BAKU Azərbaycan
26.81 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ötən gün "Azərbaycan Türk Ocağı" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı layihəsi çərçivəsində ilk tədbirini keçirib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təşkil olunmuş tədbirdə fakültənin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev, "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı, müəllimlər və tələbələr iştirak ediblər. Tədbirdə "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı kitabın təqdimatı keçirilib.

Giriş sözü ilə tədbirin açılışını edən Jurnalistika Fakültəsinin Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu məşhur bir şəxsiyyətin dəyərli övladı haqqında tərtib olunmuş kitabın təqdimat mərasiminə yığışdıqlarını söyləyib. S.Xalidoğlu qeyd edib ki, "Azərbaycan Türk Ocağı" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sürəyya Ağaoğlunun həyat və yaradıcılığından bəhs edən maraqlı bir kitab hazırlayıb:

"Sürəyya Ağaoğlu elə bir şəxsin övladıdır ki, o şəxs, yəni Əhməd bəy Ağaoğlu təkcə Azərbaycan üçün yox, türk dünyası üçün ortaq dəyərlərdən biridir. Özü necə dəyər olubsa, formalaşıbsa, övladlarını o yöndə yetişdirib. Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunun övladı - Sürəyya Ağaoğlu Türkiyədə ilk qadın hüquqşünas, ilk qadın hüquq vəkilidir. Əlbəttə, bu barədə Akif müəllim özü geniş məlumat verəcək, ona görə ətraflı danışmaq fikrində deyiləm. Ümumi məlumat üçün deyirəm ki, biz sıradan bir kitabın təqdimatına, imza gününə toplaşmamışıq". 

Daha sonra söz "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıya verilib. A.Aşırlı ilk növbədə "Şuşadan İstanbula Sürəyyə Ağaoğlu yolu" kitabı haqqında ətraflı məlumat verib. Sonra "Azərbaycan Türk Ocağı" barəsində danışıb. O vurğulayıb ki, türk dünyası üçün çox önəmli bir şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş layihənin ilk təqdimatı keçirilir:

"Türkiyənin ilk qadın hüquq vəkili olan Sürəyya Ağaoğlunun həyat və fəaliyyətindən, onun türk-müsəlman dünyası üçün gördüyü önəmli işlərdən söhbət açacağıq. Əfsuslar olsun ki, nə Türkiyədə, nə də Azərbaycanda Sürəyya Ağaoğlu haqqında yetərli məlumat yoxdur. "Şuşadan İstanbula Sürəyyə Ağaoğlu yolu" Azərbaycanda çap olunan ilk kitabdır. Baxmayaraq ki, 1970-ci illərin ortalarında Sürəyya Ağaoğlunun özü "Bir Ömür Böyle Geçti - Sessiz Gemiyi Beklerken" adlı memuarını qələmə almışdı. Bu memuarda öz həyatı, fəaliyyəti, təhsil illəri ilə bağlı məlumatlar, mühüm tarixi hadisələrdən yaddaşında qalanları əks olunub. Sürəyya Ağaoğlu məşhur Ağaoğlular nəslinə mənsubdur. Əhməd bəy Ağaoğlu Türkiyə və Azərbaycan üçün, Azərbaycan jurnalistika sistemi üçün çox önəmli simalardan biri olub. Peşəkar publisistlərimizdən ən öndə dayanan, anadilli mətbuatın əsasını qoyan şəxslərdəndir, fikir insanı, böyük mütəffəkkirdir, türkçüdür". 

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı layihədə çoxlu yeni faktların olduğunu deyib. Professor bildirib ki, Sürəyya Ağaoğlu atasına - Əhməd bəy Ağaoğluna yaraşan övlad olub: 

"Əhməd bəy Ağaoğlu dünyasını dəyişəndə Atatürk bundan böyük ağrı duyub. Əhməd bəy Ağaoğlu, onun övladı Sürəyya Ağaoğlu kimi dəyərli şəxsiyyətlər türk dünyasının tərəqqisi üçün mühüm işlər görüblər, ömürlərini fəda ediblər. Akif müəllimə bu gözəl təşəbbüsə görə, çox təşəkkür edirəm. Hər yerdə deyirəm ki, Akif müəllim bizim fakültənin müəllimidir. Türklər demişkən: - "İyiki varsınız". 

Daha sonra çıxış üçün söz Jurnalistika Fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyevə verilib. V.Əliyev belə maraqlı bir kitab ərsəyə gətirdiklərinə görə, təşəbbüskarlara öz minnətdarlığını bildirib:

"Belə layihələrin təşkil olunması çox vacib və önəmlidir. Ən azından bizim üçün önəmli olan tarixi şəxsiyyətlərin tanınması baxımından belə layihələr əhəmiyyətlidir. Əhməd bəy Ağaoğlu Azərbaycanda ideoloji fikrin formalaşmasında, siyasi türkçülüyün formalaşmasında önəmli rol oynayıb. Bu ideya hazırda bütün türk dünyasını bir araya gətirən ən vacib dəyərlərdən biridir və üçrəngli bayrağımızda birinci rəngi təmsil edir. Soykökümüzdən, milli dəyərlərimizdən irəli gələn bu dəyəri yaşatmaq bizim üzərimizə düşür. Həyatlarını bu ideya uğruna qurban vermiş insanları tanıtmaq lazımdır. Belə insanların gənclərə tanıdılması, onların gənclərə təbliğ olunması çox vacibdir və buna görə öz təşəkkürümü bildirirəm". 

Çıxışların ardından tələbələrin mövzu ilə bağlı suallarına cavab verilib. Daha sonra Akif Aşırlının imzası ilə "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı kitab tələbələrə paylanılıb.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər