BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli  Prezident İlham Əliyevin Zəfər Seçkisi Qələbəsinin 100 günu ilə bağlı “Yenitv”də çıxış edib. Asif Əsgərli çıxışında bildirib ki, 2024-cü ilin 7 fevralında cənab İlham Əliyev xalqın böyük etimadı ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi: “Önəmli hadisə bu oldu ki, Cənab Prezident və ailə üzvləri ilk dəfə Xankəndi şəhərində təşkil olunan seçki məntəqəsində səsvermədə iştirak etdilər.  Ənənəyə görə seçkilərdən sonrakı müddətdə-100 gündə seçilən Prezidentin  gördüyü işlər, atdığı addımlar xüsusi diqqətdə olur. Təbii ki, bu 100 gün Azərbaycan tarixində atılan önəmli addımlarla yadda qaldı. Bu, təkcə 100 gün üçün deyil, illərlə yadda qalacaq, yaşayacaq tarix oldu. Cənab Prezident Zəfər seçkisinin 100 günü müddətində Qarabağ ərazisində yerləşdirilən Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini tam şəkildə tərk etdilər. Baxmayraq ki, 2020-ci ilin 10 noyabar Üçtərəfli anlaşmasına görə bu hərbi qüvvələrin ölkəmizi tərk etməsinin vaxtı hələ bitməmişdir. Həmçinin erməni işğalında qalan Qazaxın 4 kəndi müharibəsiz geri qaytarıldı. Artıq Ermənistan və Azərbaycan vasitəçilərsiz anlaşmaya gəldilər. Bütün bunlar cənab Prezidentin diplomatik və siyasi nüfuzu sayəsində baş verdi. Azərbaycan bir daha bölgədə söz sahibi olduğunu göstərdi. Eyni zamanda sülhə gedən yolda daha bir müsbət addım atıldı. Bu, həmçinin sülh razılaşmasını sürətləndirən amildir”.

Politoloq deyib ki, Cənab Prezident seçkidə qələbəsindən sonra işğaldan azad olunan ərazilərdə quruculuq, yenidənqurma işləri daha da aktiv şəkildə davam etdirilir: “Bu ərazilərdə yeni kənd və qəsəbələrin təməli qoyulmuşdur. Həmçinin infrastruktur layihələrinin açılışı olmuşdur. Məcburi köçkünlərin işğaldan azad olunan rayonlara qayıdışının biz şahidi olduq. Bütün bu görülən işlər cənab Prezidentin şəxsən diqqətindədir. Çünki təməlqoyma və açılış mərasimlərində dövlətimizin başçısı iştirak edir. İnanırıq ki, bu ərazilərdə yaşayış tam bərpa edildikdən sonra Azərbaycan dövləti bu torpaqların hərtəfli bəhrəsini görəcək”. 

O deyib ki, Azərbaycanın incisi olan Şuşaya qayıdan insanlarla cənab Prezidentin görüşü də olmuşdur: “Bu görüş də çox əlamətdar tarixdə baş vermişdir. Şuşa bizim üçün təkcə inzibati ərazi anlamı kimi deyil. Şuşa Azərbaycan, ümumiyyətlə, türk dünyasının  mədəniyyətinin beşiyi olaraq önəm daşıyır. Şuşaya qayıdış çox önəmli məsələ idi. May ayının 10-da Ulu Öndər Heydər Əliyevin doğum günüdə cənab Prezidentin Şuşada yerli sakinlərlə görüşü çox əlamətdar gün oldu. Şuşalılar çox böyük sevgi ilə bu mərasimdə iştirak etdilər və əlbəttə ki, bu gün onlar üçün bundan sonra iki qat yadda qalan bir gün olacaq”.    

YAP rəsmisi çıxışında bu il ölkəmizdə keçiriləcək COP29 tədbirinə də yer verib: “COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi, dövlətimizin  nüfuzuna, qlobal səviyyədə söz sahibi olmasına verilən qiymətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu nüfuzu Azərbaycana cənab Prezidentimiz qazandırıb və biz bunun bariz siyasətinin nəticəsini görürük. Biz bununla Azərbaycanı sevməyən dövlətlərə göstərəcyik ki, qlobal dünyaya qatı verəcyik. Ümumiyyətlə, bu il biz Zəfərdən doğan tərəqqinin, inkişafın nəticələrini görəcəyik”.

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər