BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik”

 

Azərbaycanın Cənubi Qafqazda yerləşməsi və həm Avropa, həm də Asiya bazarlarına yaxın olması, onu strateji cəhətdən əhəmiyyətli bir ölkə halına gətirir. Bu, Qərb dövlətləri üçün həm iqtisadi, həm də geosiyasi maraq doğurur. Lakin Azərbaycanın regional siyasətdə, xüsusən də Rusiya, İran və Türkiyə ilə olan əlaqələri Qərb dövlətlərinin narahatlığını artırır. Azərbaycan, BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda Qərbin təsirindən kənar bir siyasət yürütməyə çalışır. COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq nüfuzunu artırmasına və daha çox strateji rola malik olmasına səbəb ola bilər. Bu isə bəzi Qərb dövlətlərini narahat edir. Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib ki, COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik: “Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi... Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb”.

Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədəki mövqeyi və bu sahədəki siyasətləri də müəyyən narahatlıqlara səbəb ola bilər. Qərb dövlətləri, xüsusən Avropa İttifaqı, iqlim dəyişikliyi ilə mübarizəni öz xarici siyasətlərinin əsas prioritetlərindən birinə çevirmişlər. Azərbaycanın bu sahədə uğurlarına Qərb ölkələri qısqanclıla yanaşırlar. Buna görə də ölkənin bu sahədəki tədqiqatları, karbon emissiyalarını azaltmaq üçün planları və digər təşəbbüslərə bəzən mübahisəli yanaşırlar. Prezident bildirib ki, İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə, deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz idi: “Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb. Müxtəlif Qərb media orqanları bizi “petrostate” adlandırmağa başladı. Halbuki prinsipcə burada pis bir şey yoxdur. Açılışda çıxış edərək dedim ki, əgər bizi XIX əsrdə “petrostate” adlandırsaydılar, - o dövrdə biz dünya neftinin 50 faizini tədarük edirdik, - onda bu, normal olardı. Amma indi təqribən bizim 30 milyon tona qarşı milyard ton neft hasil edən ölkənin, - ABŞ-ı nəzərdə tuturam, - bugünkü feyk xəbərlərində bizi “petrostate” adlandırırlar. Hər gün məqalələrin sayı yəqin ki, minimum 20-dən çox olurdu. Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu. Əlbəttə ki, nəticə əldə etmək çətin idi, çünki biz bu sahədə qlobal aktor deyilik. Qlobal qaz emissiyasında Azərbaycanın payı 0,1 faizdir. Halbuki ABŞ-da bu, 12, Avropa İttifaqında daha çoxdur”. Azərbaycan enerji sahəsində mühüm bir oyunçudur və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ölkənin təcrübəsi və enerji siyasətləri də böyük əhəmiyyət daşıyır. Prezident Əliyev bu məsələdə Azərbaycanın qaz, neft və bərpa olunan enerji mənbələrindən istifadəsi, enerji effektivliyi və ekoloji təmiz texnologiyalarla bağlı öz təcrübəsini paylaşa bilər. Bu, Azərbaycanı ekoloji təmiz texnologiyalar sahəsində daha da tanıdacaq və digər ölkələrlə əməkdaşlığa dair yeni imkanlar yaradacaq.

 İqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin qarşısında ən böyük çətinliklərdən biri maliyyə və texnoloji resursların olmamasıdır. COP29 şərşivəsində bu ölkələrə maliyyə və texnoloji dəstəyin artırılmasına yönəlmiş təkliflər verilib. Bu, Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əlaqələrini daha da möhkəmləndirə bilər və qlobal iqlim siyasətində ölkənin mühüm rolunu vurğulaya bilər. Dövlətimizin başçısı deyib ki, biz iqlim mövzularına illik xərclərin məbləğini razılaşdıra bildik: “Sadəcə, rəsmi rəqəmləri göstərirəm. Ona görə də biz bütün diplomatik təcrübəmizi işə saldıq, ilk növbədə, Qoşulmama Hərəkatında sədrlik təcrübəmizi. Hər halda orada 120 ölkə var. İslam Əməkdaşlıq Təşkilatında fəal üzvlük də körpülər qurmağa və nəticə əldə etməyə kömək edir. Bu, asan olmadı. Amma hər halda biz bu konfransı təsadüfən “Bakı dönüşü” adlandırmırıq, çünki Paris Sazişinin 6-cı maddəsini razılaşdırmaq mümkün oldu. O, 2015-ci ildən müzakirə olunurdu. Yəni, təxminən 10 il karbon bazarları məsələsi razılaşdırılmamışdı. Biz burada - Bakıda buna nail olduq və o, artıq fəaliyyət göstərəcək. Bu, ölkələrə kvotaları satmağa və bununla da qlobal emissiyanı arzuolunan həddə saxlamağa cəhd göstərməyə imkan verəcək. Bəzilərinin uğursuz adlandırdıqları ikinci bənd üzrə, - amma hesab edirəm ki, bu, uğurdur, - biz iqlim mövzularına illik xərclərin məbləğini razılaşdıra bildik. Bu məbləğ 300 milyard dollardır. Məqsəd trilyon idi. Amma aydın idi ki, trilyonu verməyə hazır deyillər”. Azərbaycan, təhsil sahəsində dəstək verir, xüsusilə kiçik ada dövlətlərinin gənclərinə təhsil imkanları yaratmaq məqsədilə təqaüd proqramları təşkil edir və təhsil sahəsində əməkdaşlıq edir. Dövlətlərarası anlaşmalar çərçivəsində Azərbaycanın universitetləri, müxtəlif beynəlxalq təhsil şəbəkələri ilə əməkdaşlıq edir. Texnologiyanın iqlim dəyişikliyi ilə mübarizədəki rolu çox vacibdir. COP29-da yeni təmiz texnologiyaların inkişafı və yayılması üçün maliyyə və texnoloji dəstək mexanizmlərinin gücləndirilməsi müsbət bir nəticə ola bilər. Bura, karbonun çəkilməsi və saxlanılması (CCS) texnologiyaları, təmiz enerji istehsalının innovativ üsulları və ekosistemin bərpası sahəsindəki yeni həllər daxildir.

COP29 təmiz enerji mənbələrinin inkişafını sürətləndirmək üçün yeni strategiyalar və tədbirlər müəyyən edir. Bura günəş enerjisi, külək enerjisi və digər bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunu stimullaşdıran qanunvericilik və təşviq mexanizmlərinin qurulması daxildir. Bu, karbon emissiyalarının azaldılması və enerji istehsalının dayanıqlı şəkildə təmin edilməsi üçün mühüm bir addım ola bilər.

 

Paşazadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər