BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir”

Daimi sülh tərfdarı olan Azərbaycan regionda və beynəlxalq aləmdə, eyni zamanda güclü iqtisadi mövqe nümayiş etdirir və bu da bir çox hallarda qonşu və ətraf dövlətlərlə birgə iqtisadi layihələrin həyata keçiriliməsində özünü büruzə verir. Azərbaycan xalqların gələcək rifahı naminə bütün sülhsevər dövlətlərlə əməkdaşlıqda maraqlıdır. Bu baxımdan Azərbaycan müxtəlif dövlətlərlə beynəlxalq əməkdaşlığı gücləndirir, dostluq və həmrəylik üçün öz töhfəsini verir. Bu kimi əməkdaşlıq İraq Respublikası ilə də davam etdirilir. 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Öncəliklə qeyd edək ki, Azərnaycan-İraq diplomatik münasibətlərin inkişafı üçün cənab Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri tarixi səfər hesab olunur. Prezident İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bu məaqamı xüsusi olaraq vurğulayıb: “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.

Xatırladaq ki, bu ilin martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilmişdir. Həmin görüşdə iştirak etmək üçün İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilk dəfə olaraq Azərbaycana səfər etmişdir. O səfər zamanı Prezidetnlər görüşmüşdür. Görüş zamanı Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi Azərbaycana rəsmi səfərə dəvət etmişdir.

Noyabrın 20-də Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri də  keçirilib. Bu görüşlərdə dövlət başçıları aparılan müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər. Təkbətək görüşdə dövlətimizin başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib.

İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğulayıb, səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirib. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulanıb, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edilib.

Geniş tərkibdə görüşdə nümayəndə heyətlərinin iştirakı ilə vacib məsələlərin müzakirəsi davam etdirilib. Həmçinin iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirə edilib. Qeyd edək ki, gələn ay Azərbaycan nümayəndə heyəti birgə iqtisadi komissiyada iştirak etmək üçün İraqa səfər edəcək.

Diqqət çəkən məqam odur ki, İraq Prezident Əbdüllətif Camal Rəşid iki ölkə araqında əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Prezident İlham Əliyevdən məsləhət almaqdan məmnunluğunu ifadə edib: “Sizi görmək hər zaman xoşdur. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik”.

Geniş tərkibdə görüşdən sonra iki ölkə arasında anlaşma memorandumlarının imzalanması mərasimi olub. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində sosial müdafiə, turizm, siyasi məsləhətləşmələr və hava əlaqəsi haqqında sənədlər imzalanıb. Bu sənədlərin imzalanması Azərnaycan-İraq münasibətlərini daha da gücləndirəcək. Prezident İlham Əliyev bəyanatında deyib ki, hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur: “İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik”. Azərbaycan bütün öləkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Bununla yanaşı, istər regional, istərsə də qlobal olaraq  sülh və əminamanlığın bərpası üçün dövlətimız hər zaman fəallıq götərib. Çox müsbət haldır ki, bu baxımdan da hər iki ölkə qarşılıqlı olaraq bir-birlərini dəstəkləyirlər.

 Hazırda iki ölkə arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar mövcuddur. İraq Prezidentinin Azərbaycana səfəri çərçivəsində ticarət, iqtisadi və enerji, türizm və s. məsələlər müzakirə edilib. Bu o deməkdir ki, Azərbaycanla İraq arasında perspektiv planda əlaqələrin daha da inkişafı üçün geniş imkanlar yaranacaq.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər