BAKU Azərbaycan
26.81 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün Paris Şəhər Şurası Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar qəbul edib.

   Bir tərəfdən Fransanın bu hərəkəti əslində o qədər gülməli, o qədər cılız görünür ki,  bu məsələyə etinasızlıq edərək, heç reaksiya verməmək də olardı.

  Digər tərəfdən isə, əgər məsələyə daha qlobal yanaşsaq və son dövrlər Fransanın davranışlarını nəzərə alsaq, görməməzlikdən gəlmək düzgün olmazdı. Yəni, bəlkə də Fransa Azərbaycanın, apardığı xarici siyasətə sayqı göstərməyə bilər, hətta beynəlxalq hüquqa, beynəlxaql münaibətlərlə bağlı etiketə, dövlətlərarası davranış qaydalarına da hörmətszilik edə bilər, amma ən azı özünə, öz tarixinə, dövlətçilik ənənlərinə, beynəlxalq imicinə hörmət etməlidir. Axı Fransanın da daxil olduğu Avropanın müxtəlif təsisatları, bütövlükdə Qərb, dünyada demokratiyanın, insan haqlarının, ədalətin və sıra mütərəqqi dəyərlərin daşıyıcısı, müdafiəçisi qismində çıxış edir, dünyanın mədəni, qabaqcıl kəsimini təmsil edirlər.  

  Bu mənada məncə Fransa ilk növbədə onun tərəfdaşlarının qınaq hədəfi olmalı, onun bu isteriyadan, hikkəsindən əl çəkməsi, cılız, primitiv ambisiyaları naminə böyük ideyaları, hər kəs tərəfindən qəbul edilmiş normaları, elementar mənəvi, etik qaydaları tapdalamasına yol verməməsi üçün tədbirlər görməlidirlər.  

   Sirr deyil ki, 2020-ci il 8 noyabr Zəfərindən, xüsusilə də 19-20 sentyabr tarixlərində Qarabağda aparılan anti-terror əməliyyətlarından sonra Fransa Azərbaycana qarşı “cəbhə” açıb. Əlbəttə ki, bunun görünən və görünməyən səbəbləri var. Bu tamam başqa söhbətin mövzusudur. Amma, görünən odur ki, bu illər ərzində Fransanın Azərbaycan əleyhinə atmadığı addımlar, etmədiyi bəd əməllər qalmadı. Ən pisi də odur ki, Azərbaycanın göstrədiyi dözümə, təvəzökarlığa, alicənablığa, etdiyi xoşmərarmlı jestlərə rəğmən bu bədxah niyyətlərindən əl çəmək də istəmir, iftira və böhtanlar bütün əndazələri aşır.

    Otuz illik işğalı, Xocalı soyqırımını, yüzminlərlə qaçqınlarını, xaraba qalmış yüzlərlə şəhər, kəndləri və s. görməmizlikdən gələn, torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyü uğrunda apardığı haqlı mübarizəyə qısqanclıqla yanaşaraq, Azərbaycana qarşı Qarabağda “mülki əhaliyə qarşı humaniar terror”, “humanitar fəlakət”,  etnik təmizləmə və s. kimi çirkin iftiralar, Yeni Kalendoniyada baş verən hadisələrə görə belə sərsəm ittihamlar irəli sürən Fransa siayətsçilərinin şüvənliyinin, həyasızlığının hüdudu yox kimi görünür.

      Axı bu isteriyanın səbəbi nədir? Fransa niyə bu qədər hikkəli, bu qədər qərəzlidir? Nədir onu narahat edən?

    Hər dəfə də Azərbaycan əleyhinə etdiyi hərəkətlər uğursuzluqla nəticələndikcə, qurduğu tələlər boşa çıxdıqca, daha da hiddətlənir, yeri gəldi -gəlmədi bütün mümkün olan və olmayan fürsətlərdən, kürsülərdən Azərbaycana qarşı istifadə etməyə çalışır.

      Yaxşı deyək ki, Fransa bəzi siaysi mahiyyət daşıyan məsələlərdə öz dövlət maraqlarına uyğun, Ermənistana olan sonsuz məhəbbətindən, təəssübündən çıxış edərək Azərbaycan qarşı qərəzli yanaşır, iftira və bötan kompamiyası təşkil edir. Bəs COP-29 -la bağlı məsələyə göstərlən münasibətə nə deyək? Bu paxıllığın səbəbi nədir? Axı bu, bütün dünyanın narahat edən problemin həllinə yönəlik məsələdir.

     Azərbaycan əleyhinə qərara səs verən Paris Şəhər Şurası üzvləri və ümumiyyətlə Fransanın siyasi elitasında Azərbaycanın düşmənlərinin əxlaqı və mənəvi keyfiyyətləri bir yana, savadsız olduqlarını söyləmək yəqin ki, olmaz.  Onla anlamırlar ki, birincisi, bu qərarı kimsə, ayrıca bir dövlət, qrup və s. qəbul etməyib? Bu nə Fransanın iradəsi çərçivəsində, nə də yalnız Azərbaycanın və onun tərəfdarlarını seçimi deyil. Azərbaycanın sədrliyinə bütün ölkələr yekdil şəkildə qərar verib və bu qərar Azərbaycana verilən yüksək etimadın göstəricisidir. İnanmıram ki, Azərbaycanı sancmaq istəyən məlum qurumun üzvləri bu məsələdən xəbərdar olmasınlar. Əgər belədirsə, onda bu nə “meydan oxumaqdır”, bu nə demarşdır?  Yüzlərlə dövlətlərin qəbul etdiyi mötəbər qərara açıq-aşkar hörmətsizlk etmək, yekdil qərarı heçə saymaq cəsarətini Avropanın ən çirkli (bütün mənalarda), ən natəmiz şəhərinin rəhbərliyi haradan alır?

    İkincisi, axı COP-29 tədbiri bəşəriyyəti narahat edən, dünyada iqlim dəyişikliyi probleminə həsr olunub. Əslində normal halda, ən azı öz dövlətinin, vətəndaşlarının gələcəyini, geniş mənada isə bütün Yer kürəsinin gələcəyinin düşünən hər kəs bununla bağlı öz töhfəsini verməyə çalışmalıdır. Amma nədənsə Fransa tərəfi, ölkəmizin iqlim dəyişikliyi sahəsində apardığı işlərə dəstək əvəzinə və bu fəaliyyəti sual altına qoyması bir yana, (yuxarıda dediyimiz kimi Fransanın Azərbaycan qarşı bu cür davranışı artıq vərdiş halı alıb), iqlim dəyişikliyi problemini əbəs yerə siyasiləşdirmək cəhdinin arxasında nə durur? Bəlkə bu canfəşanlığın arxasınada başqa məqamlar var? Bəlkə Fransa dünyanı narahat edən bu cür qlobal problemin həllində maraqlı deyil? Əcaba iqlim dəyişiliyi ilə bağlı tədbirdə Fransa hansısa əməllərinin, hansısa cinayətlərinin üzə çıxacağından narahatdırmı? Yoxsa ümumilikdə iqlim dəyişikliyi ilə mübarizədə aparılan işlərə kölgə salmaq cəhdlərinin daha qaranlıq məqamları var?  

   Planetin ekoloji təmizliyinin qorunmasına, “yaşıl enerji”yə keçidlə bağlı irəli sürülən beynəlxalq təşəbbüslərə həsr olunan tədbir Fransanı niyə pəjmürdə edir? Bəlkə bu qarşıdan gələn Pariş Olimpiadası ilə bağlı çoxdan səslənməkdə olan, son günlər isə daha aktuallaşan, hətta Fransanın özündə belə, müttərəqqi, sağlam düşüncəli adamların ciddi etirazına səbəb olan problemlərlə, xüsusilə də Parisin sanitar-gigyena vəziyyəti, ekoloji  durumuna, Sena çayının acınacaqlı-vəziyyəti ilə narahatçlıqları, dünyanın diqqətinə cəlb etmək üçün artan çağırışlarından yayınmaq məqsədi daşıyır? Bəlkə bu məsələdən diqqəti yayındırmaq cəhdidir? Axı siz öz problemlərinizlə niyə məşğul olmursunuz? Nə səaliyyətlətinizin, nə imkanlarınızınzın, nə başınızın ölçüsünə uyğun gəlməyən işlər əl atırsınız?

   Bu məsələdə diqqəti çəkən digər məqam isə bu məsələdə Fransa-Ermənistan münasibətləridir. Yəni nəzərə alsaq ki, 2023-c üilin dekabrında, Ermənistan ev sahibliyinə namizədliyini geri götürürərək, COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəkləyib. Belə olan halda Fransanı yandıran nədir? Bu artıq erməni təəssübkeşliyinə belə oxşamır. Yəni Fransa öz “kişik baçılarının” qəraırına da hörmət etmir? “İstəkli bacıların” münasibətlərindəki səmimiyyəti də şübhə altına salır.

     Əslində Avropanın “ən çirkli” şəhərlərindən birinin rəhbərliyinin çıxardığı qərarla bağlı qaranlıq, eyni zamanda ziddiyətli məqamlar, məkrli məqsədlər çoxdur. Şübhəsiz ki, Fransanın belə addımlar atmasının səbəbi kimi, son dönəmdə rəsmi Parisin, siyasi rəhbərliyin ölkədaxilində ciddi problemlərin, narazılıqların yaranmasına səbəb olan fəaliyyəti, xarici siyasət sahəsində uğursuzluqlarını, Afrika qitəsində, Dənizaşırı bölgələrində Fransaya qarşı baş verən iğtişaşları ört-basdır etmək niyyətlərini də qeyd etmək lazımdır.

   Əlbəttə, bu hadisələrə əsl qiyməti zaman, layiqli, tutarlı cavabı da Azərbaycan dövləti, rəşadətli və məğrur xalqımız verəcək. 

    Axı, Fransa siyasi camiyəsi niyə başa düşmək istəmir ki, Azərbaycan nə Franasının əsrlər boyu müstəmləkəsində olmuş və ya ona bu gün vassallıq etməyə hazır olan bəzi oyuncaq dövlətlərdən deyil, nə də kimlərinsə iftira və böhtanlarından, hədə qorxusundan çəkinən deyil. Niyə başa düşmürsünüz ki, ki, sizin bütün pisliklərınizə, badalaqlarınıza rəğmən Azərbaycan yıxılmayacaq, heç büdrəməyəcək də, irəliyə doğru gedəcək, inkişaf edəcək. O ki qaldı Fransaya…. Məncə hələ də gec deyil, Azərbaycana qarşı mübarizədə digər qitələri demirəm, Avropanın özündə belə, keçmiş mütəffiqlərini itirə-itirə, təklənən Fransa bəlkə bu ədalətsiz, qərəzli, birtərəfli, haqsız əməllərindən ələ çəkə bilsə, dünya siyasətində sürətlə düşməkdə olan nüfuzunu, beynəlxaql aləmdə gündən-günə ləkələnən imicini qoruya bilər.    

 

 

   Siyasi şərhçi

Əhməd N. Abbasbəyli

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər