BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən müşavirə 2024-cü ildə Azərbaycan iqtisadiyyatının dayanıqlı artım tempini qoruyub saxladığını ortaya qoydu.  Ölkədə aparılan ciddi sosial-iqtisadi islahatlar iqtisadi inkişaf tempinə müsbət təsir göstərib. Mövcud iqtisadi və sosial mühit beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. “Doing Bussines”in hazırladığı iqtisadi reytinq cədvəlində də Azərbaycan dünyada ən çox islahat aparan  ölkələrdən biri kimi qeyd olunmuşdur. İqtisadiyyatın sürətli inkişafı üçün kifayət qədər zəmin mövcuddur. Bunun nəticəsidir ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. Bu ilin 8 ayında iqtisadi artım 4,3 faiz təşkil edib. Qeyri-neft sektorunda artım isə 7 faiz təşkil edib ki, bu da dünyada gedən proseslər, gərgin regional geosiyasi vəziyyət, xarici şirkətlərin ölkədə neft hasilatını azaltması fonunda yaxşı göstəricilərdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar öz müsbət nəticəsini verməkdədir.

Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili sentyabrın 26-da Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirə ilə bağlı bildirib. 

Onun sözlərinə görə, aparılan iqtisadi islahat və yaranmış biznes mühiti iqtisadiyatımızın digər sektorlarının inkişafına müsbət təsir göstərir. Biz iqtisadi ehtiyatlardan səmərəli istifadə etməklə həm ümumi daxili məhsulda, həm qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə edə bilərik. Sözsüz ki, iqtisadiyyatımızda neft sektorundan əldə edilən gəlirlərin payı böyükdür. Təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən bəzi xarici şirkətlər neft hasilatını sabit saxlamaqda maraqlı deyillər. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətlərinin diqqətinə çatdırılıb və onlardan bu nöqsanlar aradan qaldırmaq tələb olunub. Söhbət neft hasilatının sabitliyi təmin edilməsindən gedir. Bundan sonra neft hasilatında əsassız azalmanın olmayacağına ümidlər var.

Deputat qeyd edib ki, hədəfimiz iqtisadiyyatımızı daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür. Gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq. Hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası fonunda sosial təminat məsələlərinə kifayət qədər böyük vəsaitin ayrılması iqtisadiyyatımızın potensialından xəbər verir. Əldə etdiyimiz qələbənin möhkəmləndirilməsi, təhlükəsizliyimizin gücləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial qayğının artırılması üçün dövlət başçısının aydın və güclü siyasi iradəsi vardır.  Digər vacib istiqamət separatizmin kökünü kəsmiş, ərazi bütövlüyünü tam təmin ölkəmizə xarici investorların marağının artmasıdır. Hərbi əməliyyatda əldə etdiyimiz uğurlar ölkəmizdə sabitlirin tam təmin olunmasına gətirib çıxarıb ki, bu da bizim iqtisadi nüfuzumuza müsbət təsir göstərib. İndi biz işğaldan azad edilmiş torpaqlarda da yeni sənaye parkları yaradırıq. Heç bir yerdən yardım almadan, əskinə xarici borcumuzu azaldaraq həyata keçirdiyimiz sosial-iqtisadi layihələr ölçüyəgəlməzdir. Xarici borcun ümumi daxili məhsuldakı payı cəmi 7,5 faizdir ki, bu da dünya miqyasında qabaqcıl ölkələrdən olduğumuza dəlalət edir. 2025-ci ilin əsas xərcləri artıq müəyyən edilib. Ölkəmizin hərbi potensialı gücləndiriləcək, təhlükəsizlik tam təmin olunacaq, hərbi sənaye kompleksi inkişaf etdiriləcək. Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı layihələr davam etdiriləcək. Bütün bu layihələr Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Onu da bildirim ki, 2020-ci ildən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi dövlət büdcəsindən 17,5 milyard manata yaxın xərclənib. Gələn il isə bu məqsədlər üçün daha 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Qarabağın bərpası və yenidən qurulması prosesləri Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi ilə yanaşı, bölgənin sosial-iqtisadi inkişafına da müsbət təsir göstərəcək.

T.Mirkişili vurğulayıb ki, 2024-cü ilin yekunları, növbəti illər üçün daha nikbin proqnozlar səsləndirməyə imkan verir. 2025-ci ilin büdcəsi müzakirə olunur. Büdcə layihəsi göstərir ki, gələn il də iqtisadi inkişaf tempi qorunub saxlanılmaqla yanaşı, ciddi inkişaf da müşahidə olunacaqdır. Gələn il qeyri-neft sektorunda artımın ümumi iqtisadi artımdan iki dəfəyə qədər çox olması proqnozlaşdırırlır. Bu da bizim əsas hədəfimizə çox yaxınlaşmağımızdan xəbər verir.

Deputat sonda bildirib ki, Prezident İlham Əliyev nitqində Azərbaycanın qarşısında dayanan strateji hədəfləri dəqiq müəyyən edib. Biz bunu dövlətimizin başçısının yanında keçirilən sonuncu iqtisadi müşavirdə səsləndirilən fikirlərdən də gördük. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət dövlətin iqtisadi gücünün daha da artırılmasına, regionda sabitliyin və təhlükəsizliyin qorunmasına xidmət edir.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər