BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir”

 

Artıq türk dövlətləri Avropada öz həmrəyliyini nümayiş etdirirlər. Mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bunun bariz nümunəsidir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı mühüm əhəmiyyət kəsb edir. Belə ki, Türk dünyasının birliyinin gücləndirilməsi məsləəsini önə çəkən Prezident İlham Əliyev çıxışında Türk dünyasının birliyinin və TDT-nin gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu vurğulamışdır. O, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsinin və təşkilatın siyasi, iqtisadi və hərbi qüdrətinin artırılmasının vacibliyini qeyd etmişdir: “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. 

Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.

Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur”.

Bu gün TDT-nin geosiyasi əhəmiyyət və əməkdaşlıq perspektivləri gündəmdədir. Macarıstanın Baş naziri Viktor Orban, TDT-nin Qərb ilə Şərq arasında əməkdaşlıq üçün vacib bir təşkilat olduğunu bildirmiş və Prezident İlham Əliyevə regionda sülh şəraitində yaşamaq imkanı yaratdığı üçün təşəkkür etmişdir.

Hazırda Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) üzv ölkələr arasında ən fəal və təşəbbüskar dövlətlərdən biri kimi çıxış edir. Azərbaycan TDT-nin (əvvəlki Türk Şurasının)yaradılmasında əsas rol oynamış ölkələrdən biridir. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə təşkilatın təsis olunması Azərbaycan torpağında baş verməsi baxımından simvolik əhəmiyyət daşıyır. Bu fakt Azərbaycanın Türk dünyasında birlik və əməkdaşlıq ideyasına verdiyi strateji dəstəyi göstərir. Prezident İlham Əliyev təşkilatın Zirvə görüşlərində və digər tədbirlərində davamlı və fəal şəkildə iştirak edir, çoxsaylı mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycan beynəlxalq platformalarda Türk dünyasının maraqlarını müdafiə edən fəal üzv kimi tanınır. Qarabağ müharibəsindən sonra Türk dövlətlərinin Azərbaycana verdiyi siyasi dəstək və Şuşa Zirvəsi, Azərbaycanın TDT daxilində geosiyasi və mənəvi liderliyini daha da gücləndirdi. 2023-cü ildə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın simvolik və real gücünün göstəricisi idi. Azərbaycan ortaq türk irsinin qorunması və təbliği, təhsil və elm sahəsində əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görür. Bakı və Şuşa şəhərləri TDT-nin mədəniyyət paytaxtları elan olunmuş, burada bir çox beynəlxalq tədbirlər təşkil edilmişdir.

Həmçinin Azərbaycan TDT çərçivəsində qurumların gücləndirilməsinə hüquqi çərçivələrin formalaşdırılmasına və əməkdaşlıq mexanizmlərinin yaradılmasına dair layihələrə aktiv şəkildə qoşulur. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu liderlik, təşəbbüskarlıq və strateji baxışla xarakterizə olunur. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni sahələrdə Azərbaycanın fəallığı, TDT-nin daha səmərəli və inteqrasiya olunmuş təşkilata çevrilməsində mühüm rol oynayır. Azərbaycanın bu təşəbbüskar mövqeyi həm də Türk birliyinin davamlılığının və gələcəyinin təminatçısı kimi dəyərləndirilir.

Prezident İlham Əliyev Budapeştdə çıxışında TDT ölkələrinin zəngin təbii resurslara və müasir nəqliyyat infrastrukturuna malik olduğunu qeyd etmişdir. O, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulamışdır: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.

Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir”. Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq son illərdə Türk Dövlətləri Təşkilatının (TDT) əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Coğrafi baxımdan strateji mövqe tutan bu ölkələr Asiya ilə Avropa arasında körpü rolu oynayır və bu, nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır.

Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə və Avropa xətti üzrə uzanır. Bu dəhliz Türk dövlətlərini birlvməşdirir və Çin–Avropa ticarətinin mühüm altertenativ yoludur. Azərbaycan bu marşrutda əsas tranzit və logistika mərkəzlərindən biri kimi çıxış edir (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, BTQ dəmir yolu, Ələt Azad İqtisadi Zonası və s.).

Türk dünyası üçün əhəmiyyətli olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında qurulmuşdur, lakin Orta Asiya və Türk dövlətləri üçün Avropaya çıxış baxımından əsas dəhlizdir. BTQ vasitəsilə Mərkəzi Asiyadan Avropaya yükdaşımalar mümkün olur.

Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Zəngəzur dəhlizi Naxçıvanla quru əlaqəsinin bərpası və Türkiyə ilə birbaşa dəmir yolu bağlantısının qurulması məqsədi daşıyır.

Eyni zamanda, bu dəhliz Türk dünyasının inteqrasiyasını gücləndirən strateji arteriyadır.

TDT çərçivəsində nəqliyyat nazirlərinin görüşləri keçirilir, birləşmiş nəqliyyat şəbəkəsinin formalaşdırılması, vahid tarif siyasəti, rəqəmsal gömrük və nəqliyyat sənədlərinin uyğunlaşdırılması istiqamətində razılaşmalar əldə olunur. Bu tədbirlər daşımaların səmərəliliyini artırmaq və maliyyətləri azaltmaq məqsədi daşıyır.

Türk dövlətləri arasında birgə avia marşrutlar və hava nəqliyyatının liberallaşdırılması məsələləri gündəmdədir. Bu sahədə əməkdaşlıq turizm, biznes və humanitar əlaqələrin inkişafına da xidmət edir. Azərbaycan bütün bu layihələrdə tranzit ölkə, logistika qovşağı, nəqliyyat təşəbbüskarı kimi çıxış edir. Azərbaycan həmçinin nəqliyyat sahəsində rəqəmsallaşma, yaşıl logistik həllər və multimodal daşımalar üzrə yenilikçi addımlar atır.

Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq iqtisadi inteqrasiyanın təməl sütunlarından biridir. Bu əməkdaşlıq sayəsində Türk dünyası daha dayanıqlı, sürətli və müasir logistik şəbəkəyə sahib olur və bu da regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Azərbaycanın təşəbbüsləri və strateji mövqeyi bu prosesdə mərkəzi rol oynayır.

 

 

Paşazadə  Kamal Çingiz oğlu 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər