BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.

Azərbaycan və Rusiyanın müttəfiqliyi Cənubi Qafqazın sabitliyinin təminatıdır. Regionda baş verən proseslərə bu müttəfiq iki dövlət xüsusilə təsir gücünə malikdirlər. Çox müsbət haldır ki, Rusiya Azərbaycanla dostluq münasibətlərinin inkişafına önəm verir. İllərdir hər iki dövlətin mehriban qonşuluq və dostluq münasibətləri var. Xalqlarımız da bir-bir birlərinə sıx bağlıdır. Rusların Azərbaycanda yaşamasının tarixi qədimdir. Artıq onlar bu ərazilərdə kök atıblar. Və Azərbaycanı özlərinin vətəni bilirlər. Bu insanlara Azərbaycan dövləti və xalqı qucaq açıb. Təsadüfi deyil ki, Azərbaycanda ən çox qeyri-azərbaycanlı xalq ruslardır. Onlar tolerant şəkildə ölkəmizdə yaşayır, adət-ənənələrini, dinlərini qoruyurlar. Qeyd edək ki, rəsmi məlumatlara görə ölkəmizdə 16 kilsə fəaliyyət göstərir. Bu kilsələr Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb. Onların bərpasına dövlət tərəfindən hər zaman dəstək göstərilib. Yeri gəlmişkən, avqustun 18-19 Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanda dövlət səfərində olub. Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Vladimir Putin Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar. Görüşdə dövlət başçılarına Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı barədə məlumat verən Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhərində məbədlərin bir çoxunun Azərbaycan hökumətinin vəsaiti ilə bərpa edildiyini vurğulayıb. Azərbaycan və Rusiya prezidentləri kilsəyə xatirə hədiyyələri təqdim ediblər.

Ümumiyyətlə, Azərbaycanda heç bir xalqın həyat tərzinə, həyat şəraitinə, adət-ənənəsinin təbliğinə hər hansı müdaxilə olmur. Bu, dövlətimizin dünyada tolerantlığının bariz nümunəsidir.

Öz növbəsində bu gün Rusiyada milyonlarla soydaşımız yaşayır. Ümumi statistikaya görə diaspor olaraq ən çox azərbaycanlı Rusiyada yaşayır və fəaliyyət göstərir. Bu insanlar Rusiyanın ictimai-siyasi həyatında fəaldırlar. Rusiya rəsmi qurumları səviyyəsində soydaşlarımıza diaspor olaraq da çalışmaq üçün şərait yaradılıb. Xatırladaq ki, 2022-ci ilin fevralında Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Bu sənəddə bütün fəaliyyət sahələri əhatə olunub, o cümlədən diasporumuzun da fəaliyyəti ilə bağlı bənd var: “Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar”. İki il ərzində bu müttəfiqlik Bəyannaməsinin bəndələrinə əsasən Azərbaycanda və Rusiyada müxtəlif səpkili tədbirlər keçirilib. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında bu bəyənamə haqqında da danışıb: “Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir”. Həmçinin Prezident Vladimir Putin dövlətimizin başçısi ilə məhdud və geniş tərkibli görüşlərində bəyannamənin uğurla icra edilməsindən məmnunluğunu ifadə edib. Bu, hər iki dövlət başçısı səviyyəsində sənədin icrasının diqqətdə saxlanılmasının göstəricisidir. Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin daha da sıxlaşması üçün yeni sənədlər də imzalanıb. İmzalanmış yeni sənədlər ikitərəfli əlaqələrin gələcək dinamik inkişafını gücləndirəcək. Bu sənədlər hər iki dövlətin aidiyyəti qurumları qarşısında yeni genişmiqyaslı vəzifələri qarşıya qoyub. Bunların icra olunması Azərbaycan-Rusiya strateji müttəfiqliyi üçün yeni perspektivlər açır. Cənab Prezidentin dediyi kimi, səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. İnanırıq ki, qəbul olunan sənədlər ikitərəfli münasibətlərin inkişafında böyük rol oynuyacaq.

Xüsusən dövlət başçılarının görşlərində və bəyanatlarında səsləndirkləri fikirlər və siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrlə bağlı irəli sürdükləri konkret təkliflər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişafına əhəmiyyətli dərəcdə təsiri olacaq.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

 

 

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər