BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Elə düşünmək olardı ki, bəşəriyyətin mütərəqqi və sülhpərvər kəsiminin istəkləri, arzuları, bu sahədə göstərilən fəaliyyəti nəticə verir, regionda sabitlik üçün ən böyük təhlükə olan Qarabağ düyünü çözülür və nəhayət Cənubi Qafqazda sülhün bərqərar olması üçün real şans yaranır.

Əslində, bu hadisə təkcə region dövlətləri, xalqları üçün deyil, bunu ürəkdən istəyən, səmimi olan, bu istiqamətdə ciddi işlər görən hər bir insan, hər bir qurum, hər bir dövlət üçün əlamətdar və sevindirici olmalıdır. Doğrudan da hansı tərəfdən baxırsan bax, istər böyük bir fəlakətin, insan ölümlərinin qarşısının alınması, istər ətraf mühitin, tarixi abidələrin qorunması, istərsə də qaçqın və köçkün probleminin həll edilməsi, siyasi və regional təhlükəsizlik, digər baxımlardan Qarabağ probleminin həlli üçün bəşəriyyət çox böyük hadisə və müsbət bir nümunədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi şərhçi, Cəmiyyətin İnkişafı Mərkəzi İB-nin sədri Əhməd Abbasbəyli səsləndirib.

Onun sözlərinə görə, son dövrlər baş verən bir sıra xoşagəlməz informasiyalar, bəzi Avropa dövlətlərinin davranışları, bədnam niyyətləri nümayiş etdirir ki, təəssüf ki, belə deyilmiş, yəni bu vəziyyət heç də hamını məmnun etmir: "Müşahidələrimiz əsas verir ki, hələ də bulanıq suda balıq tutmaq istəklərini, niyyətlətini reallaşdırmaq istəyən qüvvələrin, iqtisadi, maddi və s. maraqları naminə, nüfuz dairəsi təsir imkanları naminə reionda gərginliyi artırmaq, sönməkdə olan münaqişə ocağını alovlandırmaq, bu ocaqda qana bulaşmış əllərini isindirmək istəyənlərin olduğunu qeyd edək. 

   Əslinə qalsa, hazırda Cənubi Qafqazdakı reallıqla razılaşmayanların,  Azərbaycanın uğuruna qısqanclıqla, hətta nifrətlə qarşılayanların müxtəlif bəyanatları, ayrı-ayrı qurumların iftira-böhtan dolu məlumatları, saxta bahənələrə söykənən canfəşanlıqları və s.   hər bir azərbaycanlı kimi, məni də təccübləndirmir. Artıq heç kimə sirr deyil ki, özlərini sivil, demokratik düçüncə daşıyıcıları kimi dünyaya sırıyan saxta “sülh göyərçinləri” və “insan haqları və demokratik dəyərlər cangəvərləri” əslində  eyni “xristian klubunun” üzvləri olaraq formasının dəyişmiş lakin mahiyyətcə həmin səlib təffəkkürün daşıyıcılarıdır.

   Məni narahat edən və hiddətləndirən bu təəsübkeşlyinin sadəcə bəyanatlarla, humanitar yardımla, siyasi, iqtidasi, mənəvi və s. dəstəkləri deyil, hərbi yardım etmək, silah-sursat, hərbi texnika və s. formasında  olmasıdır.

     Niyə məhz hərbi yardım? Bu addımlar doörudanmı Ermənistanı qorumaq məqsədi daşıyır? Kimi kimdən qoruyursunuz? Niyyətiniz nədir?

   Əvvəla dünyanın aparıcı dövlətlərinin o cümlədən ATƏT-in Minsk qrupu deyilən bir qurumun da 30 ildən artıq müddət ərzində həll edə bilmədiyi böyük bir problemi Azərbaycan Respublikası öz gücünə həll edərək, regionda yeni reallıq yaratdı və artıq təkcə öz ərazisinin deyil, həm də  regionun təhlükəsizliyini təminatçısı kimi çıxış edir

İkincisi, həm Ermənistan və həm də Azərbaycanın dövlət başçıları bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını dəfələrlə bəyan ediblər. Qarabağ probelmi tam və qəti şəkildə birdəflərik həll edilib. Onun Azərbaycan Respublaiksının tərkib hissəsi olmasını bütün dünya,  hətta saxta separatçı qurum da “özü özünü buraxaraq” qəbul edib.

   Üçüncüsü Azərbaycan 2020-ci il noyabr ayının 8-dən başlyaraq daim, davamlı olaraq sülh təşəbbüsləri ilə çıxış edir, bu sülhün bağlanmasına ən maraqlı tərəf olduğunu real fəaliyyəti ilə sübut edib. Artıq işğaldan azad olunmuş ərazilərdə  bərpa, nəhəng abadlıq-quruculuq işləri həyata keçirir, qısa müddətdə unikal işlər görərək dünyanı heyrətə salıb.  Son illər  Azərbaycan dünya hərb tarixinə deyil, həm də ifrastrukturalrın yaradılması, şəhərsalma və abadlaşdırma işlərinin görülməsində həcminə, sürətinə görə  salnamələr yazır.

  Nəhayət Ermənistanın revanşist və militarist ruhda təbliğ edən, onun silahlandırmağa, saysız hesabsız ən müasir silah-sursatla  təmin etməyə çalışan Avropa dövlətlər unutmamalıdırlar ki, uzun illərdi Rusiya da Ermənistana silahlandırmaqla məşğul idi, həm də təmannasız.  Nəticəsi necə oldu?... Həmin silahların aqibəti necə oldu? Bəziləri Bakıda Qənimətlər parkındadı.  Siz də göndərin.  Nə qədər çalışsanız da Rusiyanın verdiyi silahlar qədər göndərə bilməyəckisniz".

    Siyasi şərhçinin fikrincə, vicdansızlıq, riyakarlıq o həddə çatıb ki, gündən-günə dünyada nüfuzunu itirən,  başqa ərazilərdən burnu əzilərək qovulan qüvvələr, dövlətlər, ayaqlar altın atılmış nüfuzunu bərpa etmək,  öz siyasi, iqtisadi və maddi maraqlarını təmin etmək üçün, iki qonşu dövlət arasında münaqişəni qızışdırmaqdan, qonşu dövlətlə müharibəyə təhrik etməkdən belə çəkinmirlər: "Əlbəttə ki, bu siyasəti bölgədə sabitliyin yaranmasına, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olmasına ciddi təhlükə törədə bilər.

   Amma bu  kimi ölkələrin, ilk növbədə Fransanın Ermənistandan alət kimi istifadə edərək, guya Rusiyanı sıxışdırmaqla, nüfuz dairələrini genişləndirəcəkləri, Ermənistanda hərbi bazalar yaradacaqları, Cənubi Qafqazı təsir dairəsinə salacaqları, Avropanın və Asiyanın birləşdirəcək, Avrasiyanın arteriyası ola biləcək, böyük yüdaşıma və nəqliyyat şəbəkəsinin qarşısnın alacaqları, yalnız Azərbaycanın və Türkiyənin deyil, əksər Avropa dövlətlərinin, Çinin, Ruisyanın, Mərkəzi Asiya dövlətlərinin, Ermənistanın belə maraqlarına xidmət edəcək nəhəng layihəni pozacaqları isə   xam xəyaldır.

      Sonda gözəl bir Azərbaycan məsəli var: “sirkə nə qədər tünd olsa öz qabını sındırar”. Siizn bu çirkin əməlləriniz, iyrənc və cinayətkar addımlarınız olsa-olsa ermənilərə, Ermənistana çox böyük ziyan vuracaq. Əlbəttə ki, bu sizi heç düşündürmür, əminəm ki, sizin “erməni sevginiz” də digər münasibətləriniz kimi saxtadır".

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər