BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur.

Tarixin bir çox mərhələsində Macarıstan Azərbaycanla siyasi, elmi-mədəni proseslərdə ortaq mövqe sərgiləyərək etibarlı dost kimi sadiqliyini nümayiş etdirib. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin Macarıstanla əməkdaşlığa xüsusi önəm verməsi, diplomatik münasibətlərin yaxın tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi rəsmi Budapeşti etibarlı müttəfiqə çevirib.

Hər zaman müstəqillik və suverenlik prinsiplərindən çıxış edən ölkələrimiz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Azərbaycanla Macarıstanın münasibətləri isə həm dövlət maraqlarına, həm cəmiyyətlərin qarşılıqlı rəğbətinə, həm də tarixə bağlıdır. Türk kökənliyi iki ölkəni və xalqı bir araya gətirən ən etibarlı bağdır. Azərbaycan getdikcə qlobal güc mərkəzlərindən birinə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının (TDT) əsasının qoyulmasında mühüm rol oynayan dövlətlərdən biridir və hazırda da qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Cənab İlham Əliyevin Macarıstana davamlı xarakter alan səfərləri, eləcə də, Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfərləri əməkdaşlığın dinamikasını və siyasi ruhunu daha da gücləndirib, əsl dostluq platforması formalaşdırıb. Təsadüfi deyil ki, V.Orban Azərbaycanı öz doğma Vətəni adlandırır. Eləcə də Cənab İlham Əliyev Macarıstanı öz doğma evimiz hesab etdiyini bildirir. İlk dəfə olaraq Türk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi Zirvə görüşünün Macarıstanda keçirilməsi isə bu ölkənin Türk ailəsinin bir parçası, ayrılmaz tərəfdaşı olmasını göstərir. Bu təşkilata tamhüquqlu üzv olmasa da, Macarıstan Türk dövlətləri üçün eyni strateji dost və qardaş ölkədir, bütün məsələlərdə onlarla həmrəydir.

Macarıstanın bu ailədə öz layiqli yerini tutmasında, daha aktiv iştirakçıya çevrilməsində Azərbaycanın liderliyi isə diqqətdən qaça bilməz. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı olan Azərbaycan ilk Zirvə toplantısını ötən il Şuşa şəhərində təşkil etməklə xoş ənənənin əsasını qoyub və bu mütərəqqi modeli Şərqi-Avropa regionuna gətirir. Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi Şuşa Zirvəsindən sonra estafetin Macarıstana verilməsi alqışlanmalıdır. Bu, bir daha onu göstərir ki, Macarıstan öz milli ənənələrinə, tarixi köklərinə bağlı olan dövlət kimi Türk dünyasının, Azərbaycanın daimi sadiq tərəfdaşıdır, Şuşadan sonra mötəbər toplantının ona həvalə edilməsi də təsadüfi deyil.

Azərbaycan–Macarıstan münasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır. İki ölkə arasında yüksəksəviyyəli səfərlər münasibətlərin inkişafına təkan verib.  Azərbaycan ilə Macarıstan strateji dialoqu davam etdirmək, ticarət, investisiya, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Prezident cənab İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Azərbaycanla Macarıstan emerji sahəsində də fəal əməkdaşlıq edir. Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ölkəmizin Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə biləcəyini söyləyərək vurğulayıb: “Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək.

Macarıstan davamlı olaraq Türk Dünyasının birgə layihələrində yaxından təmsil olunmaqla faktiki olaraq Türk dövlətlərinin ortaq maraqlarını ifadə edir, Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv olmasına baxmayaraq, birgə layihələrdə təmsil olunub, özünü Türkdilli ölkələrin ailəsində hesab edərək regional layihələrdə iştirak edir. Türk dünyasının ortaq layihəsi olan Orta Dəhlizdə yer almaq üçün fəallığını artırır.

Mönsüm ALIŞOV

Pedaqoji elmlər doktoru, professor

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər