BAKU Azərbaycan
27.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malikdir

15 İyun Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən bir gündür. Bu gün Milli Qurtuluş Günü kimi qeyd olunur və xalqın iradəsi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. Bu dönüş Azərbaycan dövlətçiliyinin qorunması və müstəqilliyin möhkəmləndirilməsi baxımından həlledici rol oynamışdır.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, ilk illərdə ciddi siyasi və iqtisadi böhranlarla, vətəndaş qarşıdurması və xarici təhlükələrlə üz-üzə qalmışdı. 1992–1993-cü illərdə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü ölkədəki vəziyyəti sabitləşdirə bilməmişdi. Qarabağda ağır məğlubiyyətlər, Gəncə hadisələri və digər siyasi ixtilaflar ölkəni parçalanma həddinə gətirib çıxarmışdı. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir kritik məqamda xalqın və ziyalıların təkidli çağırışları ilə Heydər Əliyev 1993-cü ilin iyununda Bakıya dəvət edildi. O zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev, 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu tarixi dönüş ölkənin siyasi həyatında dönüş nöqtəsi oldu. O günləri Ulu Öndər Heydər Əliyev belə xatırlayırdı: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Heydər Əliyevin Azərbaycan siyasətinə qayıdışı və onun ölkəni sabitliyə aparan ilk addımları müasir Azərbaycanın formalaşmasında həlledici rol oynamışdır. Bu mərhələ xüsusilə 1993-cü ildən başlayır və dövlətçiliyin bərpası, vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınması və iqtisadi-siyasi sabitliyin yaradılması ilə xarakterizə olunur. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə daxili sabitlik təmin olundu, vətəndaş qarşıdurması dayandırıldı. Konstitusiya quruluşu bərpa edildi. Ordu quruculuğu və dövlətçiliyin əsasları qoyuldu. Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, neft strategiyası formalaşdı. Və ən əsası, xalqın gələcəyə inamı bərpa olundu.

Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 15 İyun – Milli Qurtuluş Günü kimi rəsmi bayram statusu almış və hər il qeyd olunur. 15 İyun təkcə bir tarix deyil, Azərbaycan xalqının yenidən ayağa qalxmasının, dövlətçiliyimizin xilasının və gələcəyə aparan yolun başlanğıcıdır. Bu gün, Ulu Öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanın parçalanmaqdan xilas olduğu, sabitlik və inkişaf yoluna qədəm qoyduğu gündür.

Müasir Azərbaycan artıq yalnız qurtuluşun deyil, quruculuğun, inkişafın, yenilənmənin simvoluna çevrilmişdir. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün qeyri-neft sektorunun inkişafı ilə tamamlanır, regional layihələrdə liderlik mövqeyimiz güclənir, ordu və təhsil sahələrində beynəlxalq standartlara uyğun nəticələr əldə olunur.

Bu gün “Qurtuluş” sözünün arxasında təkcə bir xilas yox, bir ideya, bir dövlətçilik fəlsəfəsi, bir liderlik məktəbi dayanır. Qurtuluşun müasir sədaları bu gün hər bir Azərbaycan vətəndaşının uğurunda, sabahına olan inamında, dövlətinə olan sevgisində əks olunur. 15 İyun – bu gün təkcə xilasın yox, həm də qalibiyyətin, sabitliyin və inkişafın təntənəsidir. Bu sədalar Azərbaycan tarixinin ən şərəfli notlarıdır və xalqımız bu gün də o melodiyanı böyük fəxrlə yaşadır: Qurtuluşdan Zəfərə, Qurtuluşa Doğru! 1993-cü ilin gərgin iyun günlərində Azərbaycan uçurumun kənarında dayanmışdı. Daxili qarşıdurmalar, iqtisadi tənəzzül və siyasi böhran ölkənin gələcəyini sual altına qoymuşdu. Amma o vaxt xalqın səsinə səs verən, tarixin çağırışına cavab verən bir lider vardı – Ulu Öndər Heydər Əliyev.

 Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malikdir. Onun əsasını qoyduğu siyasi xəttin sonrakı illərdə ardıcıl şəkildə davam etdirilməsi ölkənin sabitliyinin, iqtisadi inkişafının və beynəlxalq nüfuzunun möhkəmlənməsini təmin etmişdir. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı nəticəsində Azərbaycan bu gün müstəqil və güclü dövlətdir. Ərazi bütövlüyünü təmin etmişdir. Güclü orduya və iqtisadiyyata malikdir. Regionun lider dövlətlərindən biridir. Bu davamlılıq milli birliyin və siyasi uzaqgörənliyin real nəticəsidir.

 

3735

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər