BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi xalqımıza böyük sevinc bəxş edib. Ümummilli Liderin 100 illik yubileyinin Onun şah əsəri olan müasir müstəqil Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda qeyd etmək qürurvericidir. Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı daim zirvələrdə görmək istədi.  Torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın torpaq həsrətinə son qoyulması dahi şəxsiyyətin ən böyük arzularından biri idi.  Bu gün böyük qürurla qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin  ruhu şaddır. Onun Özü qədər inandığı, siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını torpaqlarımızın xilaskarı kimi tarixə qızıl hərflərlə yazdı. Xalqımız son üç ildə tarixi günləri, bayramları tamamilə fərqli ovqatda, yeni hədəflərlə, arzu və istəklərlə qeyd edir.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Ümummilli Lider Heydər Əliyevin çağırışları arasında xüsusi yer tutan “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” fikirləri Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları fonunda öz təsdiqini tapdı. Çünki müstəqilliyimizin ilk  2 ilində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin ölkəyə rəhbərliyi ucbatından böyük təhlükələrlə üz-üzə qaldı. Xalq daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, xaosdan, anarxiyadan, Ermənistanın işğalçılıq siyasətindən, bir sözlə,  iqtidarın özbaşınalığından sabaha ümidini itirmişdi. Hakimiyyətlə xalq arasında uçurum yaranmışdı. Xalq ayağa qalxaraq öz xilaskarına - Ulu Öndər Heydər Əliyevə üz tutdu.

Bu reallıq inkaredilməzdir ki, əgər Heydər Əliyev o vaxt xalqın təkidli tələbi ilə  hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Ona görə də 1993-cü il əslində müstəqilliyimizin bərpasının ilk  ili oldu. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü,  düşünülmüş və gələcəyə hesablanmış siyasəti  nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı.

1993-cü il  15 iyun tarixi çoxəsrlik  dövlətçilik tariximizin şanlı qürur səhifəsi kimi qeyd olunur. Bu tarix, eyni zamanda, Azərbaycanın xaosdan, anarxiyadan, özbaşınalıqlardan, tənəzzüldən xilas olaraq inkişafa doğru inamla addımladığı yolun  başlanğıcı oldu.  Hər bir ölkənin  inkişafında  siyasi sabitliyi vacib amil kimi önə çəkən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi

Azərbaycana hansı sahədən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin miqyasının nə qədər geniş olduğunu görərik.    Azərbaycanın  demokratik, hüquqi dövlət quruculuğu yolunda atdığı addımların ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, bu gün ölkəmizin demokratiya təcrübəsi  dünyaya nümunədir.  Azərbaycan demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyərək 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.  

Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün milyonların partiyası kimi nüfuz qazanan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Partiya yarandığı gündən tutduğu yola sadiqliyi ilə xalqın inamını və etimadını qazandı. 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən  müraciəti tarixə mühüm hadisə kimi yazıldı. Həmin müraciətdə partiyanın yaradılmasını zəruri edən səbəblər, həmin dövrün reallıqları öz əksini tapmışdır. Ümummilli Lider həmin müraciətə cavabı ilə bir daha xalqın yanında olduğunu, arzu və istəklərinin həyata keçirilməsi üçün dəstəyini əsirgəmədiyini təsdiqlədi. YAP yaradılmasından qısa zaman, 7 ay sonra iqtidar partiyasına çevrildi.  Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanla yanaşı, Yeni Azərbaycan Partiyasının da həyatında yeni mərhələnin əsasını qoydu.

Dövlət başçısı, YAP Sədri İlham Əliyev  partiyanın tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında böyük inam və qürur hissi ilə qeyd etmişdir ki,  Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır. Onun siyasi təcrübəsi, biliyi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

Dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər, həmçinin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının inkişaf yolunda inamla irəliləməsində öz sözünü dedi. Ümummilli Liderin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi özünü doğrultdu. Bu fikirlərin davamı olaraq dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında belə bir fikri əminliklə qeyd etdi ki, YAP ənənələri olan partiyadır. Bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. 2021-ci ilin sonlarında “Biz birlikdə güclüyük!”devisi əsasında təsdiqlənən yeni Proqramda partiyanın hədəfləri öz əksini tapıb. Hazırkı dövrün əsas çağırışı olan soydaşlarımızın tam tərkibdə Böyük Qayıdışının təmin edilməsi YAP-ın yeni Proqramında əsas hədəflər sırasındadır. Yeni formalaşan tərkib, yeni qərarların qəbulu və yeni Proqram YAP-ın qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olmasına böyük stimuldur.  

 

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər