BAKU Azərbaycan
30.39 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

  Artıq Cənubi Qafqaz regionunda uzun illər davam edən Qarabağ münaqişənin son mərhələsidir. Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr və ardınca Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi geniş müsahibədə qeyd olunanlardan bu bir daha görünür. Azərbaycan Prezidenti bu müsahibəsində Ermənistanla 30 ildən artıq davam edən qarşıdurmanın köklərinə, gedişatına və nəticələrinə aydınlıq gətirərək, regionun gələcəyinə dair strateji baxışlarını təqdim edib. Müsahibədə qeyd olunduğu kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü 1990-cı illərin əvvəllərində başlayıb. O zamanlar Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş, daxili siyasi böhranlar və iqtisadi çətinliklərlə mübarizə aparan zəif bir dövlət idi. Həmin dövrdə ölkənin effektiv ordusu yox idi. Bu zəiflik fonunda Ermənistan xarici dəstəkçilərinin köməyi ilə Azərbaycanın indiki Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal etdi. Bu işğal nəticəsində Azərbaycanın təxminən 20%-ə yaxın ərazisi zəbt olundu, bir milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı. Bu, həmin dövrdə dünya üzrə ən yüksək qaçqın və məcburi köçkün nisbətlərindən biri idi. Azərbaycan əhalisinin 8 milyon olduğu bir vaxtda 1 milyon insanın evsiz qalması, ölkənin sosial və iqtisadi strukturlarına ciddi zərbə vurdu.

1994-cü ildə əldə olunan atəşkəsdən sonra Azərbaycan beynəlxalq vasitəçilərin təşəbbüsü ilə Ermənistanla sülh danışıqlarına başladı. Lakin bu proses uzun müddət ərzində nəticəsiz qaldı. Danışıqların məqsədi Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin azad edilməsi idi. Ancaq Ermənistan tərəfindən prosesi uzatmaq, status-kvonu qorumaq cəhdləri səbəbindən bu danışıqlar 26 il ərzində heç bir real nəticə vermədi.

Prezident İlham Əliyev müsahibəsində bu danışıqları “sonsuz və mənasız” adlandıraraq, Azərbaycanın diplomatik səbrinin tükəndiyini və real nəticələr naminə hərbi güc tətbiq etmək qərarına gəldiyini vurğulayıb. 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ Müharibəsi Azərbaycan üçün dönüş nöqtəsi oldu. Prezident Əliyev bildirib ki, bu müharibə nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərini hərbi-siyasi yolla azad etdi. Cəmi 44 gün davam edən bu müharibə Azərbaycan Ordusunun gücünü, xalqın iradəsini və dövlətin strateji hazırlığını nümayiş etdirdi. Müharibənin sonunda 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalandı. Bununla da Ermənistan kapitulyasiya etdi və işğal altında olan digər bölgələr mərhələli şəkildə Azərbaycana qaytarıldı.

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində həmçinin yeni regional reallıqlardan danışdı. O vurğuladı ki, artıq Cənubi Qafqazda yeni bir təhlükəsizlik və əməkdaşlıq mərhələsi başlayıb. Ermənistanla normallaşma prosesi, sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanması bu mərhələnin əsas hədəfləridir. Cənab Prezident Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri baxımından olduqca əhəmiyyətli mesajlar ehtiva edir. Prezidentin açıqlamaları, xüsusilə Vaşinqtonda imzalanmış sənədlər, Ermənistanın siyasi gələcəyi və beynəlxalq reaksiyalar kontekstində, bölgədə sabitlik və davamlı sülhün bərqərar olunması üçün real fürsətin yaranmasına işarə edir. Prezident Əliyev açıq şəkildə bildirir ki, Vaşinqtonda imzalanan sənədlər Ermənistan dövlətinin rəsmi nümayəndəsi – Ermənistanın lideri tərəfindən imzalanıb və bu sənədlər beynəlxalq səviyyədə Ermənistan adından qəbul edilir. Beləliklə, bu razılaşmalar təkcə bir şəxsin deyil, Ermənistan dövlətinin iradəsini əks etdirir və onun beynəlxalq hüquqi öhdəliklərini müəyyənləşdirir. Bu faktın vurğulanması, Ermənistan daxilində baş verə biləcək siyasi dəyişikliklərin və ya təzyiqlərin, imzalanmış sənədlərin legitimliyini şübhə altına almasının qarşısını almağa yönəlib. Prezident açıq şəkildə xəbərdarlıq edir ki, əgər bu sənədlərdən geri addım atılarsa, bu, yalnız Ermənistan üçün deyil, onun beynəlxalq nüfuzu üçün də ciddi nəticələrə səbəb olacaq.

Prezident Əliyev müsahibəsində qeyd edir ki, 2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək və bu kontekstdə daxili siyasi qüvvələr arasında ciddi mübarizə gedə bilər. Bununla yanaşı, Ermənistan yeni konstitusiya layihəsi üzərində də işləyir. Bu dəyişikliklər, potensial olaraq, Vaşinqton razılaşmasına münasibətdə yeni mövqelərin meydana çıxmasına səbəb ola bilər.

Azərbaycan lideri buradakı riski düzgün qiymətləndirir və qeyd edir ki, müdaxilələr – xüsusilə xarici təsirlər – bu prosesi poza bilər. Lakin eyni zamanda o bildirir ki, belə bir ssenari Ermənistanın özü üçün çox zərərli olacaq. Çünki artıq beynəlxalq ictimaiyyətin dəstəyi ilə imzalanmış sənəd ortadadır. Prezident Əliyev müsahibəsində xüsusilə vurğulayır ki, Vaşinqton razılaşması yalnız ABŞ tərəfindən deyil, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələri daxil olmaqla geniş beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Bu o deməkdir ki, Ermənistan bu sənədə qarşı çıxarsa və ya onu ləğv etməyə çalışarsa, yalnız ABŞ-la deyil, ümumilikdə beynəlxalq aləmlə münasibətlərini risk altına qoyacaq. Bu həm də Ermənistana açıq bir seçim təqdim edir: ya sabitlik, əməkdaşlıq və inkişaf yolunu seçmək, ya da separatizm və təcrid yoluna yönəlmək. Azərbaycan bu prosesdə konstruktiv mövqe tutur və real sülh üçün zəmin yaradır, lakin razılaşmalara hörmətsizlik göstərilərsə, Ermənistan siyasi və iqtisadi baxımdan ciddi zərbə alacaq.

Əgər Ermənistan daxili və xarici təzyiqlərə boyun əyib, imzaladığı sənədlərdən geri çəkilərsə, bu, onun üçün siyasi və iqtisadi təcrid demək olacaq. Əksinə, əgər Ermənistan bu razılaşmaya sadiq qalsa, bu, ona regionda dinc və firavan gələcəyin qapılarını aça bilər. Vaşinqton razılaşması təkcə siyasi sənəd deyil – bu, regionda münaqişələrdən əməkdaşlığa keçidin başlanğıcı ola bilər. Bu fürsəti itirmək isə, sadəcə Ermənistanın deyil, bütün regionun sabitliyi üçün risklər yarada bilər.

Avqustun 8-də Vaşinqtonda baş verən hadisələrin münaqişənin sonu kimi qiymətləndirilməsi də bu kontekstdə önəmlidir. Bu hadisələr Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və Ermənistanla hərbi qarşıdurmanın yekunlaşmasının rəmzi kimi çıxış edir. Azərbaycan artıq qalib ölkə kimi bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşəbbüskarı rolunu oynayır. Qarabağ münaqişəsinin başa çatması ilə regionda yeni səhifə açılır. Bu səhifənin sabitlik, inkişaf və qarşılıqlı hörmət prinsipləri əsasında yazılması isə həm Azərbaycanın, həm də bütün regionun maraqlarına xidmət edir.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər