BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq”

 Pakistan İslam Respublikasının dövlət rəhbərləri uzun illər idi ki, Azərbaycan Prezidenti İlham Əliyevi ölkələrinə rəsmi səfərə dəvət edirdilər. Cənab Prezident Pakistan İslam Respublikasına ilk dəfə 2017-ci ildə rəsmi səfər etmişdir. Həmin ilin martın 1-də Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilmişdir. Sammiti İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə görüşünə ev sahibliyi edən və təşkilata sədrliyi həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan etmişdir. Bu Zirvə görüşü ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynamışdır. Həmin tədbirdə XIII Zirvə görüşünün sədri Prezident İlham Əliyevin təklifi ilə Pakistan seçilmişdir. Pakistanın bu quruma sədrliyi dövründə üzv ölkələrin, xüsusən Azərbaycanla Pakistanın əməkdaşlığı daha da möhkəmləndirilmişdir. Xatırladaq ki, iki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.

7 il sonra Prezident İlham Əliyev yenidən bu qardaş və dost ölkəyə səfər edib. Prezident İlham Əliyevin bu ölkədə nüfuzu keçirilən görüşlərdən bir daha aydın göründü. İyulun 11-də İslamabadda Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin adından Prezident İlham Əliyevin şərəfinə dövlət ziyafətinin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin adından rəsmi naharın verilməsi dövlətimizə və dövlətimizin başçısına olan səmimiyyətin bariz nümunəsidir. Azərbaycan Prezidentinin ali qonaq olaraq qəbul edilməsi və ən səmimi fikirlərin söylənilməsi həm də cənab Prezidentin yüksək nüfuzunun göstəricisidir. Bu həm də ondan irəli gəlir ki, Azərbaycana səfər edən digər ölkələrin rəsmiləri kimi Pakistan dövlət rəsmiləri də çox səmimi qonaqpərvərliklə qarşılanıb, ehtiram görüb və burada xoş anlar yaşayıblar. Prezident İlham Əliyev iyulun 11-də İslamabadda dövlət səfəri zamanı  mətbuata verdiyi bəyanatda bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır: “Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir. Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır”.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də öz çıxışlarında dövlət başçımız və xalqımız haqqında qürurlandırıcı fikirlər söyləyib: "Əziz qardaşım, Sizi Pakistanda salamlamaq məndə böyük məmnunluq və şərəf hissi oyadır. Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir...Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir. Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanında olub". Hər iki dövlət bir-birinə beynəlxalq dəstək veriblər. Qarabağ və Kəşmir məsələləri bu dövlətlərin və xalqların yaralı yeri olub. Uzun illər bu problem müzakirə edilib. Eynilik təşkil edən bu məsələlərin həllinə, təəssüf ki, real beynəlxalq dəstək olmayıb. Əksinə  süni maneələr yaradılıb. Aparılan müzakirələrin, danışıqların heç bir effekti olmayıb. Cənab Prezident bəyanatında bu haqda da danışıb: “Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”. Azərbaycan 30 il sonra öz hərbi gücü ilə Qarabağın işğaldan azadlığına nail oldu. Bu, həm də beynəlxalq aləmə hərbi güc nümayişi idi. Kəşmir məsələsinin hansı formada həll olunması da Pakistanın atacağı addımlardan asılıdır. Amma Azərbaycan hər zaman bu məsələdə qardaş dövləti dəstəkləyir. Dövlətimizin başıçısının bəyanatından da göründüyü kimi bu mövqe dəyişməzdir.

 Prezident İlham Əliyevin bu səfəri Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz müsbət təsirini göstərəcəyi şəksizdir. Cənab Prezident bəyanatında Pakistanla əməkdaşlığın şaxələnməsini önə çəkib: “Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq. Onlardan birini mən xüsusilə qeyd etmək istərdim. Bu, güzəştli ticarətlə bağlı sənəddir. Biz ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdik. Lakin bu, yalnız başlanğıcdır. Əlbəttə ki, həmin şəxsin üzərinə böyük məsuliyyət düşür.  Güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq”. Prezident İlham Əliyevin Pakistan rəsmiləri ilə görüşlərində də bu məsələlər daha çox diqqət mərkəzində olub. Bu və digər istiqamətlər üzrə fikir və təkiflər irəli sürülüb. Ayrıca Azərbaycan-Pakistan münasibətlərinin inkişafına dair imzalanan sənədlər də artıq perspektiv fəaliyyətlər üçün çox geniş yol açır.

 

2922Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər