BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan Respublikasının Konstitusiyası mütərəqqi əhəmiyyət daşıyır

 Konstitusiya hər bir dövlətin ali qanunudur. Bu sənəd, eyni zamanda vətəndaşların hüquq və azadlıqlarının təminatıdır. Qanunun müddəalarını isə xalq seçki yolu ilə təsdiq edir. Konstitusiyanının özəlliyi odur ki, bu sənədin bir nəfərin iradəsini deyil, bütün xalqın iradəsini iradəsini ifadə edir. Müstəqil Azərbaycanın  yeni Konstitusiyasının hazırlanması da Ulu Önədər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Göründüyü kimi, ulu öndər Konstitusiyanın demokratik prinsiplərə söykənərək hazırlanamsını xüsusi tapşırmışdır. Bu da dahi rəhbərin dövlətçilik təcrübəsindən irəli gələrək demokratik dəyərlərərə olan sayğısının göstəricisidir. Ulu öndər xalqın iradəsinin əksinə olan hər hansı addımın atılmasına imkan verməmişdir. Ona görə də  Konstitusiya komissiyasına Ümummilli Lider Heydər Əliyev özü rəhbərlik etmişdir. Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Prezident İlham Əliyev bu haqda danışarkən demişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”. Konstitusiyanın qəbul edilməsi vaxtı çatmış həqiqət idi. Buna görə də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti bu qanun qəbul edilməsinin lehinə səs vermişdir. Xalq öz iradəsini bu seçkidə açıq şəkildə ifadə etmişdir.  Azərbaycan Respublikasının Konstitusiyası mütərəqqi əhəmiyyət daşıyır. Konstitusiyamız sabit inkişafı təmin edən hüquqi bazadır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Xalqın seçim hüququna heç bir halda ziyan vurmaq olmaz. Eyni zamanda, xalqı və ölkəni taleyin hökmünə buraxmaq olmaz. Təbii ki, bölgənin indiki həssas vaxtında bu məsələyə ciddi önəm vermək lazımdır. Xalq hakimiyyətinin əsas atributu demokratik prinsiplərə riayət etməkdir. 
 Azərbaycan Konstitusiyası vətəndaşın seçilmək hüququnu, digər tərəfdən xalqın seçmək hüququnu məhdudlaşdırmır. Bu məhdudiyyətlərin olmamasına görə xalqın öz iradəsini tam ifadə etməsinə imkan verilir. Bu məsələnin aktuallığı ona görə diqqəti çəkir ki, Azərbaycan dövlətinin, məhz son bir neçə ildə iqtisadi, siyasi inkişafı gündən - günə artıb. Nəticədə isə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Əgər bir neçə illər əvvəl Azərbaycan yalnız regionda söz sahibi idisə, indi artıq dövlətimiz Avropanın enerji təminatçısı kimi qəbul edilir. 
Xüsusən, son illərdə Prezident İlham Əliyevin daxili siyasətindəki çox ciddi uğurlar ölkə vətəndaşlarının sosial vəziyyətini birmənalı olaraq yaxşılaşdırıb. Qarabağ məsələsinin həll olunması, ərazi bütövlüyümzün tam təmin oluması Ali Baş Komandan İlham Əliyevin xarici siyasətinin, diplomatik şüacətinin və qətiyyətinin bariz nümunəsidir. İlllərdir bu istiqamətdə aparılan siyasət bu gün Azərbaycan xalqının milli mənafeyinin qorunması ilə şanlı Zəfərlə nəticələnib.     
Son beş ildə açılan minlərlə yeni müəssisə və yeni iş yerləri Azərbaycanın iqtisadi inkişafının miqyasını göstərir. 
Azərbaycan dünyada yeganə ölkədir ki, ümumi daxili məhsulun davamlı artımına görə liderdir. Hər il ÜDM həcminin artımı imkan verir ki, əhalinin əmək haqları və pensiyaları ən azı ildə iki dəfə artırılsın. Ölkə büdcəsindəki yüksək artımlar da artıq ənənəvi hal alıb. İnsanlar maaşlarını və pensiyalarını vaxtı – vaxtında almaqla güzəranlarının normallaşmasını şəxsi həyatlarında hiss edirlər. 
Ən başlıcası isə Azərbaycanda iqtisadi inkişafla bərabər, siyasi təsisatların da inkişafı davam edir. Ölkəmizdə demokratik cəmiyyətin qurulması üçün Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli addımlar atılb, islahatlar aparılıb. Bunun nəticəsidir ki, referendum və digər seçkilər çox ədalətli, azad və şəffaf keçirilib və bunu nəinki ölkə ictimaiyyəti, hətta seçkini müşahidə edən minlərlə beynəlxalq müşahidəçilər missiyası da öz hesabatlarında etiraf etmişlər. 
Bütün bu inkişafı və uğurları görən Azərbaycan xalqı özünə lider seçəndə həmin meyarları və həqiqətləri görüb dəyərləndirir. 
 Bütün bunlara baxmayaraq zaman–zaman referendum yolu ilə  Konstitusiyamızın təkmilləşməsinə xidmət edən əlavə və dəyişikliklər edilmişdir. Onu da deyək ki, Konstitusiya dəyişiklikləri dünyanın bir çox qabaqcııl ölkələrində baş vermişdir. Əslində, Konstitusiyaya dəyişikliklər inkişafla, ölkənin iqtisadi və siyasi gücünün artması ilə, eyni zamanda, demokratik təsisatların cəmiyyətdə tədricən bərqərar olması ilə gerçəkləşir. Konstitusiyamıza edilən əlavə və dəyişikliklər ölkəmizin tərəqqisinə rəvac vermişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu tərəqqi və inkişafa çatmışdır.  


Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər