BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır”

Hazırda dünyada və Cənubi Qafqaz regionunda maraqlı qüvvələr ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışırlar. Qlobal oyunçular yeni qarşıdurma və münaqişə ocaqları yaradırlar. Azərbaycan əvvəlki illərdə Ermənistanla yaranmış gərgin vəziyyəti öz gücünə aradan qaldırıb. Bundan sonra xüsusən, bir sıra Qərb dövlətləri bu vəziyyətlə barışa bilmirlır. Eyni zamanda Azərbaycanın hərtərəfli şəkildə güclənməsi onlarda qısqanclıq yaradır. Azərbaycana “dişi batmayan” o ölkələr qonşu Gürcüstanda siyasi çaxnaşmalar yaradıblar. Əlbəttə ki, belə olan vəziyyətdə Azərbaycan da özünü mümkün olan xarici risklərdən və müdaxilələrdən daha da ciddi şəkildə qoruyur. Bu məsələ Prezident İlham Əliyev tərəfindən də bir neçə dəfə dilə gətirilib. Önəmli olan onu da qeyd etmək istərdik ki, Azərbaycanda daxili risklər yoxdur. Dövlətin apardığı siyasət, görülən işlər ölkəni mümkün olan təhlükələrdən tam qoruyur. Bu siyasət belə də davam edəcək. Azərbaycan dövlətinin məqsədi xalqın rahat həyatını təmin etməkdir.

Hazırda hər bir ölkə üçün əsas üstünlük sabitlik və təhlükəsizlik məsələsidir. Sevindirici haldır ki, Azərbaycanda bu gün təhlükəsizlik qorunur. Baxmayaraq ki, bizim ölkə uzun müddət müharibə şəraitində olub. Maraqlıdır ki, məhz elə həmin zamanlarda belə, ölkəmizdə əmin-amanlıq və sabitlik yüksək səviyyədə qorunurdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan şanlı Zəfər qazandıqdan sonra təhlükəsizlik daha da möhkəmlənib. Necə deyərlər, dövlət sərhəddən başlayır. Artıq dövlətimizin ərazi bütövlüyü tam bərpa edilib. Bütün sərhədlərimiz boyunca Azərbaycan əsgəri fəxrlə keşik çəkir. Artıq separatçılar ölkəmizdən qovulub. İstər sərhədlərimizdə, istərsə də ölkə daxilində təhlükəsizlik təmin olunub.

Azərbaycan dövləti öz müstəqil siyasətini yürüdərək beynəlxalq aləmdə özünə imic qazanıb. Sabit və təhlükəsiz ölkə olaraq tanınan Azərbaycan müstəqil şəkildə beynəlxalq layihələrdə iştirak edərək xalqın maraqlarını ifadə edir. Bu baxımdan bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizin yeni imicinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Lakin ən önəmli məsələ bu beynəlxalq tədbirdə təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan üçün təminatlı təhlükəsizlik məsələsi hər zaman ən birinici şərtdir. Prezident İlham Əliyev 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bu məsələ ilə bağlı da fikirlərini bildirib. “COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır”, - deyə dövlətimizin başçısı qeyd edib. Azərbaycanın beynəlxalq mövqeyi ildən-ilə daha da möhkəmlənir. COP29-un təhlükəsiz və yüksək səviyyədə keçirilməsi Azərərbaycana olan beynəlxalq inam və etimadı daha da gücləndirəcək. Dövlətimizn başçısı həmkarlarları ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşləri olur. Cənab Prezident bir çox xarici ölkələrə səfərlər edir. Həmçinin müxtəlif ölklərin dövlət və hökumət başçıları Azərbaycana səfərlər edirlər. Bütün bunlar Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasətinin göstəricisidir. Azərbaycanın ikitərəfli formatda əldə edilmiş razılaşmaları aktiv şəkildə icra edilir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, bizim sözümüzə inanırlar. Azərbaycan rəhbərliynin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Məhz buna görə də  COP29-un təhlükəsizliyinin təminatına heç bir şübhə ola bilməz.

Azərbaycan Prezidenti builki rəsmi görüşlərinin, demək olar ki, hər birində COP29-la bağlı öz fikir və mövqeyini bildirir. Elə Berlində “Euronews”a verdiyi müsahibəsinin də əsas mövzusu COP29 olub. Cənab Prezident dünyanın məşhur bu kanalında beynəlxalq aləmdə bir daha COP29-la bağlı əminlik yaradıb: “Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar”. COP-29-la bağlı Azərbaycanın qarşısında duran vəzifələr var. Bununla bağlı Prezident İhlam Əliyev səviyyəsində müşavirə keçirilib və aidiyyəti qurumlara ciddi tapşırıqlar verilib.  Ölkə başçısının müvafiq sərəncamı ilə COP29 Təşkilat Komitəsi yaradılıb. Mütəmadi olaraq COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclasları keçirilir.

Azərbaycan dövləti dünya dövlətləri ilə sağlam şəkildə əlaqə yaratmağa, iqtisadi əlaqələrin güclənməsinə önəm verir. COP29 çərçivəsində də bu və digər istiqamətlərdə müxtəlif dövlətlərlə əlaqələr qurulacaq. Bu baxımdan araşdırma və müzakirələr aparılır. Dövlətimizin istəyi dünya dövlətlərinin qlobal problemlərinin həllindən birliyə çağırmaqdır. Cənab Prezident müsahibəsində deyib ki, COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik: “Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”.

Paytaxt Bakı şəhəri dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır. Cənab Prezidentin də hər zaman dediyi kimi, ölkəmiz sabit və təhlükəsiz ölkə olaraq tanınıb və dünya ölkələri tərəfindən qəbul olunub. Bütün bu göstəricilərin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayı günü-gündən artıb. Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik ən yüksək səviyyədədir və hüquq-mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirir. Ölkə başçısının əmir və göstərişləri vaxtında və zamanında həyata keçirilir. Bütün bunlar əsasən ölkəmizdə il ərzində bir çox beynəlxalq tədbir və konfranslar təşkil olunur, idman yarışları keçirilir. Hazırda isə əsasən COP29-a ciddi hazırlıq gedir. Bu, həm Azərbaycan, həm də digər dünya dövlətləri üçün həmrəylik tədbiri olacaq.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

 

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər