BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ölkə özünün istiqlalını, varlığını itirmək təhlükəsində idi. 1993-cü ildə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə Azərbaycanı düşdüyü vəziyyətdən xilas etdi. Bu xilaskarlıq missiyasının kökündə müasir azərbaycançılıq ideologiyası durur: Heydər Əliyevin bütün həyatı boyu inandığı, dəstəklədiyi, formalaşdırdığı, varislik prinsipinə əsaslanaraq inkişaf etdirdiyi, vahid amala çevirdiyi, xalqı bu amal ətrafında birləşdirdiyi, dövlət siyasəti səviyyəsinə qaldırdığı azərbaycançılıq ideologiyası.

“Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində söylədiyi bu fikirlər həm də müasir azərbaycançılıq ideologiyasında gənc nəslin tərbiyəsi üçün konseptdir. Bu konseptin əsas komponentləri milli dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər toplusudur. Gənc nəsli azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək isə onları dövlətçilik və milli-bəşəri dəyərlər əsasında tərbiyə etmək deməkdir. Bu prinsiplər gəncliyi dünəndən bu günə və bu gündən sabaha doğru aparır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

Ulu Öndərin siyasi fəaliyyətinin örnək xarakteri daşıyaraq əbədi dövlətin milli mənafeyini ifadə edən, milli ideologiyamızın formalaşması üçün əsas prinsiplər müəyyənləşdirən bir məktəb rolunu oynadığını bildirən deputat xatırladıb ki, Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən müstəqil dövlətin quruculuğu istiqamətində ciddi siyasi fəaliyyətə başlayıb, Azərbaycanda sabitliyə nail olub, vətəndaş qırğınının qarşısını alıb. O, bütün istiqamətlərdə inkişafı təmin etmək üçün iqtisadi inkişafın əsas təməl daşlarının atılması, Azərbaycan həqiqətlərini ölkə hüdudlarından kənarda tanıtmaq üçün xarici siyasətin milli maraqlara uyğun həyata keçirilməsi, dövlətçiliyin qanuni əsası olan Konstitusiyanın qəbul edilməsi kimi müstəqil dövlət quruculuğunda mühüm siyasi fəaliyyətlər həyata keçirib.

“Müstəqil dövlətçiliyin formalaşmasında həyata keçirilən müxtəlif istiqamətlərin hər biri tarixi proses, milli dövlət quruculuğu yaddaşıdır. Dövlətçilik tərbiyəsi məhz bu tarixi yaddaşdan keçir. Tarixdən dərs alaraq milli kimliyin, vətənpərvərliyin aşılanması, hüquqi, siyasi şüurun yüksəldilməsi milli ideologiyanın əsasında duran tərbiyədir. Şəxsi nümunəsində hər bir azərbaycanlı gəncə yol göstərən Heydər Əliyevə görə, dövlətçilik tərbiyəsi dövlətçilik ənənələrinə, ideologiyasına, praktikasına sədaqətdən yoğrulur. Ulu Öndərin müasir həqiqətlərə tarixi aspektdən baxması milli kökə sədaqətin, tarixə istinadən reallığı dərk etməyin, “Azərbaycan” şeirini söyləyərkən kövrəlməsi Vətənə olan böyük sevgidən doğan həssaslığın, mədəniyyətin bu sevginin formalaşmasında ötürdüyü emosional təsirin, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi isə milli kimliyin yaratdığı qürurun nümunələridir. Məhz bu ruhda tərbiyə alan Azərbaycan gənci Qarabağı azad etdi”, - deyə M.Vəliyeva bildirib.

O qeyd edib ki, Ulu Öndərin “Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır ”, - fikri yalnız tövsiyə deyil, əməli fəaliyyətin nümunəsidir. Dövlətçilik tərbiyəsi “Torpaqdan pay olmaz ” ənənəsindən başlayır, Vətən sevgisi ilə yoğrulur, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqda tamamlanır. Dövlətçilik tərbiyəsi insan hüquqlarından başlayır, vətəndaş mövqeyindən keçir, mədəniyyət və milli dəyər kontekstində yoğrulur, şəxsiyyət tərbiyəsində tamamlanır.

Bu ruhda tərbiyə alan və yetişən gənclik həmin ideyaların varisi olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, siyasi liderliyi ilə XXI əsrin bütün dünyaya nümunə ola biləcək yeni hərb tarixini yazdı, vətəndaşlıq, dövlətçilik, vətənpərvərlik tərbiyəsinin nəticəsini nümayiş etdirdi, dövlətçilik ənənələrinə sədaqət və onun müasir dövrün çağırışlarına uyğun inkişafı Azərbaycanı bugünkü inkişaf zirvəsinə qaldırdı və nəticədə dövlətçilik ənənələri üzərində qurulmuş siyasi fəaliyyət İlham Əliyevi yeni əsrin böyük siyasi xadiminə çevirdi.

 

“Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının ikinci vacib komponenti milli-mənəvi dəyərlər üzərində qurulan milli kimlik, milli mənlik tərbiyəsidir. Dil, din, adət-ənənə, mədəni dəyərlər bu istiqamətdə tərbiyənin əsasıdır, milli özünüdərk, özünəqayıdış tərbiyəsidir. Azərbaycan dilinin dövlət dili kimi inkişafı istiqamətində qəbul olunmuş qərarlar, mədəniyyətə, incəsənətə ayrılan diqqət və onun inkişafı istiqamətində atılan addımlar kökə, milli dəyərlərə bağlılığın bariz nümunəsidir. “Hər bir Azərbaycan gənci öz dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini yaxşı bilməlidir”, - söyləyən Ulu Öndər azərbaycançılıq ideologiyasının tərbiyə istiqamətində milli dəyərlər konsepsiyasını təqdim edir. Bütün bunlar həm də vətənpərvərlik tərbiyəsinin əsas amillərindəndir.

Konsepsiyanın bir qolu da ailə dəyərləridir: Heydər Əliyevin və onun davamçısı olan İlham Əliyevin önəm verdiyi, şəxsi nümunəsində ailəyə, qadına münasibəti böyük bir məktəbə çevirdiyi dəyər; Hər bir gəncin keçəcəyi və dərs alacağı dəyərlər toplusu olan məktəb.

Konsepsiyanın bir qolu da ekoloji tərbiyədir. “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir”, - deyimi insanların ətraf mühitə olan münasibətini formalaşdırır. Bir ay sonra ölkəmizdə keçiriləcək COP29 tədbiri həm də ümumbəşəri və ekoloji tərbiyə üçün nümunə və zəmindir”, - deyə deputat bildirib.

Milli irsin, milli-mənəvi dəyərlərin qorunmasının və dünyada tanıdılmasının dövlət siyasətinin əsas istiqaməti, azərbaycançılıq ideologiyasının tərkib hissəsi olduğunu diqqətə çatdıran M.Vəliyeva bu gün də gənc nəslin tərbiyəsində azərbaycançılıq ideologiyasının tətbiqinin vacib amil olduğunu və bu amilin hələ də uğurlu şəkildə yüksələn xətlə davam etdirildiyini deyib: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli irsin qorunması, milli abidələrin bərpası, mədəniyyət, təhsil, ekologiya, səhiyyə sahəsində apardığı çoxşaxəli fəaliyyəti həmin sahələrin inkişafına nail olmaqla yanaşı, gənc nəslin milli və bəşəri dəyərlər üzərində tərbiyəsi baxımından real nümunələrdir.

Azərbaycançılıq ideologiyasının əsasında duran ümumbəşəri tərbiyənin nəticəsidir ki, ölkəmiz tolerant, multikultural dəyərlərə malik ölkə kimi tanınır. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, - deyən Ümummilli Liderin siyasəti nəticəsində etnik-mədəni özünəməxsusluğun qorunub saxlanması üçün hüquqi və mənəvi şərtlər təmin olunub. Tarixiliklə müasirliyin vəhdəti, multikultural dəyərlər, tolerantlıq mühiti qorunub inkişaf etdirilib. Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində azərbaycançılıq ideologiyası təkcə siyasi-hüquqi amil kimi deyil, həm də milli-mənəvi gerçəklik kimi aktuallığını qoruyub saxlayır və Prezident İlham Əliyev də hər zaman öz çıxışlarında gənc nəslin milli ruhda tərbiyəsi məsələsini xüsusi vurğulayır. Milli ideologiyamız olan azərbaycançılıq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi kimi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməkdədir. Azərbaycan xalqının Ümummilli Liderinin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi bu gün də dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib. Gənc nəslin bu ruhda və bu əqidədə tərbiyəsi konsepti, xarici təhdidlərdən, antimilli təsirlərdən qoruma ideologiyasıdır.

1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilən Heydər Əliyev oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Tərbiyə isə ilk növbədə nümunədən başlayır.”

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər