BAKU Azərbaycan
25.32 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Son dövrlərdə informasiya müharibəsi beynəlxalq münasibətlərdə ən təsirli hibrid təhdid alətlərindən birinə çevrilib. Rusiya ərazisindən Azərbaycana qarşı başlanmış kütləvi informasiya kampaniyası da bunun bariz nümunəsidir. Saxta məlumatların yayılması, faktların kontekstdən çıxarılması və sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya ötürülməsi ölkəmizin imicinə zərbə vurmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq və regionda gərginliyi artırmaq məqsədi daşıyır.

Kanal 20 TV xəbər verir ki, Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatı isə göstərir ki, bu təxribatçı kampaniyalar diqqətlə izlənilir və dövlətin suverenliyi, milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki, son illərdə yalnız müharibələrlə deyil, paralel olaraq hibrid hücumlarla da dövlətlərə təzyiqlər göstərilir: “Hazırda dünyada hibrid müharibələri daha da güclənib. Dövlətlər və təşkilatlar çox vaxt bu yollarla bir-birilərinə təsir etməyə çalışırlar. Təkcə hərbi sahədə yox, texnologiyanın inkişaf etdiyi bir dövrdə şəxsi həyata müdaxilə, maliyyə resurslarına hücumlar da geniş yayılıb. Azərbaycan da bu istiqamətdə mübarizə aparır. Ölkəmizdə bu məsələlərlə məşğul olan mərkəzi icra hakimiyyəti orqanları, eləcə də müxtəlif dövlət qurumlarının tərkibində xüsusi şöbələr fəaliyyət göstərir.”

Deputat bildirib ki, bu istiqamətdə görülən işlər çoxşaxəlidir: “Parlamentdə xarici müdaxilələr və hibrid təhdidlərə qarşı komissiyanın yaradılması məhz belə bir zərurətdən doğub. Komissiya həm profilaktik işlər görür, həm də məlumat bazası formalaşdırır. Zərurət yaranarsa, qanunvericilik təşəbbüslərində də fəal iştirak edir".

V.İskəndərovun sözlərinə görə, son dövrlərdə Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik bu hibrid hücumların fonunda daha aydın görünür: “Rusiyanın ikili mövqeyi açıq şəkildə hiss olunur. Dövlət başçıları səviyyəsində bir mövqe sərgilənsə də, Rusiya parlamentində və hibrid təbliğat sahəsində Azərbaycana qarşı təxribatlar həyata keçirilir. Cəmiyyətin parçalanmasına yönələn bu cəhdlər açıq-aşkar görünür. Əslində, Azərbaycan bu münasibətlərin soyumasında maraqlı deyil, amma ölkəmizə qarşı olan təzyiqlərə də kəskin cavab verir.”

Deputat əlavə edib ki, Rusiya tərəfindən Azərbaycanın informasiya resurslarına hücumlar, azərbaycanlıların sıxışdırılması, iş adamlarına təzyiqlər və digər addımlar sistemli şəkildə həyata keçirilir: “Bütün bunların arxasında vahid mərkəzdən idarə olunan bir siyasət dayanır. Azərbaycan Prezidenti isə milli maraqlardan güzəştə getməyən mövqeyi ilə bir daha göstərir ki, ölkəmizlə təzyiq dili ilə danışmaq mümkün deyil. Hibrid müharibəsinə qarşı yalnız dövlət orqanları deyil, vətəndaşlar da fəal mövqe nümayiş etdirməlidirlər.  Bugünkü dünyada təhdidlər, hücumlar çox vaxt elektron mühitdə həyata keçirilir. Vətəndaşlarımız ayıq-sayıq olmalı, təxribatlara uymamalı və lazım olan anda dövlət siyasətinə dəstək göstərməlidirlər. Hər bir vətəndaş bu mənada əsgərdir və vətənpərvərlik nümayiş etdirməlidir".

Deputat, həmçinin media savadlılığının artırılmasının vacibliyini vurğulayıb: “Dövlət bu sahədə mühüm addımlar atır, amma vətəndaş cəmiyyəti də fəal olmalıdır. İnsanların media savadlılığının artırılması, yeni texnoloji biliklərin öyrədilməsi çox vacibdir. Çünki hibrid müharibəsində əsas silah təxribatdır və buna qarşı ən güclü cavab milli həmrəylikdir".

Son xəbərlər

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Bütün xəbərlər