BAKU Azərbaycan
27.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Dəfələrlə Ermənistanın və bu məsələdə vasitəçi olan ölkələrin nəzərinə çatdırılmasına baxmayaraq qarşı tərəf öz revanşist hərəkətlərinə son vermirdi. "Biz qalib ölkəyik, ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaq istəmirsə, qoy bunu bizə açıq desinlər ki, biz nə edəcəyimizi bilək. Bizim cavabımız necə olacaq. Bunu indi demək, yəqin ki, yersizdir”, bu fikirləri  Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də bu ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə bildirmişdir.  Bu, öhdəliklərini yerinə yetirmək istəməyən Ermənistan rəhbərliyinə çox konkret, aydın mesaj idi.  2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanatın konkret bəndindən gedir. "Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir", - məlumatda deyilir. Bu bəyanatın imzalanmasından 20 aydan çox vaxt keçir və bu müddət ərzində biz dəfələrlə Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ordusuna qarşı təxribatlarının şahidi olmuşuq. Dəfələrlə belə təxribatların qarşısının alan Azərbaycan indi “Qisas” əməliyyatı ilə göstərdi ki, istənilən vaxt, istənilən yerdə düşmənə zərbə endirə bilər.
 Biz görürük ki, 10 Noyabr Bəyanatının imzalanmasından keçən dövr ərzində  bir çox bəndlər yerinə yetirilməmiş qalır. “sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi”,  “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən 5 km enində yeni yolun inşası və rus hərbi kontingentinin oraya köçürülməsi” bəndləri reallaşmayıb.  Azərbaycan tərəfi yolun inşasını demək olar, başa çatdırıb. Ancaq nə ermənilər həmin ərazilərdən çıxmayıblar,  nə də rus hərbçiləri Laçın dəhlizindən çəkilməyiblər. 
Eləcə də, “Daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qaytarılması” bəndi. Bu istiqamətdə də heç bir iş görülməyib və əksinə,  ermənilər məhz Xocalı ərazisində möhkəmlənməkdə,  nələrsə tikməkdədirlər. Nəhayət, “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat” bəndi. Yəni, Zəngəzur dəhlizi məsələsi. Heç bir irəliləyiş yoxdur və Ermənistan öhdəliyini yerinə yetirməyə hazırlaşmır.
Beləcə , biz görürük ki,  əksər bəndlər yerinə yetirilməyib, ya da yarımçıq yerinə yetirilib. O da Azərbaycan tərəfinin misli görünməmiş təzyiqləri və prinsipiallığı, qətiyyərti sayəsində baş verir. Ermənistan bir tərəfdən hərbi təxribat törədir, digər tərəfdən isə sözdə “sülh” istəkləri ilə bağlı bəyanatlar veir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri intensiv atəşə tutulub, nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bu qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir.  Eyni zamanda, Ermənistan bu hərbi təxribatları ilə  beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir. 
 Azərbaycan dövləti, rəşadətli ordusu ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün bundan sonra da davam etdiriləcəkdir. Üzərinə düşən öhdəliklərini yerinə yetirmək əvəzinə, Ermənistan XİN-in Azərbaycan tərəfini əsassız şəkildə ittiham edən  bəyanat yayır.  
  Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.
 
Azərbaycanı “aqressiv fəaliyyətdə” ittiham edən Ermənistan hərbi birləşmələri 30 ilə bizim tarixi torpaqlarımızı işğal etmiş bu ərazilərdə vandalizm aktı törətmişdir.  Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Müdafiə Nazirliyinin də bəyan etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaqdır. Bu isə ədalətli cəzadır.

Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər