BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxşında qarşıdakı yeni dövr üzrə milli prioritetləri aydın və detallı formada açıqlamışdır

 Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçildikdən sonra Azərbaycan xalqı qarşısında verdiyi bütün vədlərə layiqli şəkildə əməl etmişdir. Çünki Prezident İlham Əliyev bu vədləri yerinə yetirəcəyinə Azərbaycan Respublikası Konstitusiyasına və müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içmişdir. Və andını da yerinə yetirmişdir. 14 fevral tarixində Milli Məclisdə keçirlən andiçmə mərasimində də yenidən cənab Prezident eyni formada and içmişdir. Bundan sonrakı dövrdə də ölkə qarşısında duran ümummilli məsələlərin cənab Prezident tərəfindən uğurla həll olunacağı şübhəsizdir. Fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxşında qarşıdakı yeni dövr üzrə milli prioritetləri aydın və detallı formada açıqlamışdır. Çıxışında Prezident İlham Əliyev həm həm ölkə daxilində, həm də xaricdə diqqət çəkəcək fikirlər söyləmişdir. Cənab Prezident bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi: “Heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq”.

7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisidir. Qeyd etdiyimiz kimi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etmişdir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

Azərbayan bir sıra demokratik ənənələrə malik olan ölkədir.  Fevralın 7-də ölkəmiz  prezident seçkilərində dünyaya növbəti dəfə ədalətli seçki nümunəsi göstərdi. Bu seçki Azərbaycanın 32 illik müstəqilik həyatında keçirilən ən yadda qalan seçki kimi tarixə düşdü. Demokratik ölkələrdə hər kəsin seçib, seçilmək haqqı var. Bu imkanlar da Azərbaycan dövlətində vətəndaşlar üçün yaradılıb.

Bu seçkiləri soydaşlarımız daha da səbirsizliklə gözləyirdi. Çünki Qarabağ müharibəsində şanlı Qələbənin nəticəsi olaraq bütün ölkə ərazisində ilk dəfə seçkilər keçirmək mümkün oldu. Doğma Füzuli, Xankəndi, Şuşa və işğaldan azad edilmiş şəhərlərimizə qayıdan sakinlərimiz öz ata-baba yurdlarından ilk dəfə illərdən sonra səs verdilər. Bu baxımdan 7 fevral seçkilərinin Azərbaycan üçün tarixi əhəmiyyəti var idi. 07 fevral 2024-cü il tarixdə keçirilmiş Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkiləri xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevə olan inam və etimadı bir daha göstərdi. Prezident İlham Əliyev Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə apardığı “exit-poll”un nəticələrinə əsasən 93,9 faiz, Sosioloji Tədqiqatlar Mərkəzinin apardığı “exit-poll”un nəticələrinə əsasən 92,4 faiz, “Rəy” Monitorinq Mərkəzi apardığı “exit-poll”un nəticələrinə əsasən 92,6 faiz seçicinin səsini qazanmışdır. Bu, seçkilərin ilkin nəticələri idi. Rəsmi statistikaya görə isə Əliyev İlham Heydər oğlunun lehinə verilmiş səslər - 4 milyon 567 min 458 səs (92,12 faiz) omuşdur.

 Yeni mərhələdə işğaldan azad olunan rayonların bərpası və Böyük Qayıdışın davam etdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görüləcək işləri cənab Prezident çıxşında qeyd etmişdir: “Önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir... Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”. 

Əlbəttə ki, bu gün Azərbaycan bölgədə və dünyada güclü mövqeyə sahibdir. Cənab İlham Əliyevin Prezidentliyi ilə Azərbaycanın bundan sonra da siyasi, iqtisadi, sosial, hərbi uğurlarının daha da artacağına inam və ümidlərimiz sonsuzdur.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər