BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 

Prezident İlham Əliyev: “İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur”

 Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və qarşılıqlı maraqlara əsaslanır. Bu münasibətlər siyasi, iqtisadi, mədəni və enerji sahələrində əməkdaşlıqla dərinləşməkdədir. Xüsusilə də “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolu, ölkənin geostrateji mövqeyi və nəqliyyat-logistika imkanları bu tərəfdaşlığın əhəmiyyətini artırır. Azərbaycan bu təşəbbüsə dəstək verir və onunla bağlı layihələrdə iştirak edir. Bu təşəbbüs Çinlə Avropa arasında ticarət və infrastruktur əlaqələrinin inkişafını nəzərdə tutur. Prezident İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibədə 2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu xatırladıb: “Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək.

Birlikdə bəyan etdik ki, strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq”. Bu fundamental prinsiplər beynəlxalq münasibətlərdə etibarlı və uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir. Hər iki ölkə bir-birinin suverenliyinə, daxili işlərinə qarışmamaq prinsipinə və milli maraqlarına hörmət edir. Tərəflər münasibətlərdə güc və ya iqtisadi üstünlük prinsipinə deyil, bərabər tərəfdaşlıq ruhuna əsaslanır. Siyasi və iqtisadi münasibətlərdə qarşılıqlı güvən formalaşdırılır, bu da strateji planlamaya şərait yaradır. Beynəlxalq təşkilatlarda və ikitərəfli məsələlərdə bir-birinə siyasi dəstək göstərilir (məsələn, ərazi bütövlüyünün tanınması). Hər iki tərəf əməkdaşlıqdan real iqtisadi və sosial dividendlər əldə etməyə çalışır. Enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və təhsil sahələrində aktiv əməkdaşlıq nəzərdə tutulur. Bu prinsiplər əsasında qurulan münasibətlər təkcə hökumətlərarası deyil, həm də xalq diplomatiyası, ticarət əlaqələri, mədəniyyət və təhsil mübadiləsi kimi sahələrdə də inkişaf etdirilir.

Ölkə başçısının qeyd etdiyi sənəd iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini rəsmi şəkildə təsdiqləyir və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsini nəzərdə tutur. Birgə Bəyannamənin əsas məqsədlərindən biri iki ölkə arasında trateji əməkdaşlığın qurulmasıdır. Bu status münasibətlərin sadəcə diplomatik və iqtisadi çərçivədən çıxaraq daha geniş – təhlükəsizlik, enerji, nəqliyyat, texnologiya və digər sahələri əhatə etməsi deməkdir.

İki ölkə arasında regional təhlükəsizlik və sabitlik məsələlərində qarşılıqlı dəstək məsələsi də diqqətdə saxlanılır. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və qarşılıqlı dəstək ifadə edir. Enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Xəzər bölgəsində enerji resurslarının Çinə nəqli, habelə Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı burada önəmli yer tutur. Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir və Xəzər regionunda mühüm enerji oyunçusudur. Çin isə sürətlə artan iqtisadiyyatı ilə enerji ehtiyatlarına böyük tələbat duyur. Bu baxımdan, Azərbaycan Çin üçün alternativ və etibarlı enerji mənbəyi ola bilər. Çinin "Enerji təhlükəsizliyi" strategiyasında bu cür mənbələr xüsusi yer tutur. SOCAR və Çin Milli Neft Korporasiyası (CNPC) arasında əməkdaşlıq imkanları genişlənməkdədir.

Qeyd edək ki,  Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) də Çinlə Avropanı birləşdirən ən qısa və təhlükəsiz quru yoludur. Azərbaycan bu dəhlizin əsas iştirakçılarındandır — Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası bu istiqamətdə strateji obyektlərdir. Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bu dəhlizə böyük maraq göstərir. Bu isə Azərbaycanı mühüm tranzit ölkəyə çevirir. Bu nəqliyyat dəhlizi həm də logistika, ticarət və sənaye əməkdaşlığı üçün yeni imkanlar açır. Cənab Prezident müsahibdə bildirib ki, iki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur: “Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq. ÇXR-ə səfərim ərəfəsində Bakıda Komissiyanın 10-cu iclasının keçirilməsi planlaşdırılır.

 Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb”. Azərbaycan və Çin arasında iqtisadi-ticari əməkdaşlıq artmaqdadır, lakin bu münasibətlərdə hələ də tam istifadə olunmayan böyük potensial var. Bu, həm təhlil baxımından maraqlıdır, həm də gələcək planlamalar üçün vacib istiqamətdir.

Ticarət dövriyyəsi son illərdə artmaqdadır, əsasən neft məhsulları, kimya sənayesi malları və kənd təsərrüfatı məhsulları üzrə. Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi və Azərbaycanda Çin Ticarət Evi iki ölkə arasında ticarətin təşviqi baxımından mühüm addımlardır. "Made in Azerbaijan" brendinin Çində tanıdılması üçün sərgilər və yarmarkalar təşkil olunur. Ticarət balansı hələ də bir qədər qeyri-bərabərdir – Çin Azərbaycanın daha çox idxal etdiyi ölkələrdən biridir, amma Azərbaycan Çinə ixracını artırmaqda çətinlik çəkir.

Birgə sənaye parkları və sərmayə layihələri həyata keçirmək mümkündür. Çin şirkətləri Azərbaycanda daha genişmiqyaslı investisiya layihələrində iştirak edə bilər. Texnologiya və rəqəmsal inkişaf sahəsində əməkdaşlıq hələ ilkin mərhələdədir, amma potensial böyükdür. Azərbaycan üçün əsas hədəf bu əməkdaşlığı daha da şaxələndirmək, Çin üçün isə Cənubi Qafqazda etibarlı tərəfdaşla dərin iqtisadi əlaqələr qurmaqdır. Bu isə yalnız dövlətlərarası səviyyədə deyil, biznesdən-biznesə (B2B) və xalqdan-xalqa (people-to-people) münasibətlərin gücləndirilməsi ilə mümkündür.

Paşazadə  Kamal Çingiz oğlu 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər