xalq sənəti, musiqi ənənələri formalaşmışdır. Dağlıq ərazilərin sərt iqlim şəraiti, böyük zəhmət tələb edən təsərrüfat həyatı bu torpaqlarda yaşayan insanların xarakterinə də öz təsirini göstərmişdir. Zəhmətkeşlik, dözümlülük, vətənpərvərlik, dilinə, dininə, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiqlik Qərbi azərbaycanlılara xas olan cəhətlərdir. Elmə, təhsilə böyük həvəs və hörmət, mütərəqqi mədəniyyətə rəğbət bölgənin insanları arasında görkəmli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin yetişməsinə səbəb olmuşdur. XX əsrdə erməni millətçilərinin torpaqlarımızın mənimsənilməsinə yönəlmiş düşmənçilik siyasəti Qərbi azərbaycanlıların Vətənə məhəbbətini, vətənpərvərlik hisslərini daha da artırmışdır. Sovet hakimiyyəti tərəfindən həyata keçirilən deportasiyalar Qərbi azərbaycanlıları öz yurd-yuvalarından didərgin salmış və çoxsaylı insan tələfatı ilə nəticələnmişdir. Bu çətinliklər bizi daha da möhkəmləndirmiş, milli təəssübkeşliyimizi və dövlətçilik məfkurəmizi gücləndirmişdir”.

Ermənilərin soyadaşlarımıza qarşı bu kimi etnik təmizləmə siyasəti heç bir halda qəbul ediləsi deyil. Onlar bu azmış kimi milli-mənəvi dəyələrimzə qarşı da soyqırımı edir, tarixin izlərini itirməyə çalışırlar. Zaman-zaman ermənilərin bu əməlləri ilə bağlıl kitablar və məqalələr yazılıb. Ermənilərin mədəni dəyərlərə qarşı terror əmələri hər zaman soydaşlarımzı tərəfindən pislənilib.

Ötən il Ermənistana səfər edən İngiltərə vətəndaşı “Tvitter”də Qərbi Zəngəzurun Qarakilsə rayonunun Urud kəndindən fotolar paylaşmışdır. Həmin fotolardan aydın görünür ki, kəndin qəbiristanlığı dağıdılıb, məzardaşları aşırılıb və sındırılıb. “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin rəhbəri Elməddin Behbud ba haqad təəssüflə deyib ki, erməni vandalizmi ilə üzləşən yalnız qədim yaşayış məntəqəmiz Urud, o cümlədən onun qəbiristanlığı deyil: “Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri - Qarabağ və Şərqi Zəngəzurun 2020-ci ildə azad olunmasından sonra ermənilərin işğal dövründə bu torpaqlarda məscid, məzarlıq, ziyarətgah, həmçinin, digər tarixi və mədəni abidələrimizə qarşı törətdiyi vəhşiliklərin miqyasından bir daha başa düşdük ki, onlar xarakterlərinə xas analoji davranışı nəzarətlərində saxladıqları bütün yerlərdə nümayiş etdiriblər. Amma təəssüflər olsun ki, bu məsələdə də yeni riyakar, ikili yanaşma ilə qarşılaşırıq. Dünyanın harasındansa Qarabağa köçüb gələn bir erməninin daxmasından kərpic düşəndə bəşəri cinayətin baş verdiyini dünyaya car çəkən "beynəlxalq insan hüquqları və mədəniyyət" qoruyucuları nədənsə hələ də ermənilərin Cənubi Qafqazda zəbt etdiyi on minlərlə kv. km ərazidə türk və müsəlman abidələrinə qarşı törətdiyi mədəni soyqırımla bağlı dərin sükut içindədirlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 20 may 2022-ci ildə bu mövzu ilə bağlı UNESCO-ya - Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna bir daha çağırış edib: "Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər".

Son bir neçə əsrin tarixi istiqamətini dəyişən şanlı Vətən müharibəsindən sonra daha çox inanıram ki, yaxın gələcəkdə əzəli yurdlarımıza qayıdacaq və həsrətlə, nisgillə, ömrünün ən gözəl çağlarını keçirdikləri doğma torpaqları bir daha görməyərək həyatdan köçən ata-anamın, babalarımın, nənələrimin, çoxsaylı yaxınlarımın və minlərlə soydaşımızın ruhuna dualar oxuyacağıq. Onda məzarlığı ziyarət etməyə də gedəcəyik, son 34 ilədək hər qarışından azərbaycanlıların hənirtisi gələn, hər yerində izimiz olan yurd yerlərimizə də baş çəkəcəyik.

Qərbi Zəngəzura böyük qayıdışdan sonra yalnız Qarakilsənin azərbaycanlıların 1988-ci ilədək yaşadığı Qızılcıq, Ərəfsə, Comərdli, Sofulu, Vağadi, Urud, Ağdü, Dəstəyurd, Şəki, Şıxlar, Murxuz kəndlərindəki məzarlıqlardakı həmvətənlərimizin deyil, bütün əcdadlarımızın ruhu şad olacaq”.

Son illər ermənilər milli musiqimizə də daha çox oğru əllərini uzatmağa başlayıblar. Əslinə qalsa uzun illərdir onlar bizim xalq və klassik musiqimizə təcavüz edirlər. Yəni onların bu əməlinin tarixi çox-çox uzaqlara gedib çıxır. Amma təəəssüf ki, dünya hələ də ermənilərin törətdiyi mədəni soyqırıma susur.

 

 

Fuad Hüseynzadə

Yazı “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” layihəsi çərçivəsində hazırlanıb.

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər