BAKU Azərbaycan
27.31 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547


Üzərindən 35 il keçsə də, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş verən qanlı hadisə xalqımızın yaddaşında silinməz izlər buraxıb. Dünya tarixinə 20 Yanvar faciəsi kimi düşən bu hadisə Azərbaycanın milli müstəqillik hərəkatında çox böyük rol oynadı və azadlığa gedən yolun qansız-qadasız ötüşmədiyini bir daha təsdiq etdi. Erməni separatizminin baş qaldırmasına və SSRİ rəhbərliyinin məkrli siyasətinə qarşı başlayan xalq hərəkatı sonradan daha geniş vüsət aldı və milli azadlıq hərəkatının güclənməsinə səbəb oldu. Topxana meşəsinin qırılmasına, Qarabağın Ermənistana birləşdirilməsinə etiraz olaraq ayağa qalxan Azərbaycan xalqı bütün dünyaya səs saldı. Bu hərəkatı yatırmaq üçün Kreml azərbaycanlılara qarşı repressiya maşınını yenidən işə saldı. Erməni lobbisinin ruporuna çevrilən Qorbaçovun əmri ilə yanvarın 19-da gecəykən rus ordusu paytaxtımıza – dinc sakinlərin üzərinə yeridildi. Qadınlar, uşaqlar, qocalar aman verilmədən güllədən keçirildilər, qətlə yetirildilər. 20 Yanvar faciəsi xalqımızın azadlıq hərəkatının kulminasiya nöqtəsi oldu”.

 

Bunu "Xeber 7"-ə açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

 

Onun sözlərinə görə, faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Bütün baş verənlər, hərbi cinayətlər xalqımızın mübarizə əzmini qıra bilmədi. Azadlıq mübarizəsini qan içində boğmağa çalışan Sovet imperiyasına qarşı etirazlar daha da gücləndi. Repressiya, kütləvi qətliamlar qarşısında mətinləşən xalqımız bütün dünyaya örnək ola biləcək həmrəylik nümayiş etdirdi. Milyonlarla insan 20 Yanvar faciəsindən sonra da Bakı küçələrində azadlıq şüarı səsləndirdilər. 40 gün meydanlarda gecələyən xalqımız göstərdi ki, bütün dünyanı lərzəyə salan Sovet ordusunun hərbi cinayətləri, repressiyalar mübarizə əzmimizi qıra bilməz. O günlərdə bütün dünya azərbaycanlıları həmrəy oldular, azadlıq hərəkatına dəstək verdilər.  Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.


Azərbaycan xalqı məşum gecədə baş verənləri, azadlıq qurbanlarını hər il yad edir, Şəhidlər xiyabanına gedərək Şəhidləri yad edir, onlara ehtiram göstərir”. 

 

M.Vəliyeva bildirdi ki, 20 Yanvar faciəsinə ən doğru, qətiyyətli qiyməti məhz  o zaman Moskvada olan Ümummilli Lider Heydər Əliyev verdi: “O, mətbuat konfransı keçirərək sovet rəhbərliyinin qanlı cinayətlərini kəskin şəkildə pislədi. Ulu Öndərin  iradəsi, ortaya qoyduğu qətiyyətli mövqeyi xalqa daha da güc verdi. Xalqın qəlbində əbədi sevgi qazanmış Ulu Öndər siyasi iradəsinin nəticəsi olaraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, 1994-cü il martın 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bununla da Ümummilli Lider 20 Yanvar faciəsinə və faciə qurbanlarına münasibətini ortaya qoymuş oldu. 20 Yanvar şəhidlərinin ailələri və əlil olmuş şəxslər bu gün də dövlətin diqqət və qayğısı ilə əhatələnib. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse  - prezident Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlil olmuş şəxslərə hər zaman  xüsusi həssaslıqla yanaşıblar, onların sosial problemlərinin həllinə dəstək olublar. Əminliklə söyləmək olar ki, bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Onların Azərbaycanın azadlığı və bütövlüyü uğurunda apardığı mübarizə qələbə ilə nəticələndi. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik qazandı. Doğrudur, müstəqillikdən az sonra  hakimiyyətdə olanların səriştəsizliyi ucbatından torpaqlarımız ermənilər tərəfindən işğal olundu, bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz öz dədə-baba yurdlarından didərgin düşdülər. Amma 27 il sonra – 2020-ci ilin sentyabrında Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında parlaq qələbə əldə etdi. 2023-cü il sentyabrın 20-də Xankəndiyə Azərbaycanın üçrəngli bayrağını sancan Ordumuz ölkəmizin suverenliyini tam bərpa etdi. Bununla da 35 il öncə xalqımızın – 20 Yanvar faciəsi qurbanlarının arzuları, məqsədləri tam həyata keçiridli. Qazandığımız hər bir uğurun mayasında, özülündə 35 il öncə sovet tanklarının qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı var. 20 Yanvar faciəsi Azərbaycan xalqının milli qürur mənbəyinə, Şəhidlər xiyabanı isə müqəddəs ziyarətgaha çevrilib. Şəhidlər Xiyabanını ziyarət edən hər bir şəxsdə, gənclər və məktəblilərdə milli vətənpərvərlik hissi baş qaldırır. Qəhrəman oğul və qızlarımızın dəfn olunduğu Şəhidlər xiyabanı həm də Vətən sevgisinin doğulduğu beşik kimi bizə əzizdir. 

 20 Yanvar tarixinin  respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilməsi yeniyetmə və gənclərimizdə tarixi yaddaşa, vətənpərvərlik hissinin formalaşmasına böyük təsir göstərir.  Yüz illər keçsə də, öz qanları ilə tarix yazan şəhidlərimizin müqəddəs xatirəsi daim yad ediləcəkdir”.  

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər