31.10.2024 / 21:29
Millət vəkili Tamam Cəfərova Şamaxı rayonunda vətəndaşlarla növbəti qəbul keçirib
Oktyabr ayının 30-da millət vəkili Tamam Cəfərova Şamaxı rayonunda vətəndaşlarla növbəti qəbul keçirib. Vətəndaşları fərdi qaydada qəbul edərək, onların təklif və problemləri müzakirə edilib.
Vətəndaşlar əsasən ailə-məişət problemləri, məşğulluq, təhsil haqqı və sosial məsələlərlə bağlı müraciət ediblər. Müraciətlər diqqətlə dinlənilib və araşdırılması üçün aidiyyəti qurumlara yönləndirilib.
Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması və operativliyin təmin olunması məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini və aidiyyəti qurumların nümayəndələri də qəbulda iştirak ediblər.