BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar”

 2025-ci il 22 avqust tarixində Türkmənistanın Avaza şəhərində Türkmənistan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında keçirilən yüksək səviyyəli üçtərəfli görüş mühüm tarixi hadisə kimi yadda qaldı. Görüşün yekunlarına dair çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev, həm regional əməkdaşlıq, həm də xalqlar arasında qardaşlıq münasibətlərinin gələcəyinə dair dərin və əlamətdar fikirlər səsləndirdi. Prezidentin bəyanatı təkcə siyasi əməkdaşlığın deyil, eyni zamanda ortaq tarix, mədəniyyət və mənəvi bağlar üzərində qurulmuş möhkəm dostluğun təzahürü kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev Avaza şəhərinə bu səfərinin ikinci olduğunu qeyd edərək, burada baş verən inkişafın göz önündə olduğunu vurğuladı. Onun sözlərinə görə, şəhərin sürətli inkişafı və abadlığı, Türkmənistanın ümumi tərəqqisinin bir nümunəsidir. Xüsusilə Qurbanqulu Məlikquliyeviç Berdımuhamedovun müdrik rəhbərliyi altında ölkənin dinamik şəkildə inkişaf etdiyi vurğulanaraq, bu prosesin ölkənin müxtəlif bölgələrini əhatə etdiyi bildirildi.

Prezident Əliyev qeyd etdi ki, “ölkə etibarlı əllərdədir”, bu isə təkcə iqtisadi inkişafın deyil, siyasi sabitliyin, milli birlik və rifahın da göstəricisidir. Avazadakı infrastruktur layihələri, yeni salınan şəhərlər və müasir urbanizasiya təşəbbüsləri, Türkmənistanın regionda dayanıqlı inkişaf modeli kimi çıxış etdiyini göstərir.

Tədbir zamanı imzalanan sənədlər sırasında xüsusi diqqət çəkən hadisə Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması haqqında sənəd oldu. Bu sənəd simvolik anlam daşıyır. Qardaşlaşma təkcə iki şəhər arasında əməkdaşlıq deyil, əslində iki xalq arasında qardaşlığın, birliyin, ortaq gələcəyə olan inamın təsdiqidir.

Füzuli – Azərbaycanın işğaldan azad olunmuş bölgələrindən biri olaraq, son illər ərzində bərpa və yenidənqurma işlərinin mərkəzinə çevrilib. Arxadağ isə Türkmənistanın yeni və müasir şəhəri olaraq, innovasiyaların və milli intellektual potensialın təcəssümüdür. Bu iki şəhərin qardaşlaşması, keçmişlə gələcəyin, zəfərlə quruculuğun vəhdətini ifadə edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycan və Türkmənistan xalqlarının əsrlər boyu bir ailə, bir toplum kimi yaşadığını xatırlatdı. “Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar” fikri, bu münasibətlərin sadəcə diplomatik deyil, mənəvi və tarixi əsaslara söykəndiyini bir daha göstərir. Bu gün isə həmin qardaşlıq müstəqil dövlətlər arasında strateji tərəfdaşlığa çevrilib. Siyasi əməkdaşlıq, energetika, nəqliyyat, ticarət və humanitar sahələrdə həyata keçirilən layihələr bu əməkdaşlığın praktiki nəticələrini ortaya qoyur. Eyni zamanda, mədəni əlaqələrin inkişafı, ortaq türk irsinin qorunması və təşviqi sahəsində birgə fəaliyyətlər xalqlar arasında bağların daha da güclənməsinə xidmət edir.

Avaza görüşü həm də Türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Türkmənistan və Özbəkistan kimi türk dövlətlərinin yüksək səviyyəli görüşləri, yalnız ikitərəfli münasibətlərin deyil, ümumtürk inteqrasiyasının təməl daşlarını möhkəmləndirir.

Prezident Əliyevin vurğuladığı kimi, “bu ənənələrə sadiqlik və yeni üfüqlərə doğru birgə addımlamaq” ideyası, ortaq tarixin, dilin və mədəniyyətin müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçməsinin göstəricisidir. Bu həm də regionda sülh, sabitlik və davamlı inkişafın təmin olunmasına töhfə verir.

Məlum olduğu kimi Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Məlikquliyev bu ilin iyul ayında Azərbaycana etmişdir. Həm Bakıda, həm də Qarabağ bölgəsində baş tutan ikigünlük görüşlər zamanı hər iki lider geniş spektrli məsələləri müzakirə edib və bir daha nümayiş etdirilib ki, iki ölkənin yanaşmaları bir-birini tamamlamaqla bərabər, ümumi strateji istiqamətdə birləşir. Bu faktın özü, Azərbaycan və Türkmənistan arasında qarşılıqlı inam və hörmətə əsaslanan əməkdaşlığın nə qədər dərin və əhatəli olduğunu göstərir. Prezident Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri də Qurbanqulu Məlikquliyeviçin Qarabağ bölgəsinə səfəri oldu. Bu səfər, Azərbaycan-Türkmənistan münasibətlərində dostluğun və qardaşlığın rəmzi olaraq qiymətləndirilə bilər. Qarabağın dirçəliş dövründə belə bir ziyarət, Azərbaycan xalqı üçün həm mənəvi dəstək, həm də regional həmrəylik baxımından olduqca dəyərli jestdir. Bu, təkcə iki liderin şəxsi münasibətlərini deyil, eyni zamanda dövlətlərarası münasibətlərin mənəvi və strateji dərinliyini nümayiş etdirir.

Azərbaycan və Türkmənistanın bir çox regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etməsi, regionda sabitlik, əməkdaşlıq və müstəqillik prinsiplərinə sadiqliklərinin göstəricisidir. Xəzər dənizinin hüquqi statusu, enerji resurslarının istifadəsi, nəqliyyat və tranzit imkanlarının inkişafı, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya kimi sahələrdə ölkələrin mövqeləri tamamilə üst-üstə düşür. Bundan əlavə, beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyən bu iki dövlət, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq modellərinin formalaşmasında nümunəvi əməkdaşlıq sərgiləyir.

İlham Əliyevin Avazada verdiyi bəyanat, təkcə bir səfərin və ya imzalanan sənədlərin yekunu deyil. Bu, Azərbaycan və Türkmənistan arasında qardaşlıq münasibətlərinin davamlılığının, Türk dünyasında birliyin, regional əməkdaşlığın və qarşılıqlı etimadın güclü rəmzidir. Prezidentin “Türkmənistan əmin əllərdədir” sözləri isə yalnız bugünkü vəziyyətə deyil, eyni zamanda gələcəyə olan inamın, dostluğun və ortaq dəyərlərə əsaslanan münasibətlərin ifadəsidir. Bu tarixi görüş və çıxış, Türk dünyasının parlaq gələcəyinə doğru atılan mühüm addım kimi tarixdə qalacaq.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər