BAKU Azərbaycan
26.81 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır”

Azərbaycanla əlaqələri möhkəmləndirmək istəyən beynəlxalq tərəfdaşların sayı ildən-ilə artır. Prezident İlham Əliyevin uğurlu, çoxşaxəli xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə əhəmiyyəti artır, bütün dünyada getdikcə daha çox tərəfdaş cəlb olunur.

Azərbaycan ilə ərəb dünyası arasında böyük tarixi-mədəni əlaqə mövcuddur və Misir bu baxımdan xüsusi yer tutur. Prezident İlham Əliyevin 2024-cü ilin iyunun 8-də Misirə səfəri iki ölkə arasında ikitərəfli əməkdaşlığa yeni səhifə açacaq. Bunu Prezident İlham Əliyev Qahirədə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatından da görmək olur.

Cənab Prezident bəyanatında bu səfərin Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini deyib: “Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam ediləcək”.

Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il martın 27-də qurulub. Misirin Bakıdakı səfirliyi 1993-cü ilin aprelindən, Azərbaycanın Qahirədəki səfirliyi isə 1994-cü ilin yanvarından fəaliyyət göstərir.

Xatırladaq ki, 2022-ci il Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olundu. Və bu illər ərzində iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə yaxşı inkişaf etmiş əməkdaşlıq formalaşıb.

O vaxtdan bəri iki ölkə enerji, tikinti, əczaçılıq, mədənçıxarma və bir çox başqa sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Bu günə qədər Misir və Azərbaycan arasında 70-dən artıq əməkdaşlıq sazişi imzalanıb.

Yeri gəlmişkən, 8 iyun tarixində Azərbaycanla Misir arasında 8 sənəd imzalanıb. Azərbaycan və Misir arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Birgə Komissiya 2002-ci il oktyabrın 3-də yaradılıb.

Bundan başqa, Azərbaycan parlamentində Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Hökumətlərarası komissiyanın beşinci iclası 2022-ci il fevralın 25-də Bakıda keçirilib. Görüşün yekunu olaraq, iki ölkənin Kiçik və Orta Biznesin İnkişafı Agentlikləri arasında, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misirin Ticarət və Sənaye Nazirliyi arasında 4 anlaşma memorandumu imzalanıb.

Eyni zamanda görüş çərçivəsində Azərbaycan-Misir biznes forumu keçirilib. İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşündə hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi qərar alınıb.

2022-ci ilin sonuna olan məlumatlara görə Azərbaycan ilə Misir arasında ticarət dövriyyəsi 16,1 milyon dollar təşkil edib ki, bunun da 2,5 milyon dolları ixrac, 13,6 milyon dolları isə idxal edilib.

Cənab Prezident bəyanatında bu haqda danışaraq ticarət dövriyyəsinin bir neçə dəfə artdığını vurğulayıb: “Ancaq mütləq rəqəmlər hələ ki, bizi qane etmir. İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq”.

Ölkələr arasında müntəzəm uçuşlar da həyata keçirilir. Lakin hər iki ölkə hava nəqliyyatının genişləndirilməsində, Qahirə ilə Bakı arasında müntəzəm sərnişin və yük reyslərinin həyata keçirilməsində maraqlıdır.

Üstəlik, Misir dəfələrlə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesində iştirak etməkdə maraqlı olduğunu bildirib. Tikinti və yol infrastrukturu üzrə ixtisaslaşan Misirin ən böyük şirkətləri Al Mocawloon Al Arab və Dorra Group Azərbaycana səfər edərək bərpa prosesində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

İyunun 8-də Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşündə də Misir şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlı olduqları vurğulanıb. Güclü siyasi əlaqələr dövlətlərə müxtəlif sahələrdə əməkdaşlıq qurmağa kömək etmişdir.

Bütün qeyd olunanları nəzərə alaraq, Azərbaycan ilə Misir arasında əməkdaşlığın dünya miqyasında qarşılıqlı dəstəyə əsaslanan gələcək inkişafı üçün böyük potensialı var.
Misir-Azərbaycan əlaqələrinin inkişafına töhfə verən səfər

Səyavuş Qasımov,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər