BAKU Azərbaycan
31.65 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi. Bu savaş Prezident cənab İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi.       Tarixi Zəfər xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu.

Bildiyiniz kimi, 27 ildən sonra Cəbrayıl rayonu da işğaldan azad edildi. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistanın işğalından azad edilməsinin üç  ili tamam olur.

1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Cəbrayıl rayonunu işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin saldılar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılmışdır. İşğal nəticəsində ermənilər rayondakı mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini, yeraltı və yerüstü sərvətləri, zəngin su mənbələrini dağıdıb, meşələri yandırıb, bu yurdun rəmzinə çevrilən Xan çinarlarını kəsimişdirlər. 52000 nəfər əhalisi olan Cəbrayıl rayonunun 1050 km2-i əhatə edən ərazisi və bu ərazilərdəki  72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdırlar.

Xatırlatmaq istəyirəm ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilmiş və kənddə insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Qeyd etdiyim kimi, rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə Cəbrayılı bütövlükdə azad etdi.

30 ilə yaxın bir dövr ərzində erməni faşistləri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlıarının geri qaytarılması ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin tələblərinə əsasən həmsədr dövlətlərin iştirakı ilə Ermənistan rəhbərliyi ilə danışıqlar aparılsa da heç bir müsbət nəticə vermirdi. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Bütün bunlara və davamlı olaraq yurdumuzun sərhəd bölgələrinə silahlı hücumlarına dözməyən Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hücumunu adekvat cavablandırdı.

44 günlük Vətən müharibəsində möhtəşəm qələbə əldə etdik. Ötən müddət ərzində dövlətimizin başçısı İlham Əliyev dəfələrlə azad olunmuş ərazilərdə olmuş, aparılan ilkin quruculuq işləri ilə yerində tanış olaraq tapşırıqlarını vermişdir.

Artıq Qarabağda geniş bərpa-quruculuq işləri aparılır. Mübaliğəsiz demək olar ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə qarşılanır.

Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl şəhərinə, yurdumuzun bu dilbər güşəsinə növbəti səfəri 2023-cü ilin 28 sentyabr tarixində baş tutub. Səfər çərçivəsində Prezidentimiz bir sıra təməlqoyma tədbirlərində iştirak etdi. Dövlətimizin başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub, eyni zamanda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Bir sözlə, 44 günlük müharibə Azərbaycanın gücünü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpalarımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanına çevrilib, hər bir günü bizim üçün əzizdir, doğmadır. Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək.

 

Elxan Quliyev, Əməkdar müəllim

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər