BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir”

 Azərbaycan ötən həftə daha bir beynəlxalq tədbirə ev sahibliyi etmiş oldu. Belə ki, 20-24 noyabr 2023-cü il tarixlərində Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi keçirildi. SPECA həftəsi çərçivəsində 20 noyabr tarixində Ticarət və Gender və DİM-lər üzrə İşçi Qruplarının iclasları, 21-22 noyabr tarixlərində İqtisadi Forum, 23 noyabrda isə SPECA Rəhbər Şurasının 18-ci sessiyası və 24 noyabr tarixində SPECA Sammiti baş tutub. Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident İlham Əliyev çıxış edərək Proqramının 25-ci ildönümü olduğunu qedy edib: “İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir”. Hazırda Prezident Əliyev həm regionda, həm qlobal siyasətdə sülühn və inkişafın olması ümün şəxsi səylər göstərir. Tədbirdə çıxışların cənab Prezidentin qlobal siyasətdə öz tərəfindən qarşılıqlı etimad və hörmət prinsiplərini təşviq etməsini vurğulamaları diqqət çəkib. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səmimi sözlərini qeyd etmək yerinə düşərdi: “Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin ünvanına söylənilən təşəkkür sözlərinə mən də qoşuluram …Qeyd etmək istəyirik ki, müasir ticarət və logistika mərkəzləri, xüsusi iqtisadi zonalar sərhəd yerlərində tikilməkdədir. Bu baxımdan biz hörmətli İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş Azərbaycan rayonlarında tarixi ədalətin bərpa olunmasını yüksək dəyərləndirir və Azərbaycanın bu yerlərdə gördüyü inanılmaz quruculuq işini qeyd etmək istəyirik. Əslində, əminəm ki, müsbət və perspektivli dəyişikliklər yeni imkanlar açacaq və regional əməkdaşlıq inkişaf edəcək”.

Yeri gəlmişkən, dövlətimizin başçısı çıxşında Özbəkistan və Qazaxıstanın işğaldan azad olunan ərazilərində görülən işlərə qardaşlıq dəstəyini xüusis qeyd edib: “Cari ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq”. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı da iştirak ediblər. Hazırda bu məktəb yüksək səviyyədə fəaliyyət göstərir. Burada çalışan müəllimlərlər və təhsil alan şagirdlər çox məmnundurlar.     

Bakıda Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi ölkəmizin və dünya mediasının gündəmində olub. Xüsusən, Prezident İlham Əliyevin SPECA-nın Zirvə görüşündə səsləndirdiyi fikirləri Rusiya mediasında geniş yayımlanıb. Bu ölkənin “Moskovskiy komsomolets” qəzeti Azərbaycan Liderinin çıxışına istinadla 2026-cı ilədək Qarabağa və Şərqi Zəngəzura 140 minədək keçmiş məcburi köçkünün doğma yurduna qayıdacağını bildirib. Qəzet azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin inşa olduğunu diqqətə çatdırıb.

TASS agentliyi Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda ilkin mərhələdə 100 yaşayış məntəqəsinin bərpa olunacağını bəyan etdiyini bildirib. Agentlik xatırladıb ki, Prezident İlham Əliyev bir müddət əvvəl 2024-cü ildə Qarabağda bərpa işlərinə büdcədən 2,4 milyard dollar ayrılacağını vurğulamışdı. Həmçinin Rusiyanın “Arqumentı i faktı”, “News.ru”, “Lenta.ru”, “Profile.ru” nəşrlərində, telekanallarında və radiolarından yayımlanan informasiyalarında da Azərbaycan Prezidentinin Zirvə görüşündə səsləndirdiyi fikirlərə geniş yer verilib.

Eyni zamanda SPECA-nın yubileyinə həsr olunmuş Zirvə görüşünə Gürcüstan mətbuatı da geniş yer ayırıb. Gürcüstanın “realnews.ge”, “sputnik-georgia.ru”, “qafqazturk.com”, “aktual.ge”, “interpressnews.ge”, “24news.ge”, “1tv.ge”, “kavkasia.net”, “adjaratv.ge”, “newsday.ge” portalları tədbir barədə silsilə materiallar dərc ediblər.

Xatırladaq ki, Zirvə görüşünun sonunda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib. Cənab Prezidentin dediyi kimi bu sənədlər  SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilib və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunub. SPECA-ın 25 illiyində bu sənədlərin Azərbaycanda qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Bununla, Azərbaycan SPECA-ın fəaliyyətinə daha bir töhfə vermiş oldu.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər