BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanaları  27 sentyabr   Anım Günü ilə əlaqədar tədbirlər keçirdilər.

Tədbirlərdə Vətən, torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın A.Məmmədov adına 38 nömrəli tam orta məktəbdə keçirdiyi tədbiri giriş sözü ilə məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Gülnarə Vəliyeva açaraq bildirdi ki, 27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərin qəhrəmanlığı yaddaşlarda əbədi qalacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan məktəbin tarix müəllimi Şölə Qayıbova onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etdi. Məktəbin kitabxana müdiri Səbinə Abbasova çıxışı zamanı bildirdi ki, Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Mərkəzi Kitabxananın abonement bölməsinin müdiri Lalə Səlimova çıxışında bildirdi ki, 4 il öncə başlayan 44 günlük II Qarabağ müharibəsi – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı Zəfərimizin tarixidir. Uşaq şöbəsinin müdiri Sevil Namazova və Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel Həsənova çıxışlarında qeyd etdilər ki, şəhidlər bizim qürur mənbəyimizdir. 

Tədbirdə İnformasiya-resurs şöbəsi tərəfindən hazırlanan 27 sentyabr – Anım Gününə, Vətən müharibəsində tarixi Zəfərimizə, igid hərbçilərimizə, qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olundu.

1№-li kitabxana filialının əməkdaşları 162 №-li orta məktəbin müəllim və şagirdləri ilə birlikdə İkinci Fəxri Xiyabanı ziyarət etdilər. Məktəbin müəllimi Rəna Xanlarova şəhid məzarında uyuyan igid oğullarımızın şücaəti, qəhrəmanlığı sayəsində qazanılan parlaq Zəfər haqqında məlumat verdi. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi. Ziyarət edərkən, şəhid kapitan Sənan Kərimovun anası ilə görüşdülər. Ə.Vahid adına 1№-li kitabxana filialının əməkdaşı Lamiyə Quluzadə Telman Abbasov adına 225 №-li tam orta məktəbin IX sinif şagirdləri ilə “44 günlük müharibə: anmaq bizə vəsiyyətdir” adlı tədbir keçirdi. O, 4 il bundan əvvəl bugünku tarixdə başlanan 44 günlük Vətən müharibəsi haqqında şagirdlərə məlumat verdi.  

A.Şaiq adına 2 №-li kitabxana filialında “Vətən sevgisi – şəhidlik zirvəsi” adlı tədbir keçirildi. Tədbiri kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Tədbirdə T.Abbasov adına 225  tam orta məktəbin 7b sinifi və sinif rəhbəri Lamiyə Allahverdiyeva, şəhid   anaları Lalə Quliyeva, Hürnisə İslamova, Ətrafa Kərimova, Mənzər Tağıyeva, Hicran Tağıyeva, qazilərdən Akif Yunusov, Gülağa Cəfərov və b. iştirak etdilər.

    Tədbir iştirakçıları çıxış edərək bildirdilər ki, 27 sentyabr  2020-ci il   Vətən müharibəsindən Zəfərə gedən yolumuz idi. 

X.B.Natəvan adına 4 №-li kitabxana filialında “Qəhrəmanlarımızı unutmuruq” adlı tədbir keçirildi. Kitabxana filialının  müdiri Kamilə Novruzova tədbiri açaraq bildirdi ki, Anım Günü – Azərbaycan Respublikasında  2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanların  xatirəsinin anılması günüdür. Xalqımız Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsini daim uca tutur. Sonra kitabxana filialının böyük kitabxanaçısı Hilanə Babayeva çıxış edərək bildirdi ki, Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ömür yolu bu günkü gənclərimiz üçün örnəkdir. Tədbirdə iştirak edən  qazilər Mustafa Mustafayev, Cəvahir Məmmədova, Vidadi Məlikov, İsa Musayev, Fəramət Rəhimov, İlham Cəfərov İkinci Qarabağ müharibəsindən keçdikləri döyüş yolundan, xatirələrindən danışdılar. Tədbirdə iştirak edən “Əkinçi” xeyriyyə  cəmiyyətinin üzvləri Azər Əliyev, Qumru Səlimova, ”Qadınlar” Cəmiyyətinin sədri Şükufə Qarabağlı, jurnalist Zahid Nəcəfov, ilahiyyatçı Oqtay Əkbərov çıxışlarında bildirdilər ki, böyük Qələbəmizə ilk addımın atıldığı gün heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən uğrundakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. 

Tədbirdə Anım Günü   ilə bağlı hazırlanan videoçarx nümayiş olundu.

Şagirdlər Vətən müharibəsinin ən yaddaqalan məqamları haqqında və Prezident İlham Əliyevin unudulmaz tvitləri barədə öz fikirlərini bölüşdülər.

Tədbirlərdə məktəblilər “Bir daha müharibə olmasın!”, “Hər zaman sülh əmin-amanlıq olsun!” şüarlarını səsləndirdilər. Şagirdlər Vətən sevgisi və  Qəhrəmanlıq haqqında şeirlər söylədilər.

Kürdəmir rayonundan olan Mərkəzi Kitabxananın fəal oxucusu Nuray Məmmədova şəhidlər haqqında şeir söylədi.

Videoçarxlara aşağıdakı linkə keçid edərək baxmaq olar:

//www.youtube.com/watch?v=9bENSZ9JKu8 

//www.youtube.com/watch?v=4kbblFI9f9k

     

 

Image

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər