BAKU Azərbaycan
29.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Nasionalnaya oborona” jurnalının baş redaktoru, ekspert İqor Korotçenko hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə görüşündə Cənubi Qafqaz problemləri müzakirə ediləcək. Ekspert AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə danışıb.Görüşdə Qarabağda vəziyyət müzakirə ediləcəkmi? Ekspert bu sualın cavabında deyib: “Şübhəsiz. Bu, Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülmüş “3+3” platforması konsepsiyasının praktiki olaraq həyata keçirilməsi deməkdir. Rusiya bu təklifi dəstəkləyib. Türkiyə Azərbaycanın tərəfdaşı və müttəfiqi olaraq, həmin görüşdə istənilən məsələləri qaldırmağa haqlıdır. Rusiya da Azərbaycanın tərəfdaşı və müttəfiqidir. Hesab edirəm ki, bu vəziyyətdə də biz ortaq dil və ortaq yanaşmalar tapacağıq. Rusiya regionda vəziyyətin dinc yolla, sabit inkişafında maraqlıdır. Prezident Vladimir Putin “Şimal-Cənub” multimodal nəqliyyat dəhlizinin əhəmiyyətini dəfələrlə vurğulayıb. Azərbaycandan keçən bu dəhliz həm ixrac, həm də idxal əməliyyatları üzrə normal yük axınını təmin etməyə imkan verəcək. Mənim fikrimcə, ümumi yanaşmaların formalaşması Rusiya ilə Türkiyə arasında hələ qalan fikir ayrılıqlarından üstün olacaq”.Yeni dünya nizamında - qloballaşmanın aradan qalxdığı, yeni geosiyasi ittifaqların gündəliyə gəldiyi şəraitdə tamdəyərli Rusiya—Türkiyə strateji ittifaqının formalaşması zamanın tələblərinə cavabdır. İ.Korotçenko deyib: “Rusiya ilə türk dünyasını savaşdırmaq istəyənlər çoxdur. Biz belə təşəbbüslərdə marağı olanları yaxşı tanıyırıq – ABŞ-dakı qüdrətli erməni lobbisi satqın konqresmenlərin əli ilə anti-Azərbaycan və antitürk təşəbbüslər formalaşdırır. Belə qeyri-obyektiv yanaşmadan Rusiya da zərər çəkir. Buna görə də biz ortaq hədəflərimizi, məqsədlərimizi yaxınlaşdırmalı və Soçi görüşündə haqqında söhbət gedəcək təşəbbüsləri reallaşdırmalıyıq”.

Ekspertin sözlərinə görə, Türkiyə Cənub Qaz Dəhlizi ilə karbohidrogenlərin dünya bazarlarına çıxarılmasında əsas aktordur. O deyib: “TANAP boru kəməri Türkiyə ərazisindən keçir. Ona görə Ankara güclü enerji habına çevrilməkdə maraqlıdır. Bundan əlavə, bizi iki qaz kəməri xətti (“Türk axını”- red.) bağlayır, biz Akkuyuda atom elektrik stansiyası tikirik. Praqmatik tərəfdaşlıq çərçivəsində biz geosiyasi alyans yaratmaqla öz münasibətlərimizi yeni strateji səviyyəyə çatdıra bilərik, bu alyans çərçivəsində dəyişməkdə olan yeni dünyada öz yerimizi qoruyacağıq”.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər