BAKU Azərbaycan
23.9 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“4 oktyabr Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə düşən günlərdən biridir. 4 il öncə şanlı Azərbaycan Ordusu ilk böyük qalibiyyətini qazandı. Cəbrayılın işğaldan azad olunması xəbəri ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlını sevinc göz yaşlarında boğdu. Həmçinin, içimizdə Zəfərə ümid, inam daha da gücləndi. Cəbrayılın azad edilməsi ilə 30 illik Qələbə həsrətimizə, ümidsizlik sindromumuza son qoyuldu. Bu mənada 4 oktyabr bizi böyük Zəfərə aparan yolun çox vacib bir hissəsi, suverenlik savaşımızın şanlı tarixi günüdür. 2020-ci il oktyabrın 4-də Prezident, Ali Baş Komandan İlham Əliyev ilk Qələbə tvitini yazaraq şad xəbəri xalqımıza çatdırdı. Həmin gündən sonra biz tez-tez dövlət başçısının Qələbə tvitlərini oxuduq, qəhərləndik və qürurlandıq. Obrazlı şəkildə ifadə etsək, doğrudan da, Cəbrayıl əməliyyatı xalqımız, dövlətimiz üçün düşərli oldu”.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində Sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub. Biz artıq 1993-cü il avqustun 23-də işğal olunmuş Cəbrayıl üçün kədər göz yaşı tökmürük. Cəbrayıl 44 günlük Vətən müharibəsində düşmən üçün əsl cəhənnəmə, kabusa çevrildi. Bir cınahını doğma Araz çayına, Cənubi Azərbaycana söykəyən igid oğullarımız rəşadətlə irəliləyərək düşmənə sarsıdıcı zərbələr vurdular. Cəbrayıl rayonunun azad edilməsi Ermənistan ordusunda çox ciddi sarsıntıya, ruh düşkünlüyünə gətirib çıxardı.

Deputat qeyd edib ki, Cəbrayıl rayonu Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər yaralı verib. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna ilk səfəri etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması qürurverici olmaqla yanaşı, böyük tarixi və siyasi əhəmiyyət daşıyır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olundu.

M.Vəliyeva bildirib ki, bu gün Cəbrayılda həyat yenidən qaynayır. Cəbrayıl rayonu özünün həm tarixi günlərini, həm də dinamik inkişaf dövrünü yaşayır. “Araz Vadisi İqtisadi Zonası” rayonun sosial-iqtisadi inkişafına həlledici rola malikdir. 200 hektar ərazini əhatə edən İqtisadi Zonada rezidentlərinin sayı 12-yə çatıb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilib ki, bu da rayona təhlükəsiz gediş-gəlişi təmin edib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə köç başlayıb. Çox müsbət haldır ki, xalqımız, cəbrayıllılar ərazilərimizin düşməndən təmizlənməsi uğrunda canını qurban vermiş şəhidlərin və qazilərin xidmətini heç zaman unutmurlar. Azərbaycan Prezidentinin diplomatik məharəti, dəmir iradəsi və  ordumuzun rəşadəti hesabına Cəbrayılın azad olunması ermənilərdə dərin mənəvi-psixoloji sarsıntı yaratdı, Ermənistanı kapitulyasiya haqqında düşünməyə məcbur etdi.

Son xəbərlər

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Bütün xəbərlər