BAKU Azərbaycan
27.02 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq. Qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir. Atılan addımların Türk xalqlarına faydalarının nə olacağı və gələcəkdə növbəti mərhələdə hansı məsələlərə nəzər yetiriləcəyi maraq doğurur.

Mövzu ilə bağlı fikirlərini Crossmedia.az-a bildirən Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin qeyd edib ki, bu gün Türk dövlətləri arasında mühüm qərarların alınması və icrası üçün vacib olan əsas siyasi iradənin olmasıdır:

“Artıq bütün Türk dövlətləri siyasi, hüquqi, iqtisadi və mədəni müstəvidə bir birlik formasında konsalidasiyalı şəkildə fəaliyyət göstərirlər. Türk dövlətləri arasında ciddi heç bir fikir ayrılıqları yoxdur, ölkə başçıları arasında səmimi və qarşılıqlı hörmətə dayanan isti münasibətlər var. Ortaq tarixi keçmişimizin olduğu kimi, ortaq gələcəyimizin də bu birlikdən asılı olduğunu artıq bütün Türk xalqları da anlayır. Bu yaxınlarda TDT-nın təkmilləşdirilmiş yeni, ortaq bayrağı da qəbul olundu. Bunun davamı olaraq, ortaq Türk himnin yazılması, hətta bu atributların davamı olaraq, ortaq Türk gerbinin yaradılması da labüddür. İnanırıq ki, bu proseslər ard-arda, həm də çox sürətlə davam edəcəkdir”

İlqar İlkin TDT dövlət başçılarının bu il Şuşada imzaladıqları Şuşa Bəyannaməsinə diqqət çəkərək, bildirib ki, ortaq əlifbanın yaradılması, gələcəkdə ortaq lüğətin hazırlanması kimi vacib məqamlar bizləri vahid Türk milləti kimi yenidən bütövləşdirəcək: 

“Bunlar çox təcili görülməli işlərdir. Artıq bu prosesdə ölkələrimiz arasında bütün institutlar, bütün icra strukturları qarşılıqlı əməkdaşlıq edirlər, hər bir sahədə əməkdaşlıq günü-gündən də dərinləşir. Təbii ki, bu cür əməkdaşlıqları genişləndirən və davamlı edən əsas faktorların başında siyasi iradə ilə yanaşı, həm də iqtisadi əlaqələrin qurulması, region üçün vacib olan ortaq iqtisadi layihələrin həyata keçirilməsidir. TDT Şuşa Bəyannaməsində bu istiqamətdə mühüm qərarlar da alınıb. Ümid edirik ki, yaxın bir neçə il ərzində bu layihələrin hər biri gerçəkləşəcəkdir”.

Qeyd edək ki, bir müddət əvvəl  TDT ölkələrinin ortaq əlifbası da hazırlanıb.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər