BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 Son illər ölkəmizin qazandığı uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalini sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.

9 aprel 2025-ci ildə ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Ölkə başçımız İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən geniş söhbət açıb.

ADA Universitetinin va Beynəlxalq Münasibatlərin Təhlili Markəzinin birgə təşkilatçılıǧı ila "Yeni dünya nizamına doǧru" mövzusunda keçirilən sayca 7-ci ADA Siyasi Forumunda 44 ölkədən 80-dan çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak etdilər. Sayca 7-ci olan bu forum Azərbaycanda hər il keçirilir. Konfransların hamısında beynəlxalq ekspertlər va beyin mərkəzləri qlobal dünyanı narahat edan məsələləri müzakirə edib, təklif və rəylərini səsləndiriblər. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn ekspertlər, beyin mərkəzləri Azərbaycan həqiqətləri ilə yaxından tanış olmuşlar. Hər dəfə konfrans iştirakçıları işğaldan azad olunmuş hansısa şəhər və ya rayonumuza səfər edirlər. Bu da erməni vandalizminin dünyaya tanıdılması istiqamətində təqdirəlayiq addım hesab olunur. Forumların ölkəmizdə keçirilməsi həm də Azərbaycanın dünyaya təqdimatıdır. Çünki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müəyyən bir dövr ərzində iri platformalara çıxışının olmaması və ya çıxışının qəsdən məhdudlaşdırılması ciddi fəsadlara yol açmışdı. Lakin cənab prezident İlham Əliyev artıq elə bir geosiyasi reallıqlara nail olub ki, Azərbaycan nəinki qlobal arenaya çıxış imkanını təmin edib, üstəlik özü belə platformanın təşkilatçısıdır. Belə forumlara Bakının ev sahibliyi etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın dünyadakı nüfuzunu artırır və ümumiyyətlə, bir dövlət kimi dünya siyasətindəki rolunu daha qabarıq göstərir.

Ölkə rəhbəri bu beynəlxalq iqlim sessiyasında respublikamızın səyi ilə digər mühüm bir uğura – karbon bazarının funksional edilməsi ilə bağlı razılığa gəlinməsinə də imza atıldığını diqqətə çatdırıb. Azərbaycan lideri daha sonra deyib: “Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımıza qoyduğumuz vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a evsahibliyi etmək, – yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik, bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Biz səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördük. Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib”.

Yeri gəlmişkən, BMT-nin 29-cu iqlim sessiyasının bağlanış plenar iclasının gərgin keçməsi, lakin uzun müzakirələrin sonunda uğurlu razılaşmanın əldə edilməsi iqlim dəyişikliyi ilə mübarizə tarixinə qızıl hərflərlə yazıldı. Beynəlxalq liderlər, diplomatlar və iqlim mütəxəssislərinin saatlarla davam edən danışıqlarının yekununda iki qütb – inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinin əsası qoyuldu. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri – təbii fəlakətlərin zərərinin azaldılması, bərpaolunan enerji keçidinin dəstəklənməsi və yoxsulluğun azaldılması məqsədilə hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırması öhdəliyi götürməsi qərara alındı.

Azərbaycan bu gün regionda “yaşıl” enerji lideri kimi, bir sıra dövlətlərlə sıx əməkdaşlıq edir. Onlardan biri də Çindir. Prezident İlham Əliyevin forumda respublikamızın bu ölkə şirkətləri ilə sözügedən istiqamətdə fəal əməkdaşlıq qurması barədə fikirləri də diqqət çəkir: “Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə “yaşıl” enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik. Onların şirkətləri “yaşıl” ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri də Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda, biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə “yaşıl” enerji sahəsinə yatırımlar qoyulsun”.

Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb.

İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib.

Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlətimizin başçısının tapşırığına əsasən, işğaldan azad olunan ərazilərdə “Yaşıl enerji zonası”nın yaradılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahəsində 2 ölkə arasında böyük əməkdaşlıq potensialı mövcuddur və Azərbaycan bu sahəyə də çinli investorları dəvət edib.

Almaz Həsrət,

Azərbaycan Respublikasının Əməkdar müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru

Son xəbərlər

QHT “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Binəqədidə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib

“Azərbaycan-Türkiyə Nəqliyyat və Kommunikasiya əlaqələri: dünəni, bu günü və sabahı” adlı elmi seminar

Mirzə Ələkbər Sabir Fondu media və reklamlarda dili pozuntularını monitorinq edəcək

Leninoqorskdakı “BİRLİK” təşkilatı Qələbənin 80-ci ildönümü şərəfinə veteranları təbrik edib

“İnsanlar orqan ticarətinin qurbanına çevrilirlər” - Ramil Əliyev

Alman faşizmi üzərində Qələbənin 80 illiyinə həsr olunmuş kitab təqdim edildi

Azərbaycan Universitetinin prorektoru Yusif Qasımovun monoqrafiyası “Taylor & Francis” nəşriyyatında çap olunub

“Münasibətlər növbəti dəfə ciddi sınaq qarşısındadır”- MÜNASİBƏT BİLDİRİLDİ

Qidalanma və Qida Təhlükəsizliyi Forumu uğurla keçirildi

Almaniyadakı azərbaycanlılar Vuppertalda görüşüb

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”

Ədalət Partiyası bəyanat yayıb

Prezident İlham Əliyev: “Məramımız, məqsədimiz birdir…”

Azərbaycan Orta Dəhliz vasitəsilə ticarətini sürətləndirir

Qlobal iqtisadi inteqrasiyanı gücləndirən SƏFƏR...

“İşığın izində” – Fatimə Ömərovanın ilk fərdi yaradıcılıq sərgisi keçirildi

Yazıçı Eluca Atalının yaradıcılıq gecəsi keçirildi

Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Ölkə QHT-lərinin beynəlxalq əməkdaşlığı yeni müstəvidə

Müqəddəs vəzifə

Sumqayıtda Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirildi

Azərbayzan-Çin münasibətlərinin inkişafına sanballı töhfə

İlk azərbaycanlı professor-pediatrın yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir

Jurnalist Əkbər Həsənovun qeydləri

Şəhid Rəşad Zeynallının doğum günü qeyd edildi – FOTOLAR

Əli Kərimlinin çıxışlarında polisi ittiham etməsinin arxasında 5-ci kolon dayanır

Bütün xəbərlər