BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov oktyabrın 14-də Nepalın paytaxtı Katmanduda keçirilən və 16 ölkədən 26 siyasi partiya nümayəndəsinin qatıldığı Asiya-Avropa Siyasi Forumunun (AEPF) 5-ci iclasında iştirak edib.

Məlumat verilib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) və Avropa Parlamentindəki Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun (ECR) birgə platforması olan AEPF-nin yaradılmasında məqsəd Asiya və Avropanın aparıcı siyasi partiyaları arasında əlaqələri genişləndirməkdir.

İclasda ICAPP Daimi Komitəsinin Sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq, Nepalın sabiq baş naziri, Nepal Kommunist Partiyasının (UML) sədri Xadqa Prasad Şarma Oli, ICAPP Daimi Komitəsinin üzvü, AEPF-nin həmsədri, Nepal Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Racan Bhattaray və Nepal parlamentinin üzvü, Nepal Konqresi Partiyası Mərkəzi Komitəsinin üzvü, sabiq baş nazir müavini və xarici işlər naziri xanım Sucata Koirala açılış nitqi ilə çıxış ediblər.

Sonra AEPF-nin həmsədri, Avropa Parlamentinin Çexiyadan olan deputatı və ECR-ın üzvü Yan Zahradilin moderatorluğu ilə “Dayanıqlı turizmin təşviqi” mövzusunda birinci sessiya keçirilib.

Racan Bhattarayın moderatorluğu ilə “Pandemiyadan sonrakı dövrdə maliyyə sabitliyinin qorunması” mövzusunda keçirilən ikinci sessiyada YAP Sədrinin müavini Tahir Budaqov da çıxış edib. Koronavirus pandemiyasının geniş vüsət aldığı ilk vaxtdan etibarən həm əhalinin sağlamlığını qorumaq, həm də sosial-iqtisadi immunitet yaratmaq məqsədilə respublikamızda həyata keçirilən effektiv mübarizə tədbirlərindən bəhs edən Tahir Budaqov Azərbaycan iqtisadiyyatının pandemiyadan sonrakı mərhələyə hazırlanmasına elə pandemiya dövründə başlandığını vurğulayıb. YAP Sədrinin müavini çıxışında Azərbaycanın pandemiya dönəmində dövlət siyasətinin təkcə milli məzmun kəsb etmədiyini, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıdığını söyləyərək bu kontekstdə Prezident İlham Əliyevin qlobal səviyyədə göstərdiyi təşəbbüsləri - Azərbaycanın uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin keçirilməsini, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının baş tutmasını diqqətə çatdırıb. Azərbaycanın dünya miqyasında “peyvənd millətçiliyi”nə qarşı çıxması, Prezident İlham Əliyevin müxtəlif beynəlxalq təşkilatların tribunalarından birmənalı şəkildə peyvəndlərin ölkələr arasında qeyri-bərabər bölüşdürülməsinin yolverilməzliyi barədə çıxışları, eləcə də Azərbaycanın peyvəndlərə əlçatanlığı olmayan bir neçə ölkəyə vaksinlər və digər yardımlar göndərməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində vəsait ianə etməsi də xüsusi qeyd olunub. Tahir Budaqov çıxışında Azərbaycanın pandemiya ilə mübarizədə uğurlarının həm də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, ərazi bütövlüyünü təmin etməsi və tarixi ədaləti bərpa etməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi fonunda əldə edildiyini vurğulayıb: “Lakin həmin müharibənin yekunu olaraq Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış Bəyanatla Ermənistanın faktiki olaraq kapitulyasiyanı qəbul etməsinə baxmayaraq, həmin sənədlə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Rusiya sülhməramlı qoşunlarının müvəqqəti yerləşdirildiyi ərazilərdə hərbi təxribatları davam etdirməsi, Azərbaycanın suverenliyinə və konstitusiya quruluşuna təhdid yaradan revanşist hərəkətlərin günü-gündən artması Azərbaycanı 2023-cü il 19 sentyabr tarixində lokal xarakterli antiterror tədbirlərinin keçirilməsinə məcbur etmiş və 24 saat ərzində qanunsuz hərbi birləşmələrin ləğv olunması, ölkənin bütün ərazisi üzərində suverenliyimizin tam bərqərar olunması təmin edilmişdir. Növbəti mərhələdə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və orada yaşayan erməni əsilli əhalinin reinteqrasiyası, investisiyaların cəlb olunması, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi ölkəmiz qarşısında duran prioritet vəzifələrdir”.

Tahir Budaqov çıxışının sonunda siyasi partiyaları maliyyə sisteminin sabitliyini qorumaq və iqtisadi inkişafın davamlılığını təmin etmək üçün tərəfdaşlıq əlaqələrini gücləndirməyə, bilik və təcrübələrini bölüşməyə, daha sıx koordinasiyalı fəaliyyət qurmağa çağırıb.

İclasın sonunda AEPF-nin yenilənmiş fəaliyyət qaydaları və aparılmış müzakirələrin əsas nəticələrini özündə əks etdirən Katmandu Bəyanatı qəbul edilib.

Günün sonunda iştirakçılar Nepal Kommunist Partiyasının Sədri Şarma Olinin adından verilən şam yeməyinə qatılıblar.

Səfərin sonuncu günü, oktyabrın 15-i mədəni proqram çərçivəsində iştirakçıların Himalay dağlarının ətəyində yerləşən Dhulikhel və Nepalın qədim mədəniyyət mərkəzi olan Bhaktapur şəhərlərinə ziyarəti nəzərdə tutulub.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər