BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Dekabrın 6-da Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən forum olduqca mühüm əhəmiyyət kəsb edirdi. Forum həmişəki kimi cənab Prezidentin daxili və xarici auditoriyaya mühüm mesajları ilə yadda qaldı. Ölkə Başçısı post-müharibə dövrünün reallıqlarının regional müstəvidə cərəyan edən proseslərə təsiri barədə dolğun məlumat verdi. Eyni zamanda, Prezident İlham Əliyev hazırkı geosiyasi vəziyyətlə bağlı sualları dəqiq və səmimi cavablandırdı. Xüsusilə ölkə Başçısı Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımlar və prosesin ümumi dinamikası haqqında ətraflı olaraq fikirlərini bölüşdü. Onu da qeyd edək ki, forumda cənab Prezidentin söylədiyi fikirlər dünya mediasında da geniş əks-səda doğurdu. Əlbəttə, bu, Azərbaycan Liderinin söylədiyi hər fikrin beynəlxalq müstəvidə nə qədər əhəmiyyətli olduğunun və beynəlxalq siyasi münasibətlərə təsirinin nə dərəcədə güclü olduğunun bariz örnəyidir.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin, forumda cənab Prezident İlham Əliyev Azərbaycan-Ermənistan arasında sülh danışıqları prosesi, vasitəçilik alternativləri, kənar müdaxilələrin prosesə mənfi təsirləri ilə bağlı  fikirlərini də beynəlxalq ictimaiyyətlə bölüşüb.

Dünyaşöhrətli yazıçı V.Hüqoya görə “sülh sivilizasiyanın fəziləti, müharibə isə onun cinayətidir”. Cənubi Qafqazın son 30 il tarixinə diqqət yetirmək kifayətdir ki, Qafqazda kimin fəzilətli, kimin isə cinayətkar dövlət olması aydın olsun. Azərbaycan daima bütün mübahisə və münaqişələrin dinc yolla həll edilməsinin tərəfdarı olub. 44 günlük Vətən müharibəsində misilsiz qələbə qazanmaqla yanaşı, sülh təklif edən tərəf məhz Azərbaycan olub. Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Azərbaycan hər zaman konstruktiv mövqelərdən çıxış edib. Azərbaycan tərəfi bildirib ki, sülh sazişi imzalamalıyıq və delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən edən Azərbaycan olub.

Cənubi Qafqazda baş verən proseslərə kənar müdaxilələrin mənfi təsirlərini Azərbaycan kifayət qədər müşahidə edib deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan və Ermənsitan arasında sülh danışıqları prosesində Fransa özünü sülh prosesindən uzaqlaşdırdı. Praqa görüşündən cəmi bir həftə sonra Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına və bizim gördüyümüz işlər barəsində müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi.

 Forumda cənab Prezident vasitəçilik alternativlərinə diqqət çəkərək qeyd edib ki, “Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi var. Bundan əlavə, “Moskva istiqaməti” adlandırdığımız xarici işlər nazirləri arasında müzakirələr mövcuddur. ABŞ Konqresində məşhur dinləmələr baş tutana qədər “Vaşinqton istiqaməti” adlanan proses var idi ki, xarici işlər nazirləri Vaşinqtonda görüşürdülər. Ancaq, Vaşinqton istiqaməti artıq aktual deyil”. Ölkə Başçısı Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli format ola biləcəyini xüsusi diqqətə çatdırıb. Vasitəçilik hər iki tərəfin izah edə bilmədiyi bəzi ideyaların vasitəçi tərəfindən işlənib hazırlanması baxımından faydalı ola bilər. Beləliklə, vasitəçilik prosesi başa çatsa, bu, ikitərəfli formatda olacaq. Şübhəsiz ki, iki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır. Əgər rəsmi İrəvan saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır. Onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi eyni qaydada qorunmalıdır. Beləliklə, ya hər iki milli azlıq sülh müqaviləsində qeyd edilir, yaxud da həmin məsələ, ümumiyyətlə, qeyd olunmur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunması Forumda ölkə Başçımızın verdiyi mesajların fonunda olduqca mühüm hadisədir.  Bu hadisəni dayanıqlı sülhün əldə olunması istiqamətində atılmış ciddi addım kimi qiymətləndirmək olar. Cənab Prezidentin davamlı mesajlarından sonra Ermənsitanın kənar müdaxilələrdən qismən də olsa qurtularaq, müstəqil mövqe nümayiş etdirməsini regionun gələcək inkişafı üçün atılmış müsbət addım kimi qiymətləndirmək olar. Uzun müddətdən sonra Ermənistanın Azərbaycan tərəfindən dayanıqlı sülhün əldə olunması istiqamətində atılan addımlara adekvat cavab verməsi qarşılıqlı etimad mühitinin yarana biləcəyinə olan inamı qüvvətləndirir. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər