BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Heydər Əliyev: “Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə dünyada məşhurdur”

 Rumıniya qədim Avropa ölkəsidir. Bu ölkənin qədim tarixə malik çoxəsrlik gözəl ənənələri var. Azərbaycan-Rumıniya münasibətlərinin tarixi isə Orta əsrlərdən başlayır.  Azərbaycan hökmdarı Uzun Həsənin dövründən başlayan bu münasibətlər Səfəvilərin hakimiyyəti illərində də davam edib. Tarixin müxtəlif dövrlərində bu münasibətlər daha da inkişaf edib. Azərbaycan və Rumıniya müstəqillik qazandıqdan sonra münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Azərbaycanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Rumıniya xüsusi əhəmiyət kəsb edir. Rəsmi məlumatlara görə, Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib. Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirib: “Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə dünyada məşhurdur. Azərbaycanda Rumıniyanı, rumın xalqını yaxşı tanıyır, onun tarixinə, qədim mədəniyyətinə, ədəbiyyat və incəsənətinə yaxşı bələddirlər. Rumıniya öz neft ilə xüsusən daha yaxşı tanınmışdır. Qədim neft ölkəsi kimi Azərbaycan dünyanın neft istehsal edilmiş bölgələri ilə həmişə bağlı olmuşdur. Elə bunun özü də bizi Rumıniya ilə bağlayır. Bir çox Azərbaycan neftçiləri, alimləri, mühəndisləri, texnikləri, mütəxəssisləri 50-60-cı illərdə Piteşti rayonunda Rumıniyanın neft yataqlarının işlənməsində iştirak edərək, rumın xalqına öz ölkəsinin inkişafında dostluq köməyi göstərmişlər.

Azərbaycan neftçiləri, eləcə də Azərbaycan mədəniyyətinin, elm və incəsənətinin nümayəndələri rumıniyalı həmkarları ilə sıx əlaqə saxlamışlar. Rumıniyada onlar həmişə qonaqpərvərlik görmüş, qardaşcasına dostluq hissləri, qarşılıqlı yardım hissləri duymuşlar. Buna görə də bu gün tam əsasla qeyd edə bilərik ki, Rumıniya və Azərbaycan xalqları arasında dostluq, əməkdaşlıq münasibətlərinin öz tarixi var”.

 Ümummilli lider Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb. Ulu Öndər Heydər Əliyevin bu səfəri iki ölkə arasında gələcək əməkdaşlıq və daha sıx münasibətlərin yaradılmasında mühüm rol oynayıb. 1995-ci il Rumıniya ilə Azərbaycan arasında dialoqun başlanğıc ili olub. Səfər zamanı imzalanan mühüm sənədlər gələcək əməkdaşq üçün bünövrə qoyub.

Heydər Əliyev Rumıniya ictimaiyyətini əmin etmişdir ki, ölkəmiz Rumıniya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə və inkişafına, sıx qarşılıqlı əlaqələrin qrulmasına çalışacaq. Onu da qeyd edək ki, 2004-cü ilin oktyabrında Rumıniyanın paytaxtı Buxarestdə görkəmli siyasi xadimi, ulu öndər Heydər Əliyevin şərəfinə abidə ucaldılıb. 2007-ci ilin sentyabrında isə burada Heydər Əliyevin adını daşıyan parkın açılışı olub. Bütün bunlar Azərbaycan-Rumıniya əlaqələrinin inkişafının və dostluq münasibətlərinin parlaq təzahürü hesab olunur. 100 illik yubileyi ilində də Heydər Əliyev Rumıniya ictimaiyyəti və dövlət xadimləri tərəfidən böyük ehtiramla yad edilir. Bakıda martin 12-də Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev 100: Həyatı və irisi” adlı tədbirdə Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesk da iştirak edib. Emil Konstantinesk təbirdə çıxışında deyib ki, Heydər Əliyev öz müdrikliyi və baxışı ilə çiçəklənən Azərbaycan yaratdı. O, Heydər Əliyevin irsi barədə danışarkən “mənim Prezident Heydər Əliyevlə görüşüm 1997-ci ildə İstanbulda oldu. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında görüşdük” - deyib.

Keçmiş prezident xatırladıb ki, həmin iclasda vacib təşəbbüslər müzakirə olunub: “Heydər Əliyev vizyonlu lider idi. O, aktiv və təşəbbüskar idi”.

O deyib ki, Azərbaycan da sovet irsi olaraq münaqişə ilə üzləşmişdi: "Prezident Əliyev münaqişələrin sülh, danışıqlar və siyasi yolla həlli üçün çalışırdı. Prezident Əliyev və mən ikitərəfli münasibətlərimizin üzərində çalışırdıq, ölkələrimizin bir-birinə təklif edəcəyi çox şey var idi. Azərbaycan Rumıniya üçün Şərqə qapı, Rumıniya isə Azərbaycan üçün Mərkəzi Avropaya qapı idi”.

Hazırda Rumıniya və Azərbaycan strateji tərəfdaşlardır. İki ölkə arasında münasibətlər səmimi dostluq və dialoqa söykənərək uğurla inkişaf etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis səviyyəsində qarşılıqlı səfərlər edilir, işgüzar görüşlər keçirlir və qarşıya qoyulmuş məqsədə çatmaq üçün əməli addımlar atılır.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər