BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyevin yürütdüyü çevik xarici siyasət Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırıb

İrəvanın tarixi, Azərbaycanın tarixidir. Qarabağın tarixi Azəraycan üçün nədirsə, İrəvanın, Qərbi Azərbaycanın da tarixi o cür əhəmiyyətlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Şanlı Zəfər qazanıb Qarabağ məsələsini həll edərək ərazi bütövlüyünü tam təmin etmiş oldu. Qarşıda Azərbaycan dövlətini geosiyasi faktora çevirəcək növbəti tarixi mərhələ gözləyir: Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycan qayıdış. Yeni fazanın başlanması artıq geosiyasi zərurətdən irəli gəlir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev çevik xarici siyasət yürdür. Aparılan bu siyasət Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırıb. Ötən ilin dekabrında Qərbi azərbaycanlılara görüşdə Prezident İlham Əliyev onlara yenə əminlik verdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

Sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi və Müzəffər Ordumuzun bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirilməsi Ermənistana növbəti zərbə oldu. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Bu o deməkdir ki, Azərbaycan bölgədə qanun çərçivəsində istəyinə nail ola bilir. Buna görə də Qərbi Azərbaycanla da bağlı istəklərimizin gerçəkləşməsi labüddür. Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və sentyabrın 19-da bəyanat yayaraq beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirib. “Biz beynəlxalq ictimaiyyəti Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırıq”, – deyə İcmanın bəyanatında vurğulanıb.

Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız Qərbi Azərbaycana qayıdacaqlar. O günü gözləyənlərdən biri də İradə Rizazadədir. O, 35 ildir ki, doğma yurdu İrəvana həsrətdir. Ev-eşiyi, doğmalarının məzarları Ermənistanda qalıb. O yerlərin köklü sakini olduğunu sübut edən pasportunu hələ də saxlayan İradə xanım tezliklə doğma yurduna qayıdacağına əmindir. “Türksüz Ermənistan” siyasətinin qurbanlarından biri olan filoloq İradə Rizazadə İrəvanda azərbaycanlıların evlərinin necə əllərindən alındığının və tarixi abidələrin məhvinin canlı şahididir. İradə Rizazadə KİV-ə bildirib ki, ermənilər tarix boyu, zaman-zaman azərbaycanlılara qarşı soyqırımı törədib, dini abidələrini, toponimlərini dağıdıb: “Təbii ki, belə şovinist hadisələr İrəvanda daha çox və vəhşicəsinə baş verib”. O, yaşadığı şəhərlə bağlı düşüncələrini, eləcə də çalışdığı dövrdə üzləşdiyi erməni məkrliyi, düşmənçiliyindən danışıb, doğma yurda qayıdacağına, orada azərbaycanlılar mühitinin yenidən yaranacağına əminliyini ifadə edib. Bu gün İradə Rizazadə İrəvan sakini Ermənistandan muxtariyyat tələb edir.

İradə Rizazadə İravanda təhsil alıb və daha sonra İrəvanda yerləşən Azərbaycan Kənd Təsərrüfatı Texnikumunda öz tələbələrinə dərs deyib. İradə Rizazadə mediaya müsahibəsində bildirib ki, erməni şovinist qüvvələri İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texikumunun fəaliyyətini əngəlləmək üçün müxtəlif vasitələrə əl atırdılar: “Texnikumu mərkəzdən uzaqlaşdırıb daha ucqar bir bölgəyə köçürmək istəyirdilər. Amma azərbaycanlı ziyalıların iradəsi sayəsində İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu 1983-84-cü tədris ilində Zəngibasar rayonunun Dəmirçi kəndinə köçürüldü. Elə həmin ildən texnikumun adı dəyişdirilərək Dəmirçi Sovxoz Texnikumu adlandırıldı. 1988-ci ilə qədər fəaliyyət göstərmiş bu tədris ocağına müxtəlif vaxtlarda Əli Yüzbaşıyev, Əsgər Kəngərlinski, Həbib Məhəmmədzadə, Xəlil Səfərov, İsmayıl Şükürzadə, Məmməd Fərəcov, Rza Həsənov, Abbas Sadıqov, Sabir Əsədov, Cəfər Elyasov, Abbas Mustafayev, Səfər Səfərov və Nüsrət Sadıqov rəhbərlik etmişdir. Bu il yaranmasının 95 ili tamam olan İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunun da Azərbaycan təhsil tarixində özünəməxsus yeri və rolu vardır”.

İrəvan qədim Azərbaycan torpağıdır. Bu torpaqların azərbaycanlı sakinləri İrəvan sevgisini hər zaman yaşadırlar. Buna görə də Qərbi azərbaycanlılar mütləq xalqımıza mənsub olanı geri alacaq.

 

Fuad Hüseynzadə

Yazı “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər