BAKU Azərbaycan
25.32 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr ölkənin xarici siyasət prioritetlərinin açıqlanması, milli maraqların beynəlxalq ictimaiyyətə çatdırılması və regiondakı geosiyasi proseslərə təsir imkanlarının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, dövlət başçısının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi təkcə Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsini deyil, həm də Cənubi Qafqazın regional təhlükəsizlik arxitekturasında formalaşan yeni reallıqları əks etdirir.

Müsahibə zamanı Prezident cənab Əliyev Azərbaycanın son otuz illik tarixi təcrübəsini, işğal və müharibə dövründəki strateji mövqeyini, həmçinin müstəqillikdən sonrakı mərhələdə əldə edilən uğurları qlobal auditoriyaya çatdırmışdır. O, həm sülh təşəbbüslərinin, həm də regional əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini vurğulamış, Azərbaycanın həm region daxilində, həm də beynəlxalq müstəvidə artan rolunu izah etmişdir.

Prezident cənab Əliyev müsahibəsində Ermənistanla otuz ildən artıq davam edən münaqişəyə toxunaraq bildirmişdir ki, 1990-cı illərdə Azərbaycanın ərazilərinin işğalı nəticəsində ölkənin 20 faizi işğal altında qalmış, bir milyon insan qaçqın və məcburi köçkünə çevrilmişdir. 1994-cü il atəşkəsindən sonra danışıqlar prosesi nəticəsiz qalmış və yalnız 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmişdir.

Bu mərhələ Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi oldu. Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, müharibə qələbəsi ilə Azərbaycanın həm ədaləti, həm də beynəlxalq hüququ bərpa etməsi regionun siyasi reallıqlarını köklü şəkildə dəyişmişdir. Bununla yanaşı, o, Ermənistanla sülh sazişinin paraflanmasının və qarşılıqlı ərazi bütövlüyünün tanınmasının strateji əhəmiyyətini vurğulamışdır.

Müsahibədə diqqət çəkən mühüm məqamlardan biri də Zəngəzur dəhlizi və “TRIPP – Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsinin perspektivləri olmuşdur. Cənab İlham Əliyev bu layihənin yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıdığını bildirmişdir. Zəngəzur dəhlizi, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, həm də Avrasiya məkanında yeni nəqliyyat alternativləri yaradacaq.

Bununla yanaşı, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramını həyata keçirməkdədir. Dövlət başçısı qeyd etmişdir ki, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, infrastrukturun bərpası və iqtisadi inkişafın təmin olunması ölkənin sosial-siyasi həyatında mühüm mərhələdir.

Müsahibədə ölkə başçısı Azərbaycanın balanslaşdırılmış və şaxələndirilmiş xarici siyasət kursunu da geniş şəkildə təqdim etmişdir. Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində əməkdaşlığa önəm verir, qonşu dövlətlərlə, o cümlədən İran və Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.

Enerji siyasəti Azərbaycan diplomatiyasının əsas dayaqlarından biri olaraq xüsusi vurğulanmışdır. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hazırda 10 Avropa ölkəsini təbii qazla təmin edir və bu, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, Körfəz ölkələri ilə bərpaolunan enerji layihələrinin icrası Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını daha da genişləndirir.

Prezident cənab İlham Əliyev müsahibəsində Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinə əsaslanan cəmiyyət modelini xüsusi qeyd etmişdir. Azərbaycanda müxtəlif dini təriqətlər və etnik qruplar arasında birgəyaşayış ənənələrinin qorunması və inkişaf etdirilməsi ölkənin müsəlman dünyasında nüfuzunu artıran əsas faktorlardan biridir. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın İslam dünyasında həmrəyliyin möhkəmlənməsinə töhfəsini vurğulamış, təriqət ayrı-seçkiliyinin təhlükələrinə diqqət çəkmişdir. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində apardığı siyasətin davamı kimi beynəlxalq miqyasda da müsbət qarşılanmaqdadır.

Prezident cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu nümayiş etdirən mühüm siyasi bəyanat kimi qiymətləndirilməlidir. Müsahibə, Azərbaycanın yalnız öz milli maraqlarını müdafiə etməklə kifayətlənmədiyini, həm də regional və qlobal sülh, sabitlik və əməkdaşlıq təşəbbüslərinə töhfə verdiyini göstərir. Azərbaycanın sülh təşəbbüsləri, nəqliyyat dəhlizləri layihələri, enerji əməkdaşlığı və multikultural dəyərləri əsasında həyata keçirilən siyasət regional inteqrasiyanın dərinləşməsinə və beynəlxalq aləmdə daha etibarlı tərəfdaş imicinin formalaşmasına xidmət edir.

Beləliklə, Prezident cənab İlham Əliyevin bu müsahibəsi Azərbaycan dövlətinin siyasi kursunun aydın və sistemli şəkildə təqdimatı olmaqla yanaşı, həm də ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən mühüm sənəd xarakteri daşıyır.

Fuad Hüseynzadə

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

Son xəbərlər

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Bütün xəbərlər